SOCAR istiqrazlarını sizin adınıza başqası da ala bilər (MÜSAHİBƏ)

SOCAR istiqrazlarını sizin adınıza başqası da ala bilər  (MÜSAHİBƏ)

Bakı. Trend:

Son günlər əhali arasında SOCAR istiqrazlarına tələbat daha da artmağa başlayıb. Xüsusilə istiqrazların satışının həyata keçirildiyi ASAN xidmət mərkəzlərinə üz tutan və istiqraz alanlar çoxalıb. İstiqrazların satışı ilə məşğul olan investisiya şirkətləri bu proseslə bağlı maraqlı məqamları açıqlayırlar.

Bu barədə suallara SOCAR istiqrazlarının təkrar bazarı üzrə marketmeyker olan “PSG Capital” investisiya şirkətinin rəhbəri Şahin Rəcəbov cavab verir.

- Şahin müəllim, son günlər SOCAR istiqrazı almaq istəyənlərin artımı müşahidə edilir. Bu nə ilə bağlıdır?

- Bəli, istiqraz alanların sayı artıb. Artıq mütəmadi olaraq ASAN Xidmətə və bizə yaxınlaşıb bütün sualarını verirlər. Yəni istiqrazlar barədə hər hansı mənbədən məlumatı görüb, eşidib bilib, bura yaxınlaşır və əlavə məsələləri dəqiqləşdirir və alırlar. İnvestorlar tərəfindən SOCAR istiqrazlarına ikinci bazarda böyük maraq görürük. SOCAR istiqrazlarını ilk dəfə, o vaxt əldə edən müştərilər də, indi yaxınlaşıb yenə də alırlar. Yanvarın 17-dən sonra istiqrazlar üzrə ilk faizlərin ödənilməsi istiqrazlara qarşı olan marağı daha da artırıb və satışların həcmini yüksəldib.

- Alıcılar istiqrazlar barədə ən çox nəyi bilmək istəyirlər, istiqrazın hansı xüsusiyyəti ilə maraqlanırlar?

- İnvestorların ən çox bilmək istədiyi suallar, yəni onları maraqlandıran ilk məsələ – pulun necə geri qaytarılacağıdır. İstiqraz almaq istəyən şəxs gəlir, yaxınlaşır və soruşur ki, mən pulumu istədiyim vaxt geri götürə biləcəmmi? Bunun da cavabı əlbəttə ki, bəlidir. SOCAR hər zaman öz istiqrazının alıcısıdır və onların likvidliyini qoruyur. İnvestor istədiyi vaxt yaxınlaşıb istiqrazını verib, yatırdığı vəsaiti geri ala bilər. Həmçinin onuda qeyd etmək istərdim ki, istiqraz sahibinin istiqrazı qaytarmadan öncə qazandığı faizlər investorun özündə qalır. Burada heç bir narahatlıq yoxdur.

- Alıcılardan soruşulurmu ki, istiqrazı hansı xüsusiyyətinə görə alırlar? İstiqrazların ən çox hansı cəhəti alıcıları cəlb edir?

- İnvestorları SOCAR istiqrazlarına cəlb edən əsas xüsusiyyətlərdən biri onların etibarlı olmasıdır. İstiqrazların SOCAR tərəfindən, Azərbaycanın böyük dövlət şirkəti tərəfindən buraxılması onun etibarlığını artırır. İstiqraz alıcılarını cəlb edən digər məsələ onların gəlirliyidir – bildiyimiz kimi, istiqrazların gəlirliyi illik 5%-dir. Və bu da investorlar tərəfindən qiymətləndirilir. Alıcıların 90 faizi istiqrazları gəlirliyinin yüksək olmasına görə alır. Ən cəlbedici cəhəti isə onun likvid olmasıdır. Yəni SOCAR hər zaman onun alıcısıdır. İnvestorları da maraqlandıran əsas məsələ odur ki, istiqraza yatırdığı vəsaiti istənilən zaman geri ala bilərmi. Buna da SOCAR zəmanət verir.

- İstiqrazları nə məqsədlə alırlar – pulları saxlamaq üçün, gəlir əldə etmək üçün ya da başqa hansısa məqsəd?

