...

Bakıda "Tibbi Turizm" üzrə Alman-Azərbaycan biznes-forumu keçiriləcək

İqtisadiyyat Materials 28 Mart 2018 12:07 (UTC +04:00)
Aprelin 10-da Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK) "Tibbi Turizm" üzrə Alman-Azərbaycan biznes-forumu keçirəcək.
Bakıda "Tibbi Turizm" üzrə Alman-Azərbaycan biznes-forumu keçiriləcək

Bakı. Trend:

Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) 10 aprel 2018-ci il tarixində saat 10:00-da Bakıda, Hyatt Konfrans Mərkəzində “Tibbi Turizm” üzrə Alman-Azərbaycan Biznes Forumunu təşkil edir.

Trend-in məlumatına görə, Biznes Forum Berlin şəhərinin kardiologiya, neyrocərrahiyyə və onkologiya üzrə ixtisaslaşan klinikaların nümayəndə heyətinin Azərbaycana səfəri ilə əlaqədar olaraq “Berlin Biznes və Texnologiya Tərəfdaşı” GmbH ilə əməkdaşlıq çərçivəsində təşkil edilir.

Tədbirin əsas məqsədi yeni işgüzar əməkdaşlıq üçün mövcud imkanları müəyyən etmək, Alman klinikaları və tibb müəssisələrinin fəaliyyətlərini, eləcə də səhiyyədə rəqəmsal texnologiyaların tətbiqi və tibbi turizm üzrə layihə və təkliflərini Azərbaycanlı tərəfdaşlara təqdim etməkdir.

Forum yeni biznes əlaqələri yaratmaq, yeni layihələr haqqında məlumat əldə etmək və səhiyyə sahəsində Alman-Azərbaycan əməkdaşlığını genişləndirmək imkanı təklif edir. Bu məqsədlə, forumun sonunda tibb sektorunda fəaliyyət göstərən tibb, turizm və İKT şirkətləri arasında ikitərəfli görüşlər keçiriləcək.

Tədbirdə iştirak ödənişsizdir və yalnız 3 aprel 2018-ci il tarixinə kimi aşağıdakı link vasitəsilə öncədən qeydiyyatdan keçməklə mümkündür:

Tədbirdə iştirak ödənişsizdir və yalnız 3 aprel 2018-ci il tarixinə kimi aşağıdakı link vasitəsilə öncədən qeydiyyatdan keçməklə mümkündür:
https://docs.google.com/forms/d/e/1FAIpQLSeffizlk5Yhh6JnFYWIiieVGBTYBpQyV2Q4iwscMHH5poLi-w/viewform

Tədbir İngilis dilində keçiriləcək və Azərbaycan dilinə tərcümə olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti