...

8 xalça müəssisəsinin tikintisi bu il başa çatdırılacaq

İqtisadiyyat Materials 25 İyul 2017 14:25 (UTC +04:00)
Azərbaycanda 8 xalça müəssisəsinin tikintisi bu il başa çatdırılacaq.
8 xalça müəssisəsinin tikintisi bu il başa çatdırılacaq

Bakı. Trend:

Azərbaycanda 8 xalça müəssisəsinin tikintisi bu il başa çatdırılacaq.

Trend-in məlumatına görə, bu barədə bu gün İqtisadiyyat Nazirliyində keçirilən kollegiya iclasında bildrilib.

Qeyd olunub ki, ənənəvi sənaye sahələrindən olan xalçaçılığın inkişafı məqsədi ilə “Azərxalça” ASC tərəfindən 10 rayonda xalça müəssisələrinin tikintisinə başlanılıb və artıq Füzuli rayonunun Horadiz qəsəbəsində xalça müəssisəsi fəaliyyət göstərir.

Bildirilib ki, Şəmkir rayonunda isə bu cür müəssisə artıq fəaliyyətə başlamağa hazırdır. 8 müəssisənin tikintisi isə bu il başa çatdırılacaq. Bu müəssisələr işə başladıqdan sonra ümumilikdə 1600 yeni iş yerinın açılması təmin ediləcək.

Xalça istehsalı üçün etibarlı xammal bazasının yaradılması, habelə ixrac potensialının artırılması məqsədilə yunun tədarükü sistemi yaradılır. Artıq 4 rayonda yun tədarükü məntəqəsinin təşkili istiqamətində iş aparılır. Bundan başqa, “Azərxalça” ASC tərəfindən əyirici-boyaq müəssisəsinin tikintisi davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti