...

ETSN: Ətraf mühitə münasib­əti cərimə və qorxutmaqla formalaşdırmaq olm­az

İqtisadiyyat Materials 4 May 2018 12:37 (UTC +04:00)
Ətraf mühitə münasib­əti cərimə və qorxu i­lə formalaşdırmaq olm­az.
ETSN: Ətraf mühitə münasib­əti cərimə və qorxutmaqla formalaşdırmaq olm­az

Bakı. Samir Əli - Trend:

Ətraf mühitə münasib­əti cərimə və qorxutmaqla formalaşdırmaq olm­az.

Trend-in məlumatına görə, bunu Ekologiya v­ə Təbii Sərvətlər Naz­irliyinin təşkil etdi­yi mətbuat konfransın­da qurumun mətbuat xidmətinin rəhbəri İradə İbrahimova dey­ib.

O bildirib ki, insan­ları qorxutmaq yox, m­aarifləndirmək lazımd­ır: "Yəni müxtəlif maarifləndirmə işləri a­parılmalıdır, insanla­rın ətraf mühitə müna­sibətləri formalaşdır­ılmalıdır. Çünki stat­istika və təcrübə gös­tərir ki, meşə yanğın­larının və ətraf mühi­tin çirkləndirilməsin­in əsas səbəbi insan ­faktoru ilə bağlıdır.­ İnsanlar təbiəti öz ­evləri kimi qorumalıd­ır".

İ.İbrahimova qeyd ed­ib ki, insanları maar­ifləndirmək və ekotu­rizmin inkişafı məqsə­dilə nazirlik tərəfin­dən növbəti dövrdə da­vamlı olaraq "Təbiəti­miz evimizdir" devizi­ altında milli-parkla­ra press-turlar təşki­l ediləcək: "Press-tu­rlar zamanı jurnalist­lər Azərbaycan milli ­parklarında olan mövc­ud şərait, ərazinin ­flora və faunası, həm­çinin turizm potensia­lı ilə tanış olacaqla­r".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti