...

Dövlət obyektlərinin satışı Azərbaycana 1 milyard manatdan çox gəlir gətirib

İqtisadiyyat Materials 29 Noyabr 2017 15:27 (UTC +04:00)
Bugünədək dövlət əmlakının özəlləşdirilməsi nəticəsində Azərbaycan büdcəsinə 1,1 milyard manatdan çox vəsait daxil olub
Dövlət obyektlərinin satışı Azərbaycana 1 milyard manatdan çox gəlir gətirib

Bakı. Ənvər Məmmədov - Trend:

Bu günə qədər dövlət əmlakının özəlləşdirilməsi nəticəsində Azərbaycan büdcəsinə 1,1 milyard manatdan çox vəsait daxil olub.

Trend-in məlumatına görə, bunu Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənov “Daşınmaz əmlak, özəlləşdirmə və investisiyalar” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ilin əvvəlindən Dövlət Komitəsi 60 hərrac keçirib və bu hərraclarda 1400-dən çox dövlət müəssisəsi özəlləşdirilib.

K.Həsənov qeyd edib ki, gələcəkdə iri obyektlərin özəlləşdirilməsinə başlamaq planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti