...

Virtual pul bazarı oynuyur - Bitkoinin bahalaşmağa başladı

İqtisadiyyat Materials 3 Aprel 2018 11:34 (UTC +04:00)
Bitkoinin qiyməti artmağa başlayıb.
Virtual pul bazarı oynuyur - Bitkoinin bahalaşmağa başladı

Bakı. Trend:

Bitkoinin qiyməti artmağa başlayıb.

Trend-in məlumatına görə, bu kriptovalyutanın qiyməti 4,84 faiz və ya 7,31 min dollara yüksəlib. "Bitfinex" birjasında bitkoin 4,4 faiz - 7,268 min dollara, GDAX-da isə 4,12 faiz - 7,28 min dollaradək bahalaşıb.

Bununla yanaşı, alternativ kriptovalyutalar da bahalaşır. "Ethereum"un qiyməti 3,36 faiz (396,56 dollara qədər), Ripple - 4,69% (0,511 dollar), "Bitcoin Cash" isə 3,9% (688,38 dollaradək) artıb.

"CoinMarketCap"in məlumatına əsasən, kriptovalyuta bazarının kapitallaşması hazırda 272,2 milyard dollar təşkil edir. Bitkoinin payına bütün kriptovalyuta bazarının 45,5%-i düşür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti