...

“Aura” Sağlamlıq Mərkəzi tətbiq etdiyi güzəştlər, yeniliklər və yüksək xidmət baxımından fərqlənir (FOTO)

İqtisadiyyat Materials 31 Oktyabr 2017 18:45 (UTC +04:00)
“Aura” Sağlamlıq Mərkəzi səhər saat 6-dan axşam saat 22.00-a qədər fəaliyyət göstərir.
“Aura” Sağlamlıq Mərkəzi tətbiq etdiyi güzəştlər, yeniliklər və yüksək xidmət baxımından fərqlənir (FOTO)

Bakı. Trend:

“Aura” Sağlamlıq Mərkəzində bütün qrup əzələləri möhkəmləndirmək üçün 50-dən artıq müasir trenajor, ürək əzələlərini möhkəmləndirmək və artıq çəkidən azad olmaq üçün kardiotrenajorlar, böyüklər və uşaqlar üçün açıq və qapalı hovuzlar, açıq tennis kortu, skvoş kortu, tennis kortu, günəş terrası və yay bağı yerləşir.

Qapalı hovuzun uzunluğu 25 metr , dərinliyi isə 1.70 metrdir.

İkinci mərtəbədə yerləşən fitness zalının pəncərələri hovuza baxır. Bu isə müştərilərə intensiv və effektli məşq etmək üçün daha çox enerji verir.

“Aura” Sağlamlıq mərkəzində peşəkar məşqçilər tərəfindən yoqa, pilates, aerobika, boks, tennis, skvoş və üzgüçülük dərsləri keçirilir. Son zamanlar geniş populyarlıq qazanmaqda olan pilates bədənin əzələlərini möhkəmləndirir, çevikliyi artırır və orqanizmin ümumi fiziki durumunu yaxşılaşdırır. Sağlam həyat tərzi keçirən insanlarda idmanın bu növünə maraq getdikcə artmaqdadır. Fitnes boksu son dövrlərdə olduqca böyük populyarlıq qazanıb. Təcrübə göstərir ki, sağlam və güclü olmaq istəyənlər üçün fitnes boksu olduqca əlverişli idman növüdür. Bu idman növü ümumilkdə bədənin gücünü və sürətini artırır, aerobik hərəkətliliyi də ehtiva etməklə, artıq kalorinin yandırılmasını təmin edir və güclü əzələ sistemi yaradır. Bundan başqa, məşqlər zamanı əzələ və oynaq zədələnməsi riskləri olmur. Fitnes boksu güclü fiziki və ruhi sağlamlığın vəhdətinə şərait yaradan ən münasib idman növlərindən biridir.

Hazırda, mərkəzdə müxtəlif endirim aksiyaları keçirilir.Aksiyalardan biri qadınlar və uşaqlar üçün nəzərdə tutulub və qiymət baxımından çox sərfəlidir. Qadınlar üçün həftənin 5 günü səhər saat 10:00-dan axşam saat 17:00-ə qədər vaxtı əhatə edən müddətdə “Aura” Sağlamlıq mərkəzindən istifadə etməsinin bir aylıq abunə qiyməti 175 AZN, 3 aylıq abunə qiyməti 500 AZN, 6 aylıq abunə qiyməti 750 AZN və 1 illik abunə qiyməti 1175 AZN təşkil edir. “Aura” Sağlamlıq mərkəzinin üzvləri 5 yaşına qədər uşağı özləri ilə gətirə bilərlər.

Şənbə və bazar günləri də daxil olmaqla qonaqların “Aura” Sağlamlıq mərkəzinə rahat gəlib-getməsi üçün 17 nəfərlik “Mercedes” sprinter markalı mikroavtobus səhər saat 08.30-dan 22.00-a qədər qonaqların xidmətindədir.

“Excelsior Hotel Baku” otelinin qarşısından qonaqları “Park Bulvar”a və ilk turu səhər 09.00-dan başlayaraq hər saatda “Park Bulvar”ın qarşısından “Excelsior Hotel Baku” otelinə aparır. Xidmət ödənişsizdir, otelin xidmətlərindən istifadə etmək istəyən qonaqların rahatlığı üçün nəzərdə tutulub.

“Aura” Sağlamlıq Mərkəzi səhər saat 6-dan axşam saat 22.00-a qədər fəaliyyət göstərir. Oteldə maşın üçün parkinq çox əlverişli və rahatdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti