...

100 sahibkar arasında sorğu keçiriləcək - operativlik, qərəzsizlik araşdırılacaq

İqtisadiyyat Materials 2 Noyabr 2017 11:14 (UTC +04:00)
100 sahibkar arasında sorğu keçiriləcək.
100 sahibkar arasında sorğu keçiriləcək - operativlik, qərəzsizlik araşdırılacaq

Bakı. Trend:

100 sahibkar arasında sorğu keçiriləcək.

Bu barədə Trend-ə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən məlumat verilib.

Məqsəd xidmətlərin göstərilməsi zamanı dəqiqlik, operativlik, qərəzsizlik, qanunauyğunluq və digər prinsiplərə əməl olunması səviyyəsini öyrənməkdir.

Məlumatda bildirilir ki, Azərbaycan Prezidentinin 27 aprel 2016-cı il tarixli 1993 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın 11.6-cı bəndinin (Açıq hökumət və korrupsiyanın qarşısının alınması üzrə tədbirlərin icra vəziyyəti və qiymətləndirilməsi ilə bağlı ixtisaslaşmış sorğuların, araşdırmaların keçirilməsi və nəticələrinin elan edilməsi) icrasının təmin edilməsi məqsədilə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi müsabiqə elan edir.

Sorğunun məqsədi Komitə tərəfindən xidmətlərin göstərilməsi zamanı dəqiqlik, operativlik, qərəzsizlik, qanunauyğunluq və digər prinsiplərə əməl olunması səviyyəsini öyrənməkdir. Sorğunun ölkədə faəliyyət göstərən 100 sahibkar arasında keçirilməsi nəzərdə tutulur. Müsabiqədə ölkədə fəaliyyət göstərən ixtisaslaşmış sorğu mərkəzləri iştirak edə bilər.

Müsabiqədə iştirak etmək istəyən təşkilatlardan sorğunun keçirilməsi ilə bağlı təkliflərini və öz təşkilatları barədə məlumatları 10 noyabr 2017-ci il tarixinə qədər rəsmi şəkildə Komitəyə göndərmələri xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti