...

Beynəlxalq Valyuta Fondu: 2018-ci ildə Azərbaycanda qeyri-neft sektoru 4 faiz artacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Dekabr 2017 21:58 (UTC +04:00)
Missiyanın yekunları ilə bağlı yayımlara BVF işçi heyətinin ölkəyə səfər etdikdən sonra ilkin tapıntılarını əks etdirən açıqlamalar daxil edilir
Beynəlxalq Valyuta Fondu: 2018-ci ildə Azərbaycanda qeyri-neft sektoru 4 faiz artacaq

Bakı. Trend:

2018-ci ildə Azərbaycanda qeyri-neft sektoru 4 faiz artacaq.

Trend xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) işçi heyətinin 2017-ci il üzrə IV Maddə Məsləhətləşmələri çərşivəsində Azərbaycana səfərinin yekunlarına dair Fondun yaydığı məlumatda deyilir.

BVF qeyd edir ki, Azərbaycanda yaxın gələcək üzrə iqtisadi artım perspektivi müsbətdir. 2018-ci ildə dövlət investisiya xərclərinin və sosial xərclərin artdığı şəraitdə qeyri-neft sektorunun 4% yüksəlməsi gözlənilir. Digər tərəfdən, neft sektorunda azalma davam edəcək. Ümumiyyətlə, 2018-ci il üzrə iqtisadi artım 2% səviyyəsində proqnozlaşdırılır, ortamüddətli dövr ərzində isə qaz yataqlarının işlənməsinə başlandıqdan sonra 3.5-4% arasında olması planlaşdırılır. Baza ilinin təsirləri tükəndikcə inflyasiya dərəcəsi 2018-ci ildə 7%-dək, sonra isə tədricən daha aşağı düşəcək.

2018-ci il üzrə IV Maddə Məsləhətləşmələri çərçivəsində müzakirələr aparmaq üçün 30 noyabr – 14 dekabr tarixlərində Bakıda səfərdə olan Beynəlxalq Valyuta Fondunun missiyasına rəhbərlik edən Məhəmməd əl-Qorçi bu səfərin yekunu ilə bağlı bildirib:

“Fəal makroiqtisadi siyasət və daha üstün neft qiymətləri sayəsində Azərbaycan iqtisadiyyatı 2017-ci ildə stabilləşdi. Qeyri-neft iqtisadiyyatı əsasən xidmət və kənd təsərrüfatı sektorlarının canlanması nəticəsində artmağa başladı. Daha yüksək neft qiymətləri, qeyri-neft ixracının yaxşılaşması və idxalın daralması, həmçinin cari hesabın profisitini bərpa etdi. Hazırda missiya 2017-ci il üzrə real ÜDM-in 0,3% azalmasını və orta illik inflyasiyanın 13% təşkil edəcəyini planlaşdırır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti