...

Ağstafada sahibkarlar üçün treninq keçirilib

İqtisadiyyat Materials 27 Sentyabr 2017 15:46 (UTC +04:00)
Ağstafada sahibkarlar üçün treninq keçirilib
Ağstafada sahibkarlar üçün treninq keçirilib

Bakı. Trend:

İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə Ağstafada sahibkarlar üçün treninq keçirilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, “Ekoloji təmiz kənd təsərrüfatının inkişafı” və “Menecment” mövzularını əhatə edən treninqdə yaşıl iqtisadiyyat, ekoloji təmiz kənd təsərrüfatı, menecment və s. barədə ətraflı məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.

Tədbirdə iştirakçılar İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, sahibkarların təkrar şikayətlərinə baxılması prosedurları barədə də məlumatlandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti