...

Rumıniya səfiri: Festival müddətində yerli məhsulların satışı iqtisadiyyatda ciddi sıçrayışa səbəb ola bilər

İqtisadiyyat Materials 25 Oktyabr 2017 19:21 (UTC +04:00)
Bakı Şopinq Festivalı bura səfər edən turistlərə Azərbaycanın istehsal potensialını görməyə şərait yaradacaq.
Rumıniya səfiri: Festival müddətində yerli məhsulların satışı iqtisadiyyatda ciddi sıçrayışa səbəb ola bilər

Bakı. Trend:

Bakı Şopinq Festivalı bura səfər edən turistlərə Azərbaycanın istehsal potensialını görməyə şərait yaradacaq.

Trend-in məlumatına görə, bunu Bakı Şopinq Festivalının saytına açıqlamasında Rumıniyanın Azərbaycandakı səfiri Dan İanku deyib.

Səfir bildirib ki, festival ölkədə üfüqi istiqamətdə bütün sahələrin inkişafına dəstək olacaq:

“Bilirəm ki, artıq festival başlayıb. Bakıda ikinci dəfədir, belə bir festival keçirilir. Şopinq Festivalının keçirilməsi çox yaxşı ideyadır. Düşünürəm ki, turistlər daha çox yerli mal alsalar, bu, xammaldan tutmuş hazır məhsul əldə olunana qədər bütün biznes sahələrinə müsbət təsir göstərər. Bu baxımdan yerli məhsulun satışı ölkə iqtisadiyyatında ciddi sıçrayışa səbəb ola bilər”.

Səfir özünün və ailəsinin də festivala dəstək olduqlarını bildirib: “Biz özümüz də gündəlik həyatımızda Azərbaycan məhsulları alırıq. Zənnimcə, bu da bizim Azərbaycan iqtisadiyyatına kiçik də olsa verdiyimiz töhfədir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti