...

Rüfət Məmmədov: Azərbaycan Türkiyənin ən böyük xarici investorudur

İqtisadiyyat Materials 5 May 2017 10:52 (UTC +04:00)
Azərbaycanlı biznesmenlər Türkiyə bazarında investisiyalarını artırmaq istəyirlər.
Rüfət Məmmədov: Azərbaycan Türkiyənin ən böyük xarici investorudur

Bakı. Orxan Quluzadə - Trend:

Azərbaycanlı biznesmenlər Türkiyə bazarında investisiyalarını artırmaq istəyirlər.

Trend-in məlumatına görə, bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov bu gün Azərbaycan-Türkiyə biznes-forumunda deyib.

O bildirib ki, Azərbaycan Türkiyənin ən böyük xarici investorudur.

R.Məmmədov qeyd edib ki, Azərbaycan və Türkiyə arasında iqtisadi əlaqələrin artırılması üçün Azərbaycanda istehsal olunan məhsullara Türkiyədə idxal rüsumları aradan qaldırılmalıdır.

Onun sözlərinə görə, türk iş adamlarının Azərbaycana investisiyalarının artırılması üçün hər şərait var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti