...

SOCAR avqustda dövlət büdcəsinə 133 milyon manatdan artıq vəsait ödəyib

İqtisadiyyat Materials 11 Sentyabr 2017 11:27 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən avqust ayında dövlət büdcəsinə 133 milyon 782 min manat vəsait ödənilib.
SOCAR avqustda dövlət büdcəsinə 133 milyon manatdan artıq vəsait ödəyib

Bakı. Trend:

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən avqust ayında dövlət büdcəsinə 133 milyon 782 min manat vəsait ödənilib.

Trend SOCAR-ın saytına istinadən xəbər evrir ki, bu göstərici 2016-cı ilin avqust ayı ilə müqayisədə 17 milyon 321 min manat və ya 14,9 faiz çoxdur. Ümumiyyətlə, cari ilin yanvar-avqust aylarında büdcəyə 1 milyard 48 milyon 348 min manat vəsait ödənilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 142 milyon 946 min manat və ya 15,8 faiz çoxdur.

Bundan əlavə, 2017-ci ilin avqust ayında Dövlət Sosial Müdafiə Fonduna SOCAR tərəfindən 12 milyon 575 min manat vəsait köçürülüb. Cari ilin yanvar-avqust aylarında isə SOCAR tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 99 milyon 826 min manat təşkil edib ki, bu da 2016-cı ilin analoji dövrü ilə müqayisədə 5 milyon 479 min manat və ya 5,8 faiz çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti