Bakı. Trend:
Milli və dünya bazarlarının əksəriyyəti yüksək rəqabət ilə səciyyələnir. Müasir şirkətlər lider mövqeyini qoruyub saxlamaq üçün innovativ qərarlar verməyə, unikal inkişaf metodların tətbiqinə, unikal xüsusiyyətlərə malik məhsul və xidmətlərin təklifinə səy göstərir.
"AssrtA" artıq 25 ildir ki, müştəriləri üçün etibarlı partnyordur. Çoxillik təcrübə, xidmətə İsveçrə yanaşması, yükdaşıma sahəsində öz məhsul xəttinin mövcudluğu və xarici iqtisadi fəaliyyət sayəsində şirkət yeni məhsulun yaradılması, rəqabət üstünlüklərinin əldə edilməsi, yükdaşımaya çəkilən xərclərin optimallaşdırılması və xarici iqtisadi fəaliyyət sahəsində risklərin azaldılması üçün möhkəm dayaqdır.
"AsstrA-Associated Traffic AG"-nin təhlil şöbəsi bazarları, yeni tendensiyaları, innovativ texnologiyaları və qərarları araşdırır. Şirkətin təhlil gücü kəskin artmaqda olan onlayn mağazaların tələbatını təmin etmək üçün “böyük verilənlər” və “maşın təlimi”ndən istifadəni proqnozlaşdırır.
"AsstrA"nın proqnozuna əsasən, verilənlərə əsaslanan yükdaşıma, müştərilərin tələbatını daha tez təmin etməyə və yeni bazarlarda öz biznesini daha aktiv inkişaf etdirməyə səy göstərir. Verilənlərin həcminin artırılması zamanı rast gəlinən ən böyük problemlərdən biri – təşkilatlanmanın və müştəri təcrübəsinin yaxşılaşdırılması üçün maksimum üstünlüklərin necə əldə edilməsi qərarıdır.
Çatdırılmanın yeni texnologiyaları olan pilotsuz nəqliyyat vasitələri, naviqasiya sistemlərindən alınan verilənlərin əsasında tərtib edilən mobil proqram təminatları yükdaşıma xidmətləri göstərənlərdən uzun müddətli strateji və əməliyyat dəyişikliklərinin işlənib hazırlanmasını tələb edir.
3PL (Third Party Logistics – üçüncü tərəfin yükdaşınması.red) tipli təhlil təkcə yükdaşımada deyil, digər sahələrdə də lazımdır. Son istifadəçilərin ehtiyaclarına daha çox uyğunlaşmaq üçün mobil əsri, xidmətlərin müxtəlif təchizatçıları (yükdaşıma daxil olmaqla) arasında daha sıx qarşılıqlı əlaqəni tələb edir.
İstehlakçıların davranışına ümumi yanaşma, yükdaşıma sahəsində təchizatın ənənəvi zəncirini şübhə altına alır. Xidmət göstərənlər arasında daha sıx münasibətlər yaxın gələcəkdə riskin azalmasına şərait yarada bilər. Məhz bu səbəbdən, yükdaşımada 3PL təhlil vasitələrindən istifadə etməyə dəyər.
Nəqliyyat-yükdaşıma şirkətləri öz xidmətlərində yeni texnologiyalar tətbiq etməli, daha yaxşı göndərmə və yüklərin yerdəyişməsini, dəyərin itməsinin qarşısını almaq üçün yükün keyfiyyətinin müəyyənləşməsini təmin etməlidir. Effektiv əməliyyatlar, müştəri təcrübəsinə müsbət təsir göstərir. Bunu gözardına vurmaq olmaz. Belə ki, müştərinin tələbatlarına münasibətdə daha çevik və yeni texnoloji qərarlar tətbiqinə qadir olan rəqib şirkətlər, bazar liderlərinə üstün gələ bilərlər.
İstehlakçılar nəqliyyat-yükdaşıma şirkətlərindən multimodal daşınmalar və “qapıdan qapıya” çatdırmalar da daxil olmaqla şəxsiləşdirilmiş, dəyərli, dəqiq və təhlükəsiz xidmətlər gözləyirlər. Gələcəkdə yükdaşımanın istehsaldan ayrılmayacağı proqnozlaşdırılır – yükdaşıma şirkətləri bölüşdürücü mərkəzlər vasitəsilə istehsal xidmətləri göstərəcək və nəticədə, istehsal olunmuş məhsullar daha çox şəxsiləşdirilmiş olacaq.
Son olaraq, AsstrA-da Aİ regionu üzrə direktoru Andrey İvanov-Kolakovskinin sözlərini sitat gətiririk: “Bazarda olanlardan daha tez öyrənin və daha uzağa baxın və əvəzində siz, müştərinin sədaqətini qazanmış olacaqsınız. Əgər Amazon, UPS və ya FedEX kimi böyük olmayan şirkətlər, Uber və Lyft kimi nəqliyyat xidmətləri birinci idisə, yükmaşınları, gəmilər və təyyarələr növbətidir”.
“AsstrA-Associated Traffic AG” baş ofisi Sürixdə yerləşən (İsveçrə) beynəlxalq nəqliyyat-logistika holdinqidir. Holdinq logistika sahəsində 20 ildən artıq iş təcrübəsinə və qüsursuz nüfuza malikdir. Şirkət MDB, Avropa və Asiyanın 16 ölkəsində təmsil olunub. “AsstrA” müxtəlif nəqliyyat vasitələri ilə beynəlxalq daşımaların təşkili, idxal-ixrac müşayiəti, yüklərin sığortalanması, layihə logistikası, habelə ticarət, anbar və gömrük xidmətlərini özündə birləşdirən kompleks xidmətlər təqdim edir. “AsstrA” ofislərinin geniş coğrafiyası və peşəkarlarla əməkdaşlığı sayəsində cəlbedici qiymətlər üzrə optimal logistik həllər təklif edir, hər bir müştəri və tərəfdaşın tələbatlarını nəzərə alır. “AsstrA” Beynəlxalq Ekspeditor Assosiasiyaları Federasiyası və Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının üzvüdür, habelə ISO 9001, ISO 14001, OHSAS 18001 sertifikatlarına malikdir.
Əlaqə üçün: email: [email protected], mоб.: +994 55 813 59 74, whatsApp & Viber: +48576147796, website: http://www.asstra.com/az/, fb: https://www.facebook.com/AsstrAsia/?ref=bookmarks.