Elxan Həsənov: İstiqrazlar həm yatırım, həm də yığım üçündür (MÜSAHİBƏ)

Elxan Həsənov: İstiqrazlar həm yatırım, həm də yığım üçündür (MÜSAHİBƏ)

Bakı. Trend:

Artıq bir ilə yaxındır ki, Azərbaycanda pul yatırmaq üçün yeni sahə yaranıb. Qiymətli kağızlar bazarı ölkədə çoxdan mövcud olsa da, əhali tərəfindən bu bazara əsl axın ötən ilin oktyabrından – SOCAR İstiqrazlarının buraxılmasından başlayıb. İstiqrazlar, onlara yatırım və bu kağızlardan faydalanmaq imkanları ilə bağlı suallara "SOCAR Capital" şirkətinin investiiya və əməliyyatlar Departamentinin direktoru Elxan Həsənov cavab verir.

- Elxan müəllim, hazırda qiymətli kağızlar bazarındakı vəziyyəti necə qiymətləndirirsiniz? İndiyədək bu bazarla maraqlanan və əməliyyat aparanlar az idi. İndi vəziyyət necədir?

- Qiymətli kağızlar Azərbaycanda uzun müddətdir ki, var və inkişaf etməkdədir. Amma son iki il ərzində yeni istiqrazların, yəni həm dövlət, həm də SOCAR istiqrazlarının buraxılışı ilə qiymətli kağızlara maraq daha da artmaqdadır. SOCAR istiqrazları buraxılandan sonra isə vətəndaşların və şirkətlərin bu bazara marağı və tələbi daha da artıb. Xüsusilə fiziki şəxslər üçün bu istiqrazlar və onun sayəsində qiymətli kağızlar bazarı əsl yenilik oldu.

- Əhali başqa qiymətli kağızlarla o qədər də maraqlanmadığı halda birdən-birə SOCAR istiqrazlarına niyə belə maraq göstərdi?

- Ən böyük səbəb odur ki, SOCAR istiqrazların qiyməti ilə bağlı zəmanət verib. Yəni bildirib ki, bu istiqrazların qiyməti heç vaxt 1000 dollardan aşağı olmayacaq. Yəni istiqraz sahibi nə vaxtsa, hansısa səbəbdən istiqrazı satmaq istəsə, azı 1000 dollardan sata biləcək. Məhz bu zəmanət, vətəndaşların istiqrazlara inamını artırdı. Nəticədə həm ilkin yerləşdirmə zamanı, həm də hazırda təkrar bazarda istiqrazlara böyük maraq var. Son məlumatları sizə deyə bilərəm ki, istiqrazların dövriyyəyə buraxıldığı 11 ay ərzində onlarla təqribən 110 milyon dollarlıq əməliyyat aparılıb. Bu çox yüksək göstəricidir, bazarda heç bir qiymətli kağız belə aktiv alınıb-satılmır.

- İstiqrazlarını satmaq istəyənə SOCAR necə zəmanət verir?

- Baxın, ənənəvi istiqrazlarda mexanizm belədir: istiqraz müəyyən müddətə buraxılır və onun müəyyən illik gəlirliliyi olur. İstiqrazı buraxan təşkilat faizləri hər il ödəsə də, istiqrazın özünə yatırılan vəsaiti, yəni “ana məbləği” yalnız müddət başa çatandan sonra geri alır. Yəni belə istiqrazı alanlar öz yatırımlarını yalnız istiqrazın müddəti - 2 il, 5 il bitəndən sonra geri ala bilirlər. Əgər ondan əvvəl müştəriyə təcili pul lazımdırsa və o hökmən istiqrazı satmalıdırsa, onu bazardakı qiymətə satmalı olur. Bu zaman qiymətlər nominaldan aşağıdırsa, müştəri istiqrazı ucuz satıb zərər edə bilər. Məsələn 1000 dollarlıq istiqrazı 700 dollara satmalı olacaq.

SOCAR istiqrazında isə bu məsələ fərqlidir. SOCAR istiqraz buraxanda bildirdi ki, istiqrazı azı 1000 dollardan almağa hazırdır. Yəni istiqrazların qiyməti 1000 dollardan aşağı düşməyəcək və müştəri heç bir zərər etməyəcək. Bu əslində dünyada görünməmiş yenilikdir.

- İndiyədək bu mexanizmdən istifadə edən olub?

- Əlbəttə, bu mexanizm işləyir, amma istiqrazları almaq istəyənlər o qədər çoxdur ki, satmaq istəyənlər onları həmişə 1000 dollardan daha yüksək qiymətə satırlar. SOCAR-ın özünün zəmanətinə, yəni istiqrazları geri almasına ehtiyac qalmır. İstiqraz sahibləri isə onları yüksək qiymətə satıb qazanıblar.

- Elxan müəllim, istiqrazların alıcıları kimlərdir? Adi vətəndaşlar, yoxsa şirkətlər?

- İstiqrazları, həm hüquqi şəxslər, həm də fiziki şəxslər alır. Ötən 11 ay ərzində istiqraz alan vətənaşların sayı 2 dəfə artıb. Bura həm istiqrazları yenidən alan müştərilərimiz - hansı ki, ilkin yerləşdirmədə almışdılar, sonra onların üstünlüklərini görərək, yenə də istiqraz alaraq öz portfellərini artırdılar - həm də yeni müştərilər aiddir. İstiqrazı alan şirkətlər də artır, amma vətəndaşların artımı daha böyükdür.

- SOCAR istiqrazlarını nə məqsədlə alırlar – pulu artırmaq, yoxsa sadəcə qoruyub saxlamaq üçün?

- Əvvəlki dövrlə müqayisə etdikdə məqsədlər bir qədər dəyişib. Əvvəllər vətəndaşlar pullarını itirməmək üçün istiqrazlara yatırırdılar. ASAN Xidmət mərkəzlərindəki satış nöqtələrinə müraciət edən vətəndaşlarla söhbətlər zamanı onlar bildirirlər ki, əvvəllər sadəcə pullarını qorumaq üçün istiqraz alırdılar. İndi isə əksinə, təkcə qorumaq üçün deyil, gəlir əldə etmək üçün alırlar. Çünki SOCAR istiqrazları üzrə gəlirlilik maliyyə bazarında ən yüksək səviyyədədir.

- İstiqrazların gəlirliyi nə qədərdir?

- Gəlirlik ildə 5%-dir. Məsələn, 50 min dolarlıq istiqraz alan adam, ildə 2500 dollar faiz qazanacaq. Müqayisə üçün bildirim ki, banklarda bu gəlirlik maksimum 3%-dir. Yəni həmin 50 min dolları banka yatıranda 1500 dollar gəlir gətirir. Ən əsası, istiqrazlarda faizlər hər 3 aydan bir ödənilir. Yəni haqqında danışdığımız 2500 dollarlıq faiz gəliri 4 bərabər hissə ilə, 3 aydan bir 625 dollar olmaqla istiqraz sahibinin bank hesabına köçürülür. Ödəniş vaxtı da əvvəlcədən məlumdur – 17 yanvar, 17 aprel, 17 iyul və 17 oktyabr. Yəni istiqraz sahibi nə vaxt, hətta hansı gün pul qazanağını əvvəlcədən bilir.

- İndiyədək SOCAR istiqrazları üzrə nə qədər faiz ödənilib?

- Bildiyiniz kimi, SOCAR istiqrazları 100 milyon dollarlıq həcmdə buraxılıb və istiqraz sahiblərinə ildə 5 milyon dollar ödənilir. İndiyədək 3 faiz ödənişi çərçivəsində istiqraz sahibləri 3,75 milyon dollar alıblar, oktyabrın 17-də isə daha 1,25 milyn dollar ödəniləcək və onların toplam qazancı 5 milyon dollar olacaq.

- Elxan müəllim, pulu olan şəxs, niyə onu istiqraza yatırmalıdır, yəni niyə elə evində saxlamasın ki?

- Əlbəttə, bu vətəndaşın seçimindən asılıdır. Amma nəzərə almaq lazımdır ki, evdə saxlanılan pul və digər qiymətli əşyalarla bağlı bəzi risklər var. Bunlardan birincisi onun oğurlanmasıdır. Bu böyük riskdir, xüsusilə söhbət böyük məbləğdə, məsələn 100 min dollarlıq vəsaitdən gedirsə, onun evdə saxlanması risklidir.

- Bəs istiqrazları oğurlamaq mümkün deyil?

- Xeyr, onlar elektron qeydiyyatdadır. İstiqraz sahibi bütün sənədlərini itirsə də, elektron hesabında olan istiqrazları heç kim istifadə edə bilməz. Daha sonra vətəndaş sadəcə şəxsiyyət vəsiqəsini təqdim etməklə pulunu ala biləcək. Evdə saxlanan pullarla bağlı risklərdən biri pulun xərclənməsidir. Əlində pulu olan adam, istər-istəməz onu xərcləməyə, istifadə etməyə can atır, məsələn, maşınını təzələyir, o qədər də vacib olmayan xərclər edir və s. Bu da vətəndaşların pullarını azaldır. Və ya onlardan borc pul istəyə bilərlər, imtina edə bilməsələr borc verməli olacaqlar ki, bu da öz-özlüyündə bir riskdir. Hər halda istiqraz almaq üçün müraciət edən müştərilərdən bəziləri məhz buna görə pullarını istiqrazlara yatırdıqlarını bildirirlər.

- Bir qədər əvvəl belə məlumat yayılmışdı ki, bəziləri hətta avtomobilini də sataraq istiqraza yatırırlar. Bu məlumat doğrudur?

- Bəli belə hallar olub, bizim *1999 qaynar xəttimizə müraciət edən müştəri bildirmişdi ki, maşınını satıb istiqraz almaq istəyir. Əməkdaşlarımız səbəbilə maraqlananda həmin şəxs bildirdi ki, maşın bahalıdır, onu saxlamaq da baha başa gəlir, ikincisi, onun qiyməti getdikcə aşağı düşür, onu tezliklə satmaq da olmur. İstiqrazı isə istədiyim vaxt pula çevirə bilərəm. Onun ilk sualı da beləydi ki, mən istiqrazı istədiyim vaxt sata bilərəmmi? Bunları dəqiqləşdirəndən sonra gedib aldılar. Belə hal bir neçə dəfə olub.

- Doğrudan da, istiqrazı istənilən vaxt satmaq olarmı? Yəni SOCAR istiqrazını pula çevirmək prosesi nə qədər vaxt aparır?

- Əlbəttə, bizim istiqrazların, digər yatırımlardan əsas üstünlüyü də elə budur. Baxın, müştəri səhər istiqrazı satmaq istədiyini bildirir, artıq günortadan sonra pul onun hesabındadır. Bəzi hallarda bu daha tez baş verir. Başqa heç bir sahədə belə likvidlik yoxdur.

- Gəlin konkret misalla izah edək: tutaq ki, mənim 50 min dollarlıq istiqrazım var. Əgər mən bu pulları bankda saxlasaydım, həmin pulun bir hissəsini götürəndə, əmanət müqaviləsi pozulur və faiz hesablanmır. İstiqrazlarda necədir – 50 min dolarlıq istiqrazın tutaq ki, 20 min dollarlıq hissəsini götürüb pula çevirmək olarmı? Bu zaman faizlər itmir ki?

- Çox vacib məsələdir, biz bu sualı tez-tez eşidirik. Bəziləri pulun bir hissəsini çıxarıb, bir problemini həll etmək və ya xeyir iş etmək istəyirlər. Həmin hissəni pula çevirirlər, qalan hissə isə gəlir gətirməkdə davam edir.

Bu investor üçün çox mühüm məsələdir. Çünki bəzən yatırımın yalnız bir hissəsini pula çevimək tələb olunur. SOCAR istiqrazlarında dediyim kimi, bunu etmək çox asandır. Digər sahələrdə isə vəziyyət fərqlidir. Məsələn, təsəvvür edin ki, iri, təqribən 1 milyon dollarlıq bir obyektiniz var, və sizə müyyən qədər pul lazımdır.

Adətən belə obyekti satıb pula çevirmək üçün neçə aylar, hətta bir ilədək müddət tələb olunur. Böyük endirim etmədən bu mümkün deyil. Obyektin ayrıca bir hissəsini də satmaq mümkün deyil. Deməli, obyektin sahibi məcbur qalaraq obyekti aşağı qiymətə, ucuz satmalı olacaq. İstiqrazı isə dediyim kimi, həm bütünlüklə, həm də hissə-hissə satıb pula çevirmək olar.

- Biz indiyədək fiziki şəxs olan alıcılardan danışırıq, bəs şirkətlərin SOCAR istiqrazlarına marağı necədir? Çünki xarici ölkələrdə istiqrazların əsas alıcıları şirkətlərdir. Bizdə bu vəziyyət necədir?

- Elədir, xaricdə isiqrazların əsas alıcıları şirkətlərdir. Çünki onlar öz xərc və gəlirləri ilə bağlı planlarını əvvəlcədən tutur, yəni nə vaxt, hansı məbləği hara xərcləyəcəkləri əvvəlcədən məlum olur. Məsələn, onların ödəmə vaxtı, maaş vaxtı və s. məsələlər qrafik üzrədir. Ona görə də şirkətlər gəlirlərinin də dəqiq qrafik üzrə olmasını istəyirlər. Bu mənada istiqraz onlar üçün çox əlverişlidir. Başqa səbəb də var. Yəni hazırda Azərbaycanda əmanətçilərin bankdakı pulları ayrıca fond tərəfindən sığortalansa da, şirkətlərin bankdakı vəsaitləri ilə bağlı belə bir mexanizm yoxdur. İstiqrazlarda isə fiziki və ya hüquqi şəx – fərqi yoxdur, SOCAR bütün məbləğə zəmanət verir. Buna görə də şirkətlərin istiqrazlara marağı artmaqdadır.

- Xaricdə istiqrazların əsas alıcılarından biri də pensiya fondlarıdır. Bizdə vəziyyət necədir? Məsələn, Dövlət Sosial Müdafiə Fondu istiqrazlara maraq göstərirmi?

- Bizdə isə istiqrazlara sığorta şirkətlərinin böyük marağı var. Onlar üçün SOCAR istiqrazları çox əlverişlidir. Çünki bir hadisə baş verərsə və ödəniş etmək lazım gələrsə, onlar dərhal istiqrazların bir hissəsini nağd pula çevirib ödəniş edə bilirlər.

- Elxan müəllim, Azərbaycan vətəndaşları adətən yatırım edəndə bunu övladları, onların gələcəyi üçün edir. SOCAR istiqrazları bu mənada hansı xüsusiyyətə malikdir?

- İstiqrazlar həm investisiya, həm də yığım alətidir. Məsələn, 100 min dollar pulu olan şəxs həmin pulu övladının təhsilinə və gələcəyinə xərcləmək istəyir. Həmin adam pulunu istiqraza yatıra bilər. İstiqrazın müddəti 5 ildir. Bu müddət ərzində həm pulları qorunaraq saxlanacaq, həm də ondan gələn faizlərlə (əgər yatırım 100 min dollardırsa illik gəlir 5 min dollar olacaq) övladının cari xərclərini, məsələn orta məktəb və ya universitetdə təhsil haqqını ödəyə biləcək. Bu zaman, əsas vəsait, yəni 100 min dollar toxunulmadan qalır və onu da istənilən vaxt götürüb istifadə etmək olar.

- Azərbaycanın bölgələrində yaşayanlar, rayon sakinləri istiqrazı necə ala bilərlər?

- Onlar əgər Bakıya ASAN Xidmətə gələ bilmirlərsə, öz sənədlərini poçtla investisiya şirkətinə göndərirlər, investisiya şirkəti onların sənədlərini tərtib edərək emaillə yenidən onlara göndərir, bu dəfə müştəri həmin sənədləri imzalayaraq investisiya şirkətinə göndərir və onlar pullarını köçürəndən sonra istiqrazlarını ala bilərlər. Yəni onların hökmən Bakıya gəlmələrinə ehtiyac yoxdur.

- Bəs xaricdə yaşayan azərbaycanlılar SOCAR istiqrazlarını necə alırlar?

- Bəli, SOCAR istiqrazlarını xaricdə yaşayan həmvətənlərimiz də alırlar. Onlar Azərbaycana gəlib istiqraz alıb gedirlər, eləcə də xarici ölkələrin vətəndaşları da istiqraz alırlar. Bunlar Qazaxıstan, Gürcüstan, Türkiyə, Rusiya və Ukraynada yaşayanlardır. Qeyd edim ki, ilkin yerləşdirmədə istiqrazlar yalnız ölkə vətəndaşlarına satılırdı, təkrar bazarda isə onları istənilən şəxs, o cümlədən xaricilər də ala bilər.

Bakı 2020 para cüdo üzrə Qran Pri ləğv edilib
Bakı 2020 para cüdo üzrə Qran Pri ləğv edilib
İngiltərə Premyer Liqası: "Liverpul" "Arsenal" üzərində qəbələ qazandı
İngiltərə Premyer Liqası: "Liverpul" "Arsenal" üzərində qəbələ qazandı
Hər bir gəncimiz ön cəbhədə döyüşməyə hazırdır - Nazirlik
Hər bir gəncimiz ön cəbhədə döyüşməyə hazırdır - Nazirlik
Loading Bars
Xəbər lenti
BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağdakı vəziyyətlə bağlı qapalı iclas keçirib
"Instagram"ın işində qüsurlar yaranıb
Cəbrayıl rayonu istiqamətində düşmənin döyüş texnikaları məhv edilib (VİDEO)
Moskvada koronavirusdan ölənlərin sayı 5 230 nəfərə çatıb
Ceyhun Bayramov Niderland Xarici İşlər naziri ilə telefon danışığı aparıb
Bu gün Azərbaycan Ordusu öz torpağında vuruşur - “Hədəf”də MÜZAKİRƏ
Müdafiə Nazirliyi: Ermənistan ordusunun mövqeləri darmadağın edilib
Ölkəmizdəki xarici hərbi attaşelər və beynəlxalq təşkilatların nümayəndələri əməliyyat şəraiti haqqında məlumatlandırılıb
Prezident İlham Əliyev: Biz təcavüzkarı elə cəzalandırmağa qabilik ki, o, bir daha bizim tərəfə baxmağa cəsarət etməsin
Azərbaycan Prezidenti: Ermənistan ərazisində bizim heç bir hərbi hədəfimiz olmayıb və yoxdur
Prezident İlham Əliyev: Ermənistan bilərəkdən danışıqlar prosesini pozur, qəbuledilməz tələblər irəli sürür
Prezident İlham Əliyev: Münaqişənin yalnız iki tərəfi var - Ermənistan və Azərbaycan
Azərbaycan Prezidenti: Türkiyə münaqişədə heç bir şəkildə iştirak etmir və buna zərurət yoxdur
Prezident İlham Əliyev: Türkiyənin münaqişə tərəfi kimi iştirak etməsi barədə erməni tərəfin yaydığı şayiələr feyk-nyusdur
Prezident İlham Əliyev: Biz təcavüzkara adekvat cavab verməyə, öz xalqımızı və torpağımızı müdafiə etməyə məcbur idik
Türk Hava Yolları Azərbaycana həyata keçirilən uçuşların təxirə salınması ilə bağlı yayılan məlumatları təkzib edib
Müdafiə Nazirliyi rəşadətli Azərbaycan Ordusunun hərbi qüdrəti ilə bağlı maraqlı paylaşım edib
Ceyhun Bayramovun Latviyalı həmkarı ilə Qarabağı müzakirə edib
Prezident İlham Əliyev “60 dəqiqə” proqramında sualları cavablandırıb (YENİLƏNİB-2)
Ceyhun Bayramovun Litva Respublikasının Xarici İşlər naziri ilə telefon danışığı baş tutub
Kamran Əliyev Rusiya bas prokuroruna müraciət edib
Baş Nazir Əli Əsədov ilə Türkiyənin Vitse-prezidenti Fuad Oktay arasında telefon danışığı olub
Bosniya və Herseqovina Ermənistanın hücumlarını pislədi
ANAMA cəbhəboyu ərazilərdə təmizlənmə əməliyyatları aparır (FOTO)
Birinci vitse-prezident Mehriban Əliyeva: Qoy Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin
Politoloq: Ali Baş Komandan və xalq birliyinin qarşısında bütün qüvvələr acizdir
Emil Əfrasiyab beynəlxalq ictimaiyyəti Azərbaycanın haqlı mövqeyini dəstəkləməyə çağırıb
İranlı deputat Ermənistanın silahlandırılmasını pisləyib
Ermənistanın yüksək rütbəli zabitləri məhv edilib – Anar Eyvazov
Sədaqət Vəliyeva: Minlərlə könüllünün orduya yazılması Azərbaycan cəmiyyətinin hərbi vəziyyətə hazır olduğunu sübut edir
Prezident İlham Əliyev: Son 15 ildə Azərbaycan 120-yə yaxın ölkəyə maliyyə və humanitar yardımı göstərib
Ərəb analitik: Biz ürəyimizlə, ruhumuzla Azərbaycanı dəstəkləyirik
Mədəniyyət Nazirliyinin AYB ilə birgə təşkil etdiyi hekayə müsabiqəsinin qalibləri mükafatlandırılıb
AQTA yanında İctimai Şuranın seçki komissiyasının iclası keçirilib
Prezident İlham Əliyev: Azərbaycan enerji sahəsindən əldə olunan gəlirlərin indiki və gələcək nəsillər arasında ədalətli bölgüsünə xüsusi əhəmiyyət verir
Prezident İlham Əliyev: Azərbaycan “Dayanıqlı İnkişaf Məqsədləri”nin icrasına mühüm əhəmiyyət verir
Prezident İlham Əliyev: Azərbaycan BMT-yə iki dəfə könüllü milli hesabat təqdim edən azsaylı ölkələrdən biridir
Türkiyə Ermənistana məxsus Su-25 təyyarəsinin F-16 ilə vurulduğu barədə İrəvanın məlumatını təkzib edib
Prezident İlham Əliyev “COVID-19 dövrü və sonrakı dönəmdə Dayanıqlı İnkişaf Məqsədlərinin 2030-cu il Gündəliyinin maliyyələşdirilməsi” mövzusunda dövlət və hökumət başçılarının toplantısında videoformatda çıxış edib (FOTO)
Vaqif Dərgahlı: Ermənistana məxsus Su-25 təyyarəsinin F-16 qırıcısı ilə vurulması erməni hərbi təbliğatının növbəti fantaziyasıdır
Ekspert: Ermənistanın Qarabağda istənilən fəaliyyəti beynəlxalq hüquq baxımından qanunsuzdur
Bundestaqın üzvü: Dağlıq Qarabağ münaqişəsinin həlli Cənubi Qafqaz ölkələri ilə münasibətlər üçün şərtdir
Hüquqşünas: Ninoçminda və Axalkalakidəki ermənilərin Qarabağa savaşmaq üçün qeydiyyata alınması cinayət əməlidir
Baş Prokurorluq erməni təxribatları ilə bağlı son vəziyyəti açıqladı
Bakıda mənzildə meyit tapılıb
Mətbuat Şurasının İdarə Heyətinin üzvü beynəlxalq tədbirdə Ermənistanın dezinformasiya siyasətindən danışıb
Azərbaycan səfiri: Ermənistan rəhbərliyi danışıqlar prosesi ilə bağlı absurd bəyanatlar verir
Sekuta: Dağlıq Qarabağın və ətraf ərazilərin işğalı Avropada sülh və təhlükəsizliyi sarsıdır
Koronavirusun qarşısının alınması məqsədi ilə paytaxt polisi növbəti tədbir keçirib (FOTO)
Gürcüstandakı səfirlik: Azərbaycan beynəlxalq hüquqa uyğun olaraq müdafiə hüququnu reallaşdırılır
“Atəşgah” Sığorta Qrupu Silahlı Qüvvələrə Yardım Fonduna 50 000 AZN vəsait ayırıb
Deputat: Ordumuzun qarşısında aciz qalan ermənilər mülki əhalini atəşə tutur
Belçikalı deputat: Beynəlxalq hüquq Azərbaycanın tərəfindədir
Sentyabrın 30-da manatın dollara qarşı məzənnəsi
Azərbaycanda 58 nəfər COVID-19-a yoluxdu, 102 nəfər sağaldı, 2 nəfər vəfat etdi
Qazaxda top mərmisi tapılıb (FOTO)
Trend BİA-nın baş redaktoru ərəb telekanallarına Dağlıq Qarabağdakı vəziyyəti şərh edib (FOTO/VİDEO)
"ASAN Məktub" - Vətən sərhəddən başlayır (FOTO)
ATƏT-in Daimi Şurası Dağlıq Qarabağda vəziyyətlə bağlı xüsusi iclas keçirəcək
Gürcüstan parlamentinin keçmiş deputatı Cavaxetiyadan Ermənistana aparılan yardımları pislədi
Azərbaycan Ordusunda tibbi təminat, təchizat və qan ehtiyatları ilə bağlı heç bir problem yoxdur
Gürcü ekspert: Erməni geosiyasi məkanı dünyanın siyasi xəritəsindən silinə bilər
Dövlət Xidməti: Hərbi vəzifəlilərin səfərbərlik üzrə yola salınmasına başlanılıb (FOTO)
Konsul: Ermənistanla Azərbaycan arasında danışıqlar prosesində irəliləyişin olmaması hərbi əməliyyatlara gətirib çıxarıb
Politoloq: Dağlıq Qarabağ münaqişəsi çərçivəsində Azərbaycanın hərəkətləri beynəlxalq hüquqa uyğundur
Artilleriya bölmələri düşmənə sarsıdıcı zərbələr endirir (VİDEO)
İordaniya Azərbaycan və Ermənistan arasında baş verən hadisələrin inkişafını narahatlıqla izləyir
9 illik təhsil bazasından kolleclərə əlavə yerləşdirmə üçün ixtisas seçiminə başlanılıb
Sahibə Qafarova ilə Qazaxıstan Parlamenti Məclisinin Sədri Dağlıq Qarabağla bağlı müzakirələr aparıb
Pakistan vətəndaşı Prezidentə yazır: Başladığınız haqq işində bizim də ürəyimiz Azərbaycan xalqı ilə birlikdə döyünür
Volodin: Dövlət Duması Qarabağda vəziyyətin tənzimlənməsinə töhfə verməlidir
Səfir: Azərbaycanın heç bir bombası Ermənistan ərazisinə düşməyib
Baş Prokurorluq erməni təxribatı nəticəsində hazırkı vaxtadək dəymiş zərəri açıqladı
BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Dağlıq Qarabağla bağlı bəyanat yayıb
YT Parkın direktoru: Zavodumuz Azərbaycan Ordusunu mühərrik yağları ilə təchiz etməyə hazırdır
Ermənilərin təxribatı nəticəsində Şeyx Babı türbəsinə ziyan dəyib (FOTO)
Azərbaycan əsilli rusiyalı iş adamı həmvətənlərimizə müraciət edib
Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin Sədrinə təşəkkür məktubu ünvanlayıb
YAP Ermənistanın yeni hərbi təxribatları ilə əlaqədar beynəlxalq siyasi partiya təşkilatlarına müraciət ünvanlayıb
Bakıda əyani formada dərslərə davamiyyət 85-90 faiz olub
FHN hərbi vəziyyətlə bağlı gücləndirilmiş rejimə keçdi
ABŞ Dövlət katibi Ermənistan və Azərbaycanı danışıqlar prosesinə qayıtmağa çağırdı
Türkiyə BMM-in Parlamentlərarası İttifaqda nümayəndə heyətinin rəhbəri Milli Məclisin Sədri Sahibə Qafarovaya zəng edib
Sahibə Qafarova ilə ATƏT PA Prezidenti Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son vəziyyəti müzakirə edib
Rezidenturaya qəbul üçün keçid balları açıqlanıb
İƏT Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzi Azərbaycanla həmrəydir
Deputat: Ermənistan yenə də riyakarlıq göstərərək Azərbaycanın mülki əhalisini hədəfə alır
Vaqif Dərgahlı: Ermənistandan hərəkət edən S-300 ZRK işğal olunmuş ərazilərimizə daxil olduğu anda məhv ediləcək
Prezidentə yazırlar: Azərbaycan vətəndaşları bir nəfər kimi Sizin, dövlətimizin, ordumuzun yanındadır
Azərbaycanı danışıqlara dəvət edən qurumlar bilməlidir ki, Azərbaycan işğalçı deyil - Deputat
Türkiyə Prezidentinin baş müşaviri: Türkiyə Azərbaycanın ədalətli mübarizəsində hər zaman onun yanındadır
Zeynalabdin Tağıyevin nəticəsi Alban Klouddan Azərbaycana maraqlı dəstək gəlib
İranda 207 nəfər koronavirusdan ölüb
Dağlıq Qarabağın azərbaycanlı icması Ermənistanın hərbi-siyasi cinayətləri barədə beynəlxalq təşkilatlara müraciət ünvanlayıb
AQTA pandemiya şəraitində fəaliyyət göstərən təhsil müəssisələrində hansı qaydalara əməl olunmasının vacibliyini açıqlayıb
İran hökumətinin sözçüsü: Azərbaycanın ərazi bütövlüyünə riayət etmək zəruridir
Azərbaycanda qızıl və gümüş bahalaşıb
Azərbaycan nefti bahalaşıb
Azərbaycanın səfiri ilə Tacikistanın Xarici İşlər nazirinin birinci müavini arasında görüş olub (FOTO)
bp Abşeron yarımadası ətrafında dayazsulu sahə daxilində kəşfiyyat qazma fəaliyyətləri üçün sənədin müzakirəsini təxirə salıb
Bütün xəbərlər