...

PwC Azərbaycan Transfer Qiyməti (TQ) üzrə maarifləndirmə sessiyasını təşkil edib (FOTO)

İqtisadiyyat Materials 10 Aprel 2017 17:13 (UTC +04:00)
PwC Azərbaycan JW Marriott Bakı Otelində Transfer Qiyməti (TQ) üzrə maarifləndirmə sessiyasını təşkil edib.
PwC Azərbaycan Transfer Qiyməti (TQ) üzrə maarifləndirmə sessiyasını təşkil edib (FOTO)

Bakı. Trend:

PwC Azərbaycan JW Marriott Bakı Otelində Transfer Qiyməti (TQ) üzrə maarifləndirmə sessiyasını təşkil edib.

Şirkətdən Trend-ə verilən məlumata görə, sessiya çərçivəsində PwC mütəxəssisləri qlobal anlamda TQ barədə çıxış ediblər, onun Azərbaycan üçün mahiyyətini izah ediblər, TQ üzrə yerli qaydaları IIƏT ölkələri, Gürcüstan və Qazaxıstanda mövcud qaydalarla müqayisə ediBlər, və yeni TQ tələblərinə hazırlıq istiqamətində təcrübi tövsiyələr veriblər.

PwC Azərbaycanın Vergi və Hüquq Məsələləri üzrə Partnyoru Maykl Ahern deyib: "Getdikcə şəffaflığın artdığı bir dünyada Azərbaycanda yeni olan bu TQ əsasnaməsini birmənalı şəkildə müsbət addım hesab edirik".

2017-ci ildə transfer qiymət qaydaları Azərbaycan Vergi Məcəlləsinə daxil edilib və fevral 2017-ci ildən təfərrüatlı transfer qiymət qaydaları qüvvəyə minib. TQ qaydaları qarşılıqlı surətdə əlaqəli şəxslər və güzəştli vergi tutulan ölkələrdə olan şəxslər ilə aparılan beynəlxalq əməliyyatlara tətbiq edilir.

Bundan əlavə, TQ qaydaları Azərbaycanda qeyri-rezidentlərin daimi nümayəndəlikləri ilə belə qeyri-rezidentlərin xaricdə yerləşən filialları və nümayəndəlik ofisləri arasında aparılan əməliyyatlara da tətbiq edilir.

Sessiya çərçivəsində PwC-nin vergi praktikasının mütəxəssisləri – Maykl Aern, Rizvan Qubiyev, Rəşad Abbasov, Günay Rüstəmova, Anuar Mukanov və Anastasiya Kipiani öz təqdimatları ilə çıxış ediblər.

PwC Azərbaycan gələcəkdə də müştərilərinə qanun dəyişikliklərindən faydalanmaq üçün geniş yerli və beynəlxalq təcrübədən istifadə edərək köməklik göstərməyə davam edəcək.

PwC-nin əsas məqsədi cəmiyyətdə etimad yaratmaq və mühüm problemləri həll etməkdir. Şirkət bu məqsədə müxtəlif sahələr üzrə audit, vergi, hüquq və məsləhət xidmətləri göstərməklə nail olur. PwC-nin Bakı ofisində 6 ölkədən 130-dan artıq mütəxəssisimiz yeni perspektivlərin yaradılması və müştərilərə praktiki mәslәhәtlәrin verilməsi üçün öz bilik, təcrübə və fikirlərini bölüşür.

PwC-nin əsas məqsədi cəmiyyətdə etimad yaratmaq və mühüm problemləri həll etməkdir. PwC dünyanın 157 ölkəsində audit, vergi və məsləhət xidmətləri sahəsində yüksək keyfiyyəti xidmətlər göstərən 223,000 mütəxəssisin çalışdığı şirkətlər şəbəkəsidir. Sizi maraqlandıran məsələləri bizimlə bölüşün və əlavə məlumat üçün saytımıza daxil olun: www.pwc.com/az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti