...

6 mindən çox şəxs vakant dövlət qulluğu vəzifələrini tutub

İqtisadiyyat Materials 9 İyun 2017 11:40 (UTC +04:00)
Azərbaycanda son 10 ildə 6 mindən çox şəxs vakant dövlət qulluğu vəzifələrini tutub.
6 mindən çox şəxs vakant dövlət qulluğu vəzifələrini tutub

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda son 10 ildə 6 mindən çox şəxs vakant dövlət qulluğu vəzifələrini tutub.

Trend-in məlumatına görə, bunu “Dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti” mövzusunda keçirilən tədbirdə Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədr müavini Bəhram Xəlilov deyib.

Onun sözlərinə görə, həmin vəzifələri tutan insanların 80 faizindən çoxu gənclərdir:

"Biz dövlət qulluğuna qəbul üçün əmək stajına olan tələbləri aradan qaldırmışıq. Bununla gənclərə magistratura və doktorantura təhsilindən sonra dövlət qulluğu vəzifələrini tutmaq imkanı yaradılıb".

Vətəndaşların artıq dövlət qulluğuna inamının artdığını deyən B.Xəlilov qeyd edib ki, son 15 ildə dövlət qulluğuna qəbul üçün müasir sistem yaradılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti