...

Bakı-Sumqayıt qatarlarının yeni hərəkət CƏDVƏLİ - Gələn həftədən

İqtisadiyyat Materials 8 Dekabr 2017 15:59 (UTC +04:00)
Dekabrın 10-dan Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının yeni hərəkət cədvəli tətbiq olunacaq.
Bakı-Sumqayıt qatarlarının yeni hərəkət CƏDVƏLİ  - Gələn həftədən

Bakı. Trend:

Dekabrın 10-dan Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının yeni hərəkət cədvəli tətbiq olunacaq.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, yeni hərəkət cədvəlinə əsasən, hər şənbə, bazar və bayram günləri 6002/6001, 6004/6003, 6006/6005, 6011, 6015, 6018, 6020 nömrəli elektrik qatarları hərəkətdə olmayacaqlar.

Hər şənbə, bazar və bayram günləri: Sumqayıt stansiyasından saat 0917 –də yola düşən 6012 elektrik qataraı saat 0950 –də yola düşəcək və saat 1032-də Bakıya çatacaq. Sumqayıt stansiyasından isə saat 0950 –də yola düşən 6014 elektrik qatarı saat 1100-da yola düşəcək və saat 1142-da Bakıya çatacaqdır.

Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişikliklər barədə www.ady.az saytından məlumat almaq olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti