Bakı. Ənvər Məmmədov - Trend:
Azərbaycan banklarından biri İranda filial açacaq.
Trend-in məlumatına görə, bunu Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev mətbuat konfransında deyib.
Nazirin sözlərinə görə, bu məsələ Azərbaycan nümayəndə heyəti İranda səfərdə olarkən müvafiq tərəflə müzakirə olunub.