...

100-ə yaxın vətəndaş "Kütləvi çıxarış" kampaniyasından faydalanıb (FOTO)

İqtisadiyyat Materials 31 Avqust 2017 18:10 (UTC +04:00)
Əmlak Məsələləri Dövlət Komitəsi Balakən rayonu və bir neçə kəndində "Kütləvi çıxarış" kampaniyası keçirib.
100-ə yaxın vətəndaş "Kütləvi çıxarış" kampaniyasından faydalanıb (FOTO)

Bakı. Trend:

Əmlak Məsələləri Dövlət Komitəsi Balakən rayonu və bir neçə kəndində "Kütləvi çıxarış" kampaniyası keçirib.

Komitədən Trend-ə verilən məlumata görə, kampaniya nəticəsində 100-ə yaxın rayon sakininə birbaşa yaşadıqları ərazilərdə əmlaklarına dair çıxarışlar təqdim olunub. Kampaniya çərçivəsində mobil ofislərə müraciət edən 50-dən çox sakindən isə öz əmlaklarına dair çıxarış almaq üçün ilkin hüquq müəyyənedici sənədlər qəbul edilib. Verilən çıxarışlar əsasən fərdi yaşayış evləri, pay torpağı, həyətyanı torpaq sahələrini əhatə edib.

“Kütləvi çıxarış” kampaniyası təkcə sənədlərin qəbulu və çıxarışların paylanmasını nəzərdə tutmur. Kampaniya zamanı müraciət edən və sənədlərində hər hansı çatışmazlıq olan 30-a yaxın sakinə bir başa yerlərdə hüquqi xidmət göstərilib.

Cari il ərzində 15 “Kütləvi çıxarış” kampaniyası keçirilib. Bunlardan 2-si paytaxtda, 13-ü isə regionlarda baş tutub.

Komitə tərəfindən bu ilin sonunadək paytaxt və regionlarda mobil ofis xidmətləri, həmçinin “Kütləvi çıxarış” kampaniyası davam etdiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti