Bakı. Trend:
Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən "Baku Trade Management (BTM)" QSC-nin hər birinin nominal dəyəri 50 manat olan 100 ədəd adi səhmlərinin ilkin buraxılışı AZ1001019996 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb.
Bu barədə Trend-ə Palatadan məlumat verilib.
Səhmlər qapalı yerləşdirmə üsulu ilə yerləşdiriləcək.