...

Bağlanmış bankların müştəriləri krediti Hökumət Ödəniş Portalından ödəyə biləcəklər

İqtisadiyyat Materials 19 May 2018 15:12 (UTC +04:00)
ADIF ləğv prosesində olan bankların müştərilərinə krediti Hökumət Ödəniş Portalından ödəmək imkanı yaradıb.
Bağlanmış bankların müştəriləri krediti Hökumət Ödəniş Portalından ödəyə biləcəklər

Bakı. Trend:

Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan bankların kredit yığımının mərkəzləşdirilmiş qaydada təşkili, kredit yığımlarının operativliyini, şəffaflığını, müştərilərin rahatlığını təmin edilməsi məqsədi ilə Fondun daxili informasiya sisteminin ölkədə geniş xidmət şəbəkəsi olan Hökumət Ödəniş Portalına (HÖP) inteqrasiyasını təmin edib.

Fonddan Trend-ə verilən məlumata görə, ləğv prosesində olan bankların müştəriləri kreditlərini ödəmək üçün https://gpp.az/az internet saytında “Əmanətlərin Sığortalanması Fondu” bölməsinə daxil olaraq online qaydada ödənişlərini apara bilərlər.

Ləğv prosesində olan bankların kredit müştəriləri Hökumət Ödəniş Portalının internet resursundan istifadə etməklə, ölkə ərazisində fəaliyyət göstərən bankların 2000-ə yaxın xidmət şəbəