...

"Festival sürprizləri" lotereya uduşlarının qalibləri məlum olub (FOTO)

İqtisadiyyat Materials 10 Noyabr 2017 11:53 (UTC +04:00)
"Festival sürprizləri" lotereya uduşlarının qalibləri məlum olub (FOTO)

Bakı. Trend:

İkinci Bakı Şopinq Festivalı (Baku Shopping Festival) tərəfindən alıcılar üçün təşkil edilən lotereya uduşlarının ilk qalibləri artıq bəlli olub. Şanslılar Bakı Şopinq Festivalına qoşulan mağazalardan alış-veriş zamanı “Festival sürprizləri” ani lotereya biletlərini əldə etməklə müxtəlif qiymətli əşyalar qazanıblar..

Lotereyada ilk bəxti gətirənlərdən Pünhan Miriyev və Ruslan Mirzəliyev televizor qazanıblar. Qaliblərə uduşları “Metro Park” AVM-in PR meneceri Anar Zeynalov təqdim edib. Bundan başqa, Səadət Ağayeva adlı müştəri lotereyada soba qazanıb. Ona hədiyyə “Optimal Elektroniks”in nümayəndəsi Zöhrab Hüseynov tərəfindən təqdim olunub.

9 noyabr Dövlət Bayrağı Günündə ikiqat sevinc yaşayan Bakı Şopinq Festivalı ani lotereya uduşlarının digər qalibləri isə aşağıdakı şəxslər olublar:

“Metro Park” AVM-dən televizor qazananlar: Hüseynov Ülvi, Ələkbərov Anar, Hüseynov Kənan, Nuriyev Pünhan, Mirzəliyev Ruslan.

“Baku Elektronics”dən tozsoran qazananlar: Abdullayev Rafael, Əliyev Toğrul, Əlizadə Taleh,Abdullayev Rəşad, Vusalə İlham.

“Optimal Elektronics”dən soba qazananlar: Əhmədova Ramilə, Sadıxova Nuriyyə.

“Park Bulvar”dan kamera qazananlar: Orucova Mədinə, Əliyev Nadir.

Məmmədli Dilbər isə “Monolit Plaza”dan İsmayıllıda 2 nəfərlik otel nömrəsində istirahət hüququ qazanıb.

Artıq hədiyyələrin bəziləri qaliblərə təqdim olunub.

Qeyd edək ki, 1 noyabrdan 25 noyabradək Festival mağazalarından 1 dəfəyə 100 AZN-dən artıq hər alış-veriş etdikdə siz “Festival Sürprizləri” adlı ani stimullaşdırıcı lotereyanın iştirakçısı olursunuz. Lotereya biletini əldə etmək üçün alış-veriş zamanı sizə verilən vergi hesab-fakturasını Bakı Şopinq Festivalının “Məlumat Masası”na təqdim edin və dəyərli uduşlara dərhal sahib olmaq şansı qazanın! Hər 100 AZN-dən 500 AZN-dək alış-verişə 1 bilet, 500 AZN və daha çox alış-verişə isə 2 bilet əldə edə bilərsiniz. Bileti yerində pozun və bir-birindən qiymətli uduşlar qazanın!

Uduşda 20 mindən çox bilet hədiyyə qazandıracaq. Bu lotoreyaların uduşunda Festival iştirakçısı olan mağazalarda həm yerli vətəndaşlar, həm də şəhərimizin əcnəbi qonaqları iştirak edə bilərlər.

Lotoreya iştirakçıları “Metro Park” AVM-dən 20 ədəd TV, “Park Bulvar” AVM-dən 20 ədəd kamera, “Bravo” hipermarketdən 20 ədəd mobil telefon, “Baku Electronics”dən 20 ədəd tozsoran, “Optimal Electronics”dən 20 ədəd soba qazanmaq şansı əldə edəcəklər.

Bundan başa, aşağıdakı linkdə göstərilən saysız-hesabsız hədiyyələrin də sahibi ola bilərsiniz: http://bakushopfest.com/lotereya/lotereya-hediyyeleri/

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı il 1 sentyabr tarixli "Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" sərəncamına əsasən keçirilən Festivalın təşkili Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosuna həvalə edilib. Bakı Şopinq Festivalının təşkil olunması ölkə başçısının 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi"ndə də öz əksini tapmışdır. İlk Bakı Şopinq Festivalı bu ilin 10 aprel – 10 may tarixlərində uğurla keçirilib. Festival cəlbedici təkliflər və geniş miqyaslı təbliğat vasitəsilə. ölkəyə gələn turistlərin sayını artırmaq, turizm, mehmanxana xidməti, ticarət, nəqliyyat və digər sahələrin inkişafına təkan vermək məqsədi daşıyır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti