Vergi orqanında işləmək fərqli məsuliyyət, səriştə və əzmkarlıq tələb edir

Vergi orqanında işləmək fərqli məsuliyyət, səriştə və əzmkarlıq tələb edir

Bakı. Trend:

Dünyada insan resurslarının idarə edilməsi sahəsində tendensiyaların sürətlə dəyişdiyini nəzərə alaraq, Vergilər Nazirliyi insan resurslarının idarə edilməsi üzrə fəaliyyətini bu tendensiyalara uyğun olaraq durmadan təkmilləşdirməyə çalışır.

Sualları nazirliyin İnsan resursları departamentinin baş direktoru Faiq Şahbazov cavablandırır.

- Vergilər Nazirliyinin insan resursları strategiyasının prioritetlərini ümumi şəkildə necə səciyyələndirə bilərik?

- Hazırda Vergilər Nazirliyinin insan resursları strategiyasının qarşısında duran əsas prioritetlərə kadrların seçilməsi və yerləşdirilməsində vergi orqanlarının spesifik xüsusiyyətlərinin, cari və perspektiv hədəflərinin nəzərə alınması, rəhbər vəzifələrə kadrların daha planlı və sistemli hazırlanması, vəzifə tutan şəxslərin idarəetmə sahəsində bacarıqlarının artırılması, əməkdaşların fəaliyyətinin qiymətləndirilməsinin daha obyektiv, hərtərəfli və nəticəyönümlü aparılması, vergi orqanları əməkdaşlarının təliminin onların fərdi karyera inkişafı ilə birbaşa əlaqələndirilməsi, effektiv həvəsləndirmə sistemi qurmaqla peşəkar kadrların vergi orqanlarına cəlb edilməsi və saxlanılması daxildir.

Xüsusilə son dövrlərdə görülən bütün bu işlər dövlət vergi orqanlarında insan resurslarının idarə edilməsinə yeni yanaşmanın əsasını qoyur. Bunun əsas mahiyyəti isə insan resurslarının idarə olunmasında ümumi yanaşmadan fərdi yanaşmaya və «istedadın idarə olunmasına» (talent management) keçidin təmin edilməsidir.

- Vergilər Nazirliyi gənc kadrların potensialından geniş istifadə edən qurum kimi fərqlənir...

- Biz həmişə gənclərin bol enerjisindən, müasir dünyagörüşündən, yeniliklərə meyilliliyindən, onların cəmiyyətdə özlərini sübut etmək və nüfuz qazanmaq istəyindən irəli gələn təşəbbüskarlığından yararlanmağa çalışmışıq. Potensiallı gəncləri dövlət vergi orqanlarında xidmətə cəlb etmək və bu potensialdan səmərəli şəkildə faydalanmaq Vergilər Nazirliyinin insan resursları siyasətinin başlıca istiqamətlərindəndir.

2005-ci ildən başlayaraq dövlət vergi orqanlarına işə qəbul üzrə keçirilmiş ümumilikdə 12 müsabiqə nəticəsində 1258 nəfər gənc vergi orqanlarında işlə təmin edilib. Bu gün vergi orqanlarında xidmət keçən vəzifəli şəxslərin təxminən 47,3%-i yaşı 35-ə qədər olan gənclərdir. Vergilər Nazirliyi gənc kadrların daha yuxarı vəzifələrə irəli çəkilməsi baxımından da fərqlənir. Yuxarı menecer vəzifələrinin tutulması üçün potensiallı kadrların müəyyən edilməsi və onların sistemli olaraq həmin vəzifələrə hazırlanması məqsədilə nazirliyin kadr ehtiyatı formalaşdırılıb ki, hazırda bu ehtiyatda kifayət qədər gənc kadrlarımız var. Qeyd edilən kadr ehtiyatında olan, habelə orta menecer vəzifələrinə yeni təyin edilən gənc əməkdaşlarımız üçün mütəmadi olaraq hər il idarəetmə sahəsində təlimlər təşkil olunur. Görülən işlərin nəticəsidir ki, hazırda rəhbər vəzifəli şəxslərin 32,2%-ni yaşı 35-dən aşağı olan əməkdaşlar təşkil edir.

- Vergi orqanlarında işləmək istəyənlər üçün keçirilən son imtahanların nəticələrini qənaətbəxş hesab etmək olarmı?

- Dövlət vergi orqanlarının kadr tələbatını nəzərə alaraq, 2017-ci ildə iki müsabiqə keçirmişik. Müsabiqələrin obyektiv, şəffaf və peşəkar təşkili üçün bütün zəruri addımlar atılıb: KİV-də ətraflı məlumatı əks etdirən müsabiqə elanları dərc edilib, namizədlərin qeydiyyatı onlayn qaydada aparılıb, test imtahanına hazırlıq üçün imtahan proqramları əvvəlcədən nazirliyin internet saytında yerləşdirilib, müsahibələrin video çəkilişi aparılıb, müsabiqələrin hər mərhələsi, o cümlədən nəticələri üzrə məlumatlar ictimaiyyətə çatdırılıb və s.

Müsabiqələrdə iştirak etmək üçün ümumilikdə 4976 nəfər (birinci müsabiqədə 3532 nəfər, ikinci müsabiqədə 1444 nəfər olmaqla) vətəndaş müraciət edib. İndiyədək keçirilmiş müsabiqələr içərisində həm müraciət edənlərin, həm də namizəd kimi qeydə alınanların sayı baxımından ən yüksək göstərici bu müsabiqələrdə müşahidə olunub. Müsabiqələrin test imtahanı mərhələsində 92 nəfər uğur qazanaraq müsahibə mərhələsinə buraxılıb, həmin mərhələdə isə 83 nəfər müvəffəqiyyət əldə edərək ehtiyat kadrlar siyahısına daxil edilib. Onlardan 58 nəfəri artıq analoji vakant vəzifələrə təyin olunub. Hazırda işə yeni qəbul edilənlər Vergilər Nazirliyinin Tədris Mərkəzində ilkin hazırlıq kursu keçirlər.

Ümumilikdə, göstərilən nəticələr bizim üçün qənaətbəxş olsa da, fikrimcə, namizədlərin hazırlıq səviyyələrini artırmağa ehtiyac var. Çünki dövlət orqanlarında, ələlxüsus xüsusi növ dövlət orqanında xidmət keçmək fərqli məsuliyyət, səriştə və əzmkarlıq tələb edir. Bu gün bütün dünyada, o cümlədən ölkəmizdə iqtisadiyyatın inkişafında yanaşmalar və islahatlar sürətlə dəyişməkdədir. Namizədlər də həmin dəyişikliklərlə ayaqlaşmalı, bu proseslərin müşahidəçisi deyil, iştirakçısına çevrilməlidirlər. Bunun üçünsə onlar daim sistemli şəkildə öz üzərlərində işləməli, biliklərini yeniləməli, mütaliə etməlidirlər. Əksər hallarda namizədlərin müsabiqələrdə uğur qazanmamasının əsas səbəbi onların dünyada gedən ümumi proseslər barədə məlumatlarının zəif olması, iş seçimlərinin təsadüfiliyi, bəzən də biliklərinin daha çox əzbərçilik xarakteri daşıması olur.

Sonuncu müsabiqələr xüsusilə regionlarda yerləşən vergi orqanlarının kadr tələbatının ödənilməsində mühüm rol oynadığından, deyə bilərəm ki, biz bu müsabiqələrin keçirilməsində qarşıya qoyulmuş məqsədlərə ümumilikdə nail olduq.

- Kadrların peşəkarlığının artırılması sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, əcnəbi ekspertlərin iştirakı ilə keçirilən treninq və seminarlar barədə nə deyə bilərsiniz?

- İnsan resurslarının idarə edilməsi sahəsində qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və uyğun təcrübələrin tətbiqi üçün Vergilər Nazirliyi zəruri beynəlxalq əməkdaşlıq həyata keçirir. Bu sahədə xüsusən Avropa İttifaqının «İnsan resurslarının inkişafı sahəsində Azərbaycan Respublikasının Vergilər Nazirliyinə dəstək» tvinninq layihəsini qeyd etmək istərdim. Layihə çərçivəsində nazirliyin əməkdaşları insan resursların idarə edilməsi, risklərin analizi üçün informasiyaların toplanması və təhlili üsulları sahəsində İspaniya və Fransa Vergi Administrasiyalarının ən yaxşı təcrübələrini öyrəniblər.

Öyrənilmiş təcrübə əsasında insan resurslarının inkişafı sahəsində strategiya və tədbirlər planının layihəsi hazırlanıb. Həmçinin insan resurslarının idarə edilməsi sahəsində bir sıra qaydalar, təlimat və tövsiyələr təsdiq edilib ki, onların içərisində «Dövlət vergi orqanlarında orta menecer vəzifələrinin tutulması üçün keçirilən müsahibə Qaydaları»nı, «Dövlət vergi orqanlarında yuxarı menecer vəzifələrinin tutulması üçün kadr ehtiyatının yaradılması və idarə olunması Qaydaları»nı ayrıca vurğulamaq istərdim. Bundan əlavə, onlayn təlim sistemi təşkmilləşdirilib, tədris-təlim proqramları və üsulları yenilənib, təlim keçmək üçün metodik materiallar hazırlanıb. Layihə çərçivəsində əməkdaşların uzunmüddətli təlim tələbatları öyrənilib və bu tələbatlar illik təlim planlarının tərtibi zamanı nəzərə alınıb.

Ümumilikdə layihənin icrası müddətində nazirliyin 150 əməkdaşı xarici ekspertlərin cəlb olunduğu 35 işçi seminarda və təlimdə 30 mövzu üzrə ən son təcrübə ilə yaxından tanış olub. Təbii ki, insan resurslarının idarə edilməsi sahəsində qarşımızda duran prioritetlərə uyğun olaraq yeni beynəlxalq əməkdaşlıq istiqamətlərini daim araşdırırıq.

- «2013-2020-ci illərdə vergi sisteminin İnkişaf Strategiyası» ilə bağlı İnsan resursları departamenti hansı işləri yerinə yetirir?

- Vergilər nazirinin əmri ilə təsdiq edilmiş «2013-2020-ci illərdə vergi sisteminin İnkişaf Strategiyası»nda nazirliyin potensial imkanlarından biri kimi onun malik olduğu insan kapitalı xüsusi vurğulanır və idarəetmədə səmərəliliyinin artırılması, əməkdaşların tədris və təlim prosesinin təkmilləşdirilməsi strateji məqsədlər kimi müəyyən edilir.

İnkişaf Strategiyasının icrası məqsədi ilə təlim-tədris proseslərinin daxili hüquqi bazası yenilənib, əməkdaşların peşə hazırlığının təşkilinin yeni qaydaları, həmçinin bir sıra metodiki təlimat və tövsiyələr qəbul edilib. Təlim-tədris proseslərinin lazımi səviyyədə təşkili üçün infrastruktur kifayət qədər təkmilləşdirilib. Bu gün Vergilər Nazirliyinin Şamaxı rayonunda ən müasir auditoriyalarla, texniki avadanlıqlarla, dinləyicilərin və təlimçilərin qalması üçün yataqxanalarla təchiz edilmiş Tədris Mərkəzi fəaliyyət göstərir.

İKT-nin imkanlarından istifadə etməklə 2015-ci ildən onlayn rejimdə iş yerindən ayrılmadan əməkdaşlar üçün e-təlimlər təşkil edilir ki, bu da az xərc və vaxt sərf etməklə təlim proseslərinin intensivləşməsinə imkan verir. Məncə, təkcə bu rəqəmləri demək kifayətdir ki, 2016-cı il ərzində 2876 nəfər e-təlimlərə cəlb edilib. Cari ilin yanvar-may aylarında isə 1063 nəfər əməkdaş onlayn təlimlərdə iştirak edib.

2016-cı ildən başlayaraq vergi orqanlarının fəaliyyət sahələri üzrə əməkdaşların bilik və bacarıqlarının sertifikatlaşdırılmasına başlanıb. Bu isə əsasən vergi orqanlarının spesifik kadr tələblərinin nəzərə alınması və ayrı-ayrı sahələr üzrə kadrların ixtisaslaşmasına xidmət edir.

Nazirlik tərəfindən təşkil edilən təlim və kursların, habelə onlayn təlimlərin səmərəliliyinin artırılması məqsədi ilə vergi orqanlarının təlimçi qismində iştirak edən əməkdaşları üçün yerli və xarici ekspertləri cəlb etməklə hər il «Təlimin əsasları» mövzusunda təlimlər təşkil edilir. Əsas məqsəd nazirliyin təlimlərində müasir təlim metodlarından və texnologiyalarından istifadənin genişləndirilməsidir.

Bunlarla yanaşı, idarəetmədə səmərəliliyin artırılması məqsədi ilə vergi orqanları əməkdaşlarının fəaliyyətinin qiymətləndirilməsinin yeni mexanizmi hazırlanmaqdadır. Bu mexanizm İKT-nin imkanlarından istifadə etməklə qiymətləndirmə proseslərinin mümkün qədər avtomatlaşdırılmasına və subyektivliyin tam aradan qaldırılmasına, resursların mütənasib paylanılmasına xidmət edəcək.

"Nordwind" aviaşirkəti mayın 18-dən Sankt-Peterburqdan Bakıya birbaşa uçuşlara başlayır
"Nordwind" aviaşirkəti mayın 18-dən Sankt-Peterburqdan Bakıya birbaşa uçuşlara başlayır
2021-2022-ci illərdə Azərbaycan dövlət büdcəsinin kəsiri azalacaq - "Fitch Ratings"
2021-2022-ci illərdə Azərbaycan dövlət büdcəsinin kəsiri azalacaq - "Fitch Ratings"
"Fitch" Azərbaycana birbaşa xarici investisiyaların artımını proqnozlaşdırır
"Fitch" Azərbaycana birbaşa xarici investisiyaların artımını proqnozlaşdırır
Loading Bars
Xəbər lenti
Bakıda minik avtomobili yanıb
Bütün xarici aviaşirkətlər İsrailə uçuşları dayandırıb
HƏMAS İsrailin bir neçə şəhərinə zərbələr endirib
İslam Əməkdaşlıq Təşkilatının təcili iclası keçiriləcək - Türkiyə XİN
İsrail ordusu Qəzza zolağında çoxmərtəbəli binaya zərbə endirdiyini təsdiqləyib
"Nordwind" aviaşirkəti mayın 18-dən Sankt-Peterburqdan Bakıya birbaşa uçuşlara başlayır
İranla sərhəddə atışma: İki sərhədçimiz şəhid olub
Gürcüstanda koronavirusa daha 1 576 nəfər yoluxub
Ceyhun Bayramovun tacikistanlı həmkarı ilə telefon danışığı baş tutub
2021-2022-ci illərdə Azərbaycan dövlət büdcəsinin kəsiri azalacaq - "Fitch Ratings"
Azərbaycanda pandemiya dövründə sərnişinlər əsasən bu nəqliyyat vasitəsindən istifadə edib
"Fitch" Azərbaycana birbaşa xarici investisiyaların artımını proqnozlaşdırır
ABŞ-ın Azərbaycandakı səfiri və USAID-in direktoru Milli Məclisin deputatı Sevil Mikayılova ilə görüşüblər
Prezident İlham Əliyev: Azərbaycanda bütün xalqlar bir ailə kimi yaşayır
Azərbaycanda indiyədək COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlanıb
Azərbaycanda 377 nəfər koronavirusa yoluxub, 14 nəfər vəfat edib
Azərbaycanda pandemiya dövründə qeyri-neft-qaz sektorunda məhsul istehsalı artıb
"Fitch Ratings" Azərbaycanda ÜDM-in artımını proqnozlaşdırır
Azərbaycanda tütün məmulatları istehsalı artıb
“Qarabağ” - “Neftçi” oyununun vaxtı müəyyənləşib
“Xarıbülbül” musiqi festivalı tarixi zəfərin nidası idi - Deputat
İranda daha 200 nəfər koronavirusdan ölüb
Göygöldə təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər məsuliyyətə cəlb edilib (FOTO)
Azərbaycan aviasiya vasitələri təlim-məşq uçuşlarına başlayıb (FOTO)
Azərbaycanın müasir tarixinin şanlı səhifələri yazılır
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Nic qəsəbəsində 1 saylı orta məktəbdə və Müqəddəs Yelisey adına Cotari kilsəsində olublar (FOTO) (YENİLƏNİB)
"Türk Hava Yolları" Gəncəyə uçuşları bərpa edib (FOTO)
Sabahdan ictimai nəqliyyatın fəaliyyəti bərpa edilir
Azad olunmuş ərazilərdə yeni hərbi hissələrin açılışı olub (FOTO/VİDEO)
Piyada əleyhinə mina risklərinə həsr olunmuş beynəlxalq konfrans təşkil edilib
“Xarıbülbül” beynəlxalq musiqi festivalı Fransa mətbuatında (FOTO)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qəbələ Dəmir yolu Vağzalının və Ləki stansiyası-Qəbələ birxətli dəmir yolunun açılışında iştirak ediblər (FOTO) (YENİLƏNİB)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qəbələnin Nic qəsəbəsindəki Müqəddəs Məryəm Ana Alban kilsəsində olublar (FOTO) (YENİLƏNİB)
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva Qəbələdə yeni körpü və avtomobil yolunun bərpadan sonra istifadəyə verilməsi tədbirində iştirak ediblər (FOTO) (YENİLƏNİB)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qəbələ rayonuna səfərə gəliblər (FOTO/VİDEO)
“Xarıbülbül” musiqi festivalı: Şanlı Qələbəmizin musiqi paradı
Sabah 35 dərəcə isti olacaq
Adam oğurluğu səbəbindən axtarışda olan şəxslər saxlanıldı
Ermənistanda son sutkada 13 nəfər koronavirusdan ölüb
Gəncə sakinində “revolver” tipli tapança aşkarlanıb
İspaniyalı deputatların erməni təəssübkeşi qismində aksiya keçirmələri qəbuledilməzdir - Sevil Mikayılova
Balakəndə təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər cərimələnib (FOTO)
Azərbaycan neftinin qiyməti bahalaşıb
Bakıda keçiriləcək "JARA 2022" festivalının tarixləri açıqlandı
Qarabağda sülhməramlılara qarşı təxribat xarakterli hərəkətlər olmayıb - Rusiya Müdafiə Nazirliyi
Saatlıda parklanma qaydalarını pozan sürücülər məsuliyyətə cəlb olunub
“Xarıbülbül” festivalı Qarabağın tarixi simasının bərpasını təcəssüm etdirir – Deputat
Qazax sakinində narkotik aşkarlanıb
AVRO-2020: Biletlər bu gündən satışdadır
Salyanda transformator yanıb
Çernoqoriya turistlərə sərhədlərini açır
Cənubi Koreya Azərbaycanda yeni layihələr icra edəcək
Zidan mövsümün sonunda "Real"dan ayrılacaq
Millət vəkili Arzu Nağıyev Tovuz və Gədəbəydə şəhid, qazi ailələri və seçicilərlə görüşüb (FOTO)
Sakit okeanda zəlzələ baş verib
Çində yeddi nəfər qasırğanın qurbanı olub
Çinin kosmik aparatı uğurla Marsın səthinə enib
Qəzzada evin vurulması nəticəsində 8 fələstinli həlak olub
İraqda ağır yol qəzası, sərnişinlər avtobusda yanıb
Meksikada narkotacirlərin hücumu nəticəsiəndə iki əsgər ölüb
Rusiya bu ölkələrlə hava əlaqələrini bərpa edir
İnigltərə çempionatı: "Mançester Siti" "Nyukasl"a qalib gəldi
"WhatsApp" yeni qaydalarını qəbul etməyən istifadəçilərə məhdudiyyətlər tətbiq edir
Abşeronda restoranda yanğın baş verib
İraqın şimalında türk əsgəri şəhid olub
Azərbaycan Premyer Liqasında növbəti turun oyun cədvəli açıqlanıb
Qəzza və İordanın Qərb sahilində gün ərzində 26 fələstinli ölüb, 600 nəfərdən çox yaralanıb
Dünyada ötən sutka koronavirusa 717 mindən çox yoluxma qeydə alınıb - ÜST
Suriyadan İsrailə üç raket buraxılıb
"Amazon" ilin sonuna qədər İngiltərədə 10 min yeni iş yeri yaradacaq
Ukraynanın Səhiyyə naziri istefa etdi
"Facebook" və "İnstagram"ın işində qüsurlar yaranıb
DİN itkin düşən qadınla bağlı əhaliyə müraciət edib (FOTO)
Balakəndə evdə yanğın olub
Ukrayna iqtisadiyyat və infrastruktur nazirləri istefa ediblər
Sahibə Qafarovanın Türkiyə Böyük Millət Məclisinin Sədri ilə telefon danışığı olub
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" hesabında Qarabağdan növbəti görüntülər paylaşıb (FOTO/VİDEO)
Füzulidə ev yanıb
Azərbaycanda ötən ay bahalaşan və ucuzlaşan məhsullar bunlar olub
Bakıda restoranda qaz balonu partlayıb, 4 nəfər xəsarət alıb
"Xarıbülbül” festivalı ilə dünyaya bir sıra mesajlar vermiş olduq - Tural Gəncəliyev
Azərbaycan vasitəsilə 10 milyon tondan artıq yük daşınıb
Ceyhun Bayramov ilə Avropa Xarici Fəaliyyət Xidmətinin Baş katibi arasında telefon danışığı olub
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlanıb​​​
Azərbaycanda 1 262 nəfər COVID-19-dan sağalıb, 326 nəfər yoluxub
Saatlıda gecə saatlarında fəaliyyət göstərən çayxana aşkarlanıb
İndoneziya sahillərində 6,8 bal gücündə zəlzələ olub
Ceyhun Bayramovla Filip Riker arasında telefon danışığı olub
Aprel ayında 11 uşaq övladlığa verilib
Əfqanıstanın dövlət başçısı Prezident İlham Əliyevə telefonla zəng edib
AVRO-2020: Bakıdakı oyunların biletləri satışa çıxarılır
Yasamalda gəncin intihar etməsi faktı ilə bağlı araşdırma aparılır
Sərxoş sürücülər 2 nəfərin ölümünə səbəb olub
Zabrat şossesində yolun bir zolağı hərəkət üçün məhdudlaşdırılıb
"Avro-2020"nin rəsmi mahnısı müəyyənləşib
İranda daha 202 nəfər koronavirusdan ölüb
Makron öz sözləri ilə ATƏT Minsk qrupunun tabutuna son mismarı vurdu - Rusiyalı tarixçi
Azad olunmuş ərazilərdə indiyədək 20 modul və konteyner tipli hərbi hissə istifadəyə verilib (FOTO)
RAGB-nin sədri Leyla Əliyevanın təşəbbüsü ilə Volqoqradda Regionlararası forum keçirilib (FOTO)
Qaxda təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülərə qarşı reyd olub (FOTO)
Bütün xəbərlər