- SOCAR istiqrazlarını almaq istəyən şəxsləri cəlb edən ən maraqlı cəhətlərdən biri də odur ki, onun qiyməti nominaldan aşağı düşmür. Yəni ilkin yatırılan pul, bir istiqraz üçün 1000 dollardır və investor istədiyi zaman minimum həmin qiymətə bu kağızı sata bilər. Bu, investorları maraqlandıran ən vacib xüsusiyyətlərdən biridir ki, «qoyduğum pulu tam olaraq alacammı?». Bunun da cavabı «bəli»dir. Yəni qoyduğu pulu istənilən vaxt tam olaraq alacaq.

Elə alıcılar də var ki, faiz ödənişləri 3 aydan bir olduğuna görə, və istədiyi zaman pulu götürmək imkanına görə, istiqrazları alırlar. Bəziləri pulu 3 aylıq yatırır – yəni bilir ki, 3 aydan sonra pula ehtiyacı olacaq. 3 aydan sonra faizini götürür və istiqrazı qaytarıb pulun geri götürür. Bəziləri isə istiqrazları başqalarına hədiyyə vermək üçün alırlar.

- İstiqrazı kimlər alır – Bakı yoxsa region sakinləri? Məsələn, hansı daha çoxdur?

- İstiqrazlar ilk dəfə buraxılanda, yəni brinci bazarda regionda yaşayan vətəndaşlarımız, rahatlıqla, əvvəlcədən müəyyən edilmiş banklarda istiqrazlarını əldə edə bilirdilər. Amma hazırda ikinci bazar olduğuna görə, istiqrazlar yalnız 1 və 5 saylı ASAN xidmət mərkəzlərində və investisiya şirkətlərində satılır. Buna görə də onlar Bakı şəhərinə gəlməli olurlar. Buna baxmayaraq istiqrazlara bölgələrəmizdən də çox maraq görürük. Məsələn, Gəncə zonasından Göyçaydan Qubadan, Qusardan, Lənkəran zonasından, Şəki-Zaqataladan yaxınlaşan müştərilərimiz olub. Hansı ki, yaxıqlaşıb və əldə ediblər.

- İstiqraz alanlar ən çox kimlərdir – qadınlar, yoxsa kişilər?

- Alıcılar arasında qadınların və kişilərin sayında elə də çox fərq yoxdur. Hər ikisinin marağı yüksəkdir.

- İstiqraz sahibləri neçə yaşlı insanlardır?

- Alıcıların yaşından danışsaq, onların əksəriyyəti 40-50 yaş və ondan yuxarı olanlardır.

- İstiqrazlar barədə məlumat aldıqdan sonra fikrini dəyişən, yəni istiqraz almaqdan imtina edən və ya daha çox istiqraz alanlar varmı?

- İstiqrazla bağlı bizə yaxınlaşan vətəndaşlar arasında elə hal baş verməyib ki, məlumat alandan sonra istiqrazı almaq istəmədiklərini bildirsinlər. Əksinə, bizə yaxınlaşıb bilmədikləri detalları da soruşub öyrənirlər və planlaşdırdıqlarından daha çox istiqraz alanlar var. Məsələn elə investorlar olub ki, yaxınlaşıb 10-12, hətta 15 istiqraz almaq istəyib, amma bizimlə danışandan sonra, bütün suallarına tam cavab alandan sonra, daha çox, məsələn 18-20 istiqraz alıb.

- İnsanlar öz adlarına alırlar, yoxsa başqalarının adına alanlar da var? Varsa, ən çox kimin adına alırlar?

- Vətəndaşlar istiqrazları əsasən öz adlarına alırlar. Amma birinci bazarda (yəni hələ oktyabr ayında SOCAR istiqrazlarına abunə yazılışı zamanı) xarici vətəndaşlara istiqraz satılmadığı üçün bəzi xarici vətəndaşlar, daha dəqiqi xaricdə yaşayan azərbaycanlılar gəlib istiqrazlari yaxınlarının, ya ata-anasının, ya da bacı-qardaşının adına alırdılar. Bəziləri isə xaricdə yaşadıqlarına və ya digər səbəblərə görə, ASAN Xidmətə yaxınlaşa bilmirlər. Belələri istiqrazları etibarnamə ilə alırlar. Yəni başqalarına etibarnamə verirlər ki istiqraz alsınlar, onun əvəzindən sənədə etibarnamə verdiyi adam imza atır, amma bu istiqrazlar yenə də öz adlarına olur.

- Alıcı istiqraz almaq üçün ASAN xidmətə orta hesabla neçə dəfə gəlir?

- Xatırladım ki, SOCAR istiqrazları ASAN Xidmətin 1 və 5 saylı mərkəzlərində satılır. Alıcı istiqraz almaq üçün ASAN Xidmətə iki dəfə yaxınlaşır. Bu necə olur? Əvvəlcə yaxınlaşır, ona istiqrazlar barədə məlumat veririk, sualları olarsa cavablandırırıq. Sonra o bankda köçürmə etməlidir. Əgər bank hesabı yoxdursa, əvvəlcə onu açmalıdır. Hesabı olanlar isə vaxt itirmir, pulunu köçürür və birjada əqd baş tutur. Bundan sonra onun sənədlərini hazırlayıb müştəriyə məlumat veririk ki, artıq hər şey hazırdır, gəlib sənədlərini götürə bilər.

Gəncədə fitosanitar monitorinqlər aparılıb
Gəncədə fitosanitar monitorinqlər aparılıb
AQTA daha iki müəssisədə nöqsanlar aşkarladı
AQTA daha iki müəssisədə nöqsanlar aşkarladı
Multikulturalizm Mərkəzində müstəqilliyin bərpası günü qeyd edilib (FOTO)
Multikulturalizm Mərkəzində müstəqilliyin bərpası günü qeyd edilib (FOTO)
Loading Bars
Xəbər lenti
BMT Təhlükəsizlik Şurası Haitidəki missiyanın müddətini uzadıb
Türkiyə Suriyadakı terrorçulara qarşı bütün lazımi addımları atacaq - Ərdoğan
Türkiyədə son sutkada koronavirusdan 25 513 nəfər sağalıb
FIFA Əfqanıstandan 100 nəfəri təxliyə edib
Messisiz PSJ "Anje" üzərində qələbə qazandı
Şəmkirdə birmərtəbəli ev yanıb
Böyük Britaniyada deputatı kilsədə bıçaqlanaraq öldürülüb
İrandan Ermənistana, oradan isə Avropaya gedən narkotik marşrutunun qarşısı Azərbaycan tərəfindən alındı - Deputat
Zəfər xronikası 16 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsi (FOTO/VİDEO)
44 günlük Vətən müharibəsinin xronikası: 16 oktyabr
Dağıstanda avtobus minik avtomobili ilə toqquşub, ölənlər var
Dövlət Əmək Müfəttişliyi Xidməti: 18 oktyabr iş günüdür
Bitkoinin qiyməti 60 min dolları keçib
Türkiyədə 2 PKK terrorçusu zərərsizləşdirilib
"Formula 1" üzrə növbəti Azərbaycan Qran Prisinin keçiriləcəyi tarix bəlli oldu
İranda son sutkada 197 nəfər koronavirusdan ölüb
Ermənistan yalan məlumatlar yayaraq növbəti təxribatlarına zəmin yaratmağa çalışır - MN
Azərbaycanın iqtisadi artım sürəti 4,8 faizə çatıb
Daha 23 ölkənin vətəndaşlarının təyyarə ilə Azərbaycana giriş-çıxışına icazə verildi
Prezident İlham Əliyev "Müstəqillik Günü haqqında" Qanunu imzaladı
Ceyhun Bayramov Fransa nümayəndə heyəti ilə görüşüb (FOTO)
Mədəniyyət naziri Anar Kərimov “Anadolu” Agentliyinə müsahibə verib (VİDEO)
Bakıda Nizami Gəncəvinin 880 illiyinə həsr olunan işıq festifalı keçirilir (FOTO)
Gəncədə fitosanitar monitorinqlər aparılıb
Böyük Britaniya ilə sosial sahədə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub (FOTO)
Seçicilərlə görüşü zamanı bıçaqlanan britaniyalı deputat öldü (ƏLAVƏ OLUNUB)
Müdafiə Nazirliyi müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulunu elan edir (VİDEO)
AQTA daha iki müəssisədə nöqsanlar aşkarladı
Oktyabrın 18-nə USD/AZN rəsmi məzənnəsi
Multikulturalizm Mərkəzində müstəqilliyin bərpası günü qeyd edilib (FOTO)
"Azəriqaz"da payız-qış rejiminə hazırlıq işləri yekunlaşıb - Ruslan Əliyev
Milli parkın ərazisində ov edən şəxslər 4 min manat cərimələndi
Baş direktor "Azəriqaz"a ən çox edilən şikayətlərdən danışdı
“Old Spice” və “Neftçi” tərəfdaşlıq haqda müqavilə imzalayıb
Noyabrda neçə gün iş olmayacaq?
Rusiyadan idxal olunan 70 tona yaxın toxumluq kartof məhv edilib
Bakı və Abşeron ərazisi 2023-cü ildə tam qazlaşdırılacaq
Əfqanıstanda partlayışda ölənlərin sayı 60-ı keçdi
BDU-nun professoru vəfat edib
Bakıda keçiriləcək Beynəlxalq Biznes Forumla bağlı mətbuat konfransı keçirilib (FOTO)
Yevlaxda "patı" satan dəstə yaxalandı
Dayanma-durma qaydalarını pozan sürücülərə qarşı reyd keçirilib (FOTO)
Zaqatala və Balakəndə qanunsuz ağac kəsilməsilə bağlı cinayət işi başlandı
Gözlənilən hava şəraiti barədə XƏBƏRDARLIQ
ADU-nun qonağı olan pakistanlı rektor Şamaxıda olub, şəhid ailəsi ilə görüşüb (FOTO)
Düşənbədə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 30-cu ildönümü ilə əlaqədar tədbir keçirilib (FOTO)
Kamran Əliyev Gürcüstanın Baş naziri ilə görüşüb
Qarabağa ilk konteyner blok qatarı yola salınıb (FOTO/VİDEO)
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı "online" qəbul zamanı səsləndirilən müraciətlə yerində tanış olub (FOTO)
Sosial mənzil almaq istəyənlərin pulunu mənimsəyən qadının işi məhkəməyə göndərildi
Ərdoğan Türkiyə ilə Azərbaycan arasında yeni qaz sazişini şərh edib
Mətbuat Şurasında intiharla bağlı xəbərlərin mediada işıqlandırılması müzakirə edilib (FOTO)
Ermənistanın ekoloji terroru nəticəsində regionda ekoloji tarazlıq pozulub - Deputat
Abşeronda şəhidlərə il mərasimi keçirilib (FOTO)
Zakir Həsənov Fransa nümayəndə heyəti ilə görüşüb (FOTO)
Ələt qəsəbəsində Vətən müharibəsi şəhidi Cavanşir Əhmədovun anım mərasimi keçirilib (FOTO)
Şəmkirdə şadlıq sarayının rəhbəri cəzalandırılıb
Baş prokuror Kamran Əliyev Gürcüstana səfər edib (FOTO)
Koronavirusa yoluxan körpələrdə hansı simptomlar olur? - AÇIQLAMA
Əlilliyi olan şəxslər 35,6 min reabilitasiya vasitəsi ilə təmin edilib
Bakıda ər arvadını qətlə yetirdi
Uşaqlara peyvəndlər mütləq vurulmalıdır - Mütəxəssis
Azərbaycanda ilk təhsilyönümlü əyləncə parkı açıldı (FOTO)
Azərbaycanda yeni doğulan körpələr arasında COVİD-19-a yoluxma halı aşkarlanıb
Yeni doğulan uşaqlar arasında ölüm hallarının səbəbləri açıqlanıb
“Samur” postunda niyə sıxlıq yaranıb? - AÇIQLAMA
Bakı metrosunun aldığı daha bir yeni nəsil qatar əsaslı təmirə dayandı (FOTO)
AQTİ beynəlxalq təşkilatlarla əməkdaşlığı davam etdirir
Prezident İlham Əliyev: Azərbaycan qalib ölkə kimi münasibətləri normallaşdırmağa hazırdır, ümidvarıq ki, Ermənistan rəhbərliyi bu tarixi şansı əldən verməyəcək
Azərbaycan qazı Avropanın qaz idxalının azalmasını kompensasiya edib
Azərbaycanda vərəmin ən çox yayıldığı bölgələr açıqlanıb
İlahiyyat İnstitutunda Yeni Azərbaycan Partiyasının özək təşkilatının sədri seçilib (FOTO)
Bir qrup şəhid ailəsi və müharibə əlilinə mənzil verilib (FOTO)
Kaspersky: kiberbullinq hallarının təxminən üçdə birində insanlar təcavüzkarı şəxsən tanıyırlar
AzTU-da növbəti tədris laboratoriyasının açılışı olub (FOTO)
Azərbaycan və Litva arasında məşğulluq sahəsində təcrübə mübadiləsi aparılıb (FOTO)
Gələn həftə qar yağacaq - Xəbərdarlıq
50GB mobil internet hədiyyəli ən yeni model iPhone 13 smartfonları artıq Azercell Eksklüziv mağazalarında!
NEQSOL Holding, ADA Universitetinin Qazax Seminariyasının bərpası layihəsinə dəstək verəcək (FOTO)
Bakı Ali Neft Məktəbinin tələbəsi: Belə bir tarixi şəxsiyyətin adını daşıdığıma görə qürur duyuram!
Azərbaycanda indiyədək COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 1 850 nəfər COVID-19-a yoluxub, 14 nəfər vəfat edib
Hesab.az-dan növbəti hədiyyə dolu kampaniya
Kür çayına nərə balıqları buraxılıb (FOTO)
“Məşğulluq marafonu” çərçivəsində 1000-ə yaxın şəxsin məşğulluğu təmin olunub
Əfqanıstanda məscid partladılıb - Onlarla həlak olan var
Ermənistan dəfn mərasimində dinc insanları bombalamaqla faşist mahiyyətini göstərdi – Tərtər terrorunun qurbanları (FOTO/VİDEO)
Unibankda mikro kreditlərin 25%-i avtomatlaşdırılmış sistemlə ayrılır
Azərbaycanın daha böyük uğurları və nailiyyətləri hələ qarşıdadır - Səttar Möhbalıyev
Rusiya sülhməramlıları Qarabağda atəşkəs rejiminin qarantıdır – Putin
Rəqabətli və davamlı təhsil prinsipləri əsas götürülməli, formal təhsildən tamamilə uzaqlaşmalıyıq - Könül Nurullayeva
Pambıq yığımına 430 kombayn cəlb ediləcək (FOTO)
Prezident İlham Əliyev: Ermənistan Şuşa şəhərində işğala qədər mövcud olan 17 məscidin 16-sını dağıdıb
Prezident İlham Əliyev: Biz ərazi bütövlüyünün qarşılıqlı tanınması şərti ilə sərhədlərin delimitasiyasına dair Ermənistanla danışıqlara başlamağa hazırıq
18 Oktyabr - Müstəqilliyin Bərpası Günü iş günü sayılacaq
Məşğulluq proqramı çərçivəsində işlə təmin olunma 6-9 ay çəkir - Agentlik
Prezident İlham Əliyev: Ermənistan minalanmış sahələrin tam xəritələrini bizə verməkdən imtina edir
Qanuna dəyişikliklər ali təhsilə əlçatanlığı artıracaq - Komitə sədri
Azərbaycanda işsiz şəxslərlə bağlı yeni konsepsiya hazırlanıb
Prezident İlham Əliyev: Ermənistan təqribən 30 il müddətində İranla əlbir olaraq Azərbaycanın keçmiş işğal altında olan ərazilərindən Avropaya narkotrafik üçün istifadə edib
Bütün xəbərlər