...

"İnnovasiyaların İxracı Konsorsiumu" İctimai Birliyinin ilin yekunlarına həsr olunmuş toplantısı keçirilib

İqtisadiyyat Materials 15 Dekabr 2017 15:53 (UTC +04:00)
"Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu" İctimai Birliyinin ilin yekunlarına həsr olunmuş ümumi yığıncağı keçirilib.
"İnnovasiyaların İxracı Konsorsiumu" İctimai Birliyinin ilin yekunlarına həsr olunmuş toplantısı keçirilib

Bakı. Trend:

"Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu" İctimai Birliyinin ilin yekunlarına həsr olunmuş ümumi yığıncağı keçirilib.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, yığıncaqda cari ildə görülmüş işlərlə bağlı müzakirələr aparılıb. Bildirilib ki, "Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu" İctimai Birliyi 29 sentyabr 2017-ci il tarixindən etibarən rəsmi dövlət qeydiyyatına alınıb. Qısa müddət ərzində beynəlxalq əlaqələrin qurulması və qlobal bazarın araşdırılması istiqamətində müxtəlif qitələrdən bir sıra ölkələrin yüksək ranqlı nümayəndələri ilə görüşlər keçirilib, Azərbaycanın innovativ məhsulları təqdim edilib, əməkdaşlıq istiqamətləri müzakirə olunubdur.

Həmçinin bildirilib ki, Quba “ASAN həyat” kompleksinin açılışı zamanı ictimai birlik Prezident İlham Əliyevə təqdim olunub, konsorsiumun yaradılma məqsədləri, fəaliyyət istiqamətləri, gələcək hədəfləriylə bağlı məlumat verilib.

Daha sonra 2018-ci il üçün nəzərdə tutulmuş tədbirlər planı, əməkdaşlıqlar, görüləcək işlər, qurulacaq beynəlxalq nümayəndəliklər, hədəf ölkələr və hədəf ölkələrə uyğun ixrac potensialına malik xidmət və məhsullar müzakirə olunub.

Qeyd edək ki, “Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu” beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşması, intellektual, innovativ və rəqabətqabiliyyətli potensialın formalaşdırılması, beynəlxalq ixrac imkanlarının gücləndirilməsi, beynəlxalq aləmdə intellektual brend kimi tanınan “ASAN xidmət” təcrübəsinin və ölkəmizin intellektual məhsullarının beynəlxalq bazara inteqrasiya etməsi məqsədi daşıyır. Konsorsium İnformasiya Kommunikasiya Texnologiyaları sahəsində fəaliyyət göstərən şirkətləri bir araya toplayaraq onların mənafelərinin qorumasının və beynəlxalq bazarda təmsil olunmasının, bununla yanaşı qeyd olunan şirkətlərin İT məhsullarının satışını həyata keçirilməsini nəzərdə tutur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti