...

PwC Azərbaycan “Şəffaflığa doğru birlikdə” mövzusunda Vergi Konfransına dəstək olub (FOTO)

İqtisadiyyat Materials 10 Mart 2017 21:30 (UTC +04:00)
Bugün, PwC Azərbaycanın ölke üzre idarəedici partnyoru, Mövlan Paşayev Vergilər Nazirliyi və Azərbaycandakı Amerika Ticarət Palatası tərəfindən kecirilən sayca 6-cı illik vergi konfransında cıxış edilib
PwC Azərbaycan “Şəffaflığa doğru birlikdə” mövzusunda Vergi Konfransına dəstək olub (FOTO)

Bakı. Trend:

Bugün, PwC Azərbaycanın ölke üzre idarəedici partnyoru, Mövlan Paşayev Vergilər Nazirliyi və Azərbaycandakı Amerika Ticarət Palatası tərəfindən kecirilən sayca 6-cı illik vergi konfransında cıxış edilib. "Vergi öhdəliyinin əvvəlcədən müəyyən edilməsi ve könullu əməletmə" mövzusunda cıxış edən Mövlan Paşayev şəffaflıq prosesin əsasını təşkil edən vergi öhdəliyinin öncədən müəyyən edilməsi üçün əhəmiyyətli olan yeni normalar haqqında danışdı.

"Vergi öhdəliyinin öncədən müəyyənləşdirilməsi konsepsiyasının təqdim edilməsi ölkəmizin vergi sisteminin beynəlxalq təcrübəyə uyğunlaşdırılması, vergi ödəyiciləri və vergi orqanları arasındakı əməkdaşlığı yeni bir səviyyəyə qaldırmaqla bərabər vergi inzibatçılığının da yüngülləşdirilməsi istiqamətində irəliyə doğru atılmış bir addımdır"- deyə Mövlan Paşayev vurğuladı.

Vergilər Məcəlləsinə dəyişikliklərlə bağlı davamlı şəkildə təkliflər irəli sürən ve bu dəyişikliklərin qəbul olunmasi prosesinde fəal iştirak edən PwC Azerbaycanın əsas məqsədi cəmiyyətdə etimad yaradarag, işgüzar mühiti təkmilləşdirmək ve dövlətə bu mühüm transformasiya prosesinde dəstək olmaqdır.
Konfransdan sonra, Vergilər Nazirliyi ilə PwC Azərbaycan və “Böyük Dördlüyə” daxil olan digər şirkətlər arasında əməkdaşlığa dair memorandum sazişi imzalayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti