Bakı. Trend:
Belarus prezidenti Alkeksandr Lukaşenko "Rəqəmsal iqtisadiyyatın inkişafı haqqında" sənəd imzalayıb.
Trend-in məlumatına görə, imzalanmış bu sənəd ölkədə bütün kriptovalyutaları qanunilşədirməklə yanaşı, onlarla bütün əməliyyatlara icazə vermiş olur.
A.Lukaşenko özü isə bu barədə deyib: "Belarus faktiki olaraq dünyada ilk ölkədir ki, blokçeyn texnologiyalarından istifadə üçün geniş imkanlar açır. Bizim bu sahədə regional mərkəz olmaq şansımız var".