...

Əbdülvahab Salamzadə küçəsində genişləndirilmə işləri aparılıb (FOTO)

İqtisadiyyat Materials 18 Sentyabr 2017 15:09 (UTC +04:00)
Yasamal rayonu Əbdülvahab Salamzadə küçəsində genişləndirilmə işləri aparılıb.
Əbdülvahab Salamzadə küçəsində genişləndirilmə işləri aparılıb (FOTO)

Bakı. Elçin Mehdiyev - Trend:

Yasamal rayonu Əbdülvahab Salamzadə küçəsində genişləndirilmə işləri aparılıb.

“Azəravtoyol”ASC-dən Trend-ə verilən məlumata görə, genişləndirilən yol hissəsinin uzunluğu 400 metrdir.

Küçənin “Qələbə dairəsi”nə doğru olan hissəsində əsas yolla köməkçi yolu ayıran ayrıcı zolaq ləğv edilib. Nəticədə sözügedən istiqamətdə avtonəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkəti təmin olunub, həmçinin əlavə daha 1 hərəkət zolağı yaranıb.

Genişləndirmə işləri aparılan hissəyə 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənib və yola üfiqi nişanlanma xətləri çəkilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti