...

Şahin Mustafayev: İqtisadi islahatlar artıq real nəticələrini verir

İqtisadiyyat Materials 8 İyun 2017 12:45 (UTC +04:00)
2017-ci ilin 4 ayında qeyri-neft sənayesi 2,8%, kənd təsərrüfatı 3,2%, ticarət dövriyyəsi 11,5%, ixrac təqribən 41%, qeyri-neft ixracı isə 23% artıb.
Şahin Mustafayev: İqtisadi islahatlar artıq real nəticələrini verir

Bakı. Trend:

Həyata keçirilən iqtisadi islahatlar artıq real nəticələrini verir. 2017-ci ilin 4 ayında qeyri-neft sənayesi 2,8%, kənd təsərrüfatı 3,2%, ticarət dövriyyəsi 11,5%, ixrac təqribən 41%, qeyri-neft ixracı isə 23% artıb.

Trend-in məlumatına görə, bunu 3-cü Azərbaycan-Avropa İttifaqı biznes forumundakı çıxışında iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Nazir bildirib ki, bu dövrdə valyuta ehtiyatları 1,3 mlrd. ABŞ dollar artıb və 39 mlrd. ABŞ dolları təşkil edir:

"1 aprel 2017-ci il tarixinə valyuta ehtiyatları xarici borcdan 3,2 dəfə çox olub. Azərbaycan “Qlobal Rəqabətlilik Hesabatı”nda (2016-2017) 138 ölkə arasında 37-ci, MDB ölkələri arasında isə bir neçə ildir ki, 1-ci yerdədir”.

O qeyd edib ki, insan kapitalının inkişafı sosial-iqtisadi siyasətin başlıca istiqamətidir:

“Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasətin başlıca istiqaməti insan kapitalının inkişafıdır”.

Nazir həmçinin vurğulayıb ki, Azərbaycandakı siyasi sabitlik, zəngin təbii ehtiyatlar və iqtisadi potensial, yaradılmış əlverişli biznes və investisiya mühiti, müasir infrastruktur, əlverişli coğrafi mövqe, zəngin mədəniyyətimiz, ölkəmizin beynəlxalq aləmdə etibarlı tərəfdaş olması Azərbaycanı investisiya qoyuluşu üçün cəlbedici məkana çevirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti