...

Kriptovalyuta bazarı bahalaşır - Bitkoin 11 min dolları keçdi

İqtisadiyyat Materials 20 Fevral 2018 13:30 (UTC +04:00)
Dünyada ən populyar kriptovalyuta olan bitkoinin qiyməti artırmaqda davam edir
Kriptovalyuta bazarı bahalaşır - Bitkoin 11 min dolları keçdi

Bakı. Trend:

Dünyada ən populyar kriptovalyuta olan bitkoinin qiyməti artırmaqda davam edir. Belə ki, son iki gün ərzində bitkoin yanvar ayından ilk dəfə olaraq 11 min dollar həddini keçib.

Trend-in "CoinMarketCap" portalına istinadən məlumatına görə, bitkoinin qiyməti 8,9% bahalaşaraq 11,601 min dollar təşkil edib.

Alternativ kriptovalyutalar - "Ethereum" 2,1% və ya 952,02 dollaradək, "Ripple" 1,35% (1,15 dollara qədər), "Bitcoin Cash" isə 2,5% (1,545 min dollaradək) bahalaşıb.

Kriptovalyuta bazarının kapitallaşması hazırda 512,21 milyard dollar təşkil edir. Bu göstəricinin 38%-i bitkoinin payına düşür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti