...

"Azərbaycan Akkreditasiya Mərkəzi" müsabiqə elan edib

İqtisadiyyat Materials 14 İyun 2017 09:27 (UTC +04:00)
“Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxs www.accreditation.gov.az rəsmi internet səhifəsinin yaradılması və korporativ loqotipin hazırlanması ilə bağlı müsabiqə elan edib.
"Azərbaycan Akkreditasiya Mərkəzi" müsabiqə elan edib

Bakı. Trend:

“Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxs www.accreditation.gov.az rəsmi internet səhifəsinin yaradılması və korporativ loqotipin hazırlanması ilə bağlı müsabiqə elan edib.

Bu barədə Trend-ə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən məlumat verilib.

İnternet səhifədə mərkəzin fəaliyyət istiqamətləri, vəzifələri, hüquqları və göstərdiyi xidmətlər, qanunvericilik və görülmüş tədbirlər barədə informasiyalar yerləşdiriləcək. İnternet səhifəsinin dizaynı mərkəzin fəaliyyət istiqamətinə uyğun, müasir dizayn elementlərini əks etdirməlidir. Hazırlanan layihələrə müvafiq komissiya tərəfindən baxıldıqdan sonra qalib elan olunacaq. Sayt Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 sentyabr 2012-ci il tarixli 189 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət orqanlarının internet informasiya ehtiyatlarının yaradılmasına və idarə edilməsinə dair Tələblər"ə cavab verməlidir.

Korporativ loqonun dizaynı da özündə mərkəzin fəaliyyəti, strategiya və missiyasına dair elementləri əks etdirməlidir. Həmçinin, loqo rəngli və konseptual görünüşlü olmalıdır. Müsabiqədə yalnız indiyə qədər istifadə edilməyən və hər hansı digər loqotiplərin elementlərini təkrarlamayan həllər iştirak edə bilər. Loqo dizaynlarına müvafiq komissiya tərəfindən baxıldıqdan sonra qalib elan olunacaq.

Layihə təkliflərini cari ilin 1 avqust tarixinədək [email protected] elektron poçtuna və ya Bakı şəhəri, Mərdanov Qardaşları 124 ünvanına göndərə bilərsiniz.

Əlaqələndirici şəxs: İnara Eyyubova. Tel: (012) 4499959, daxili 145.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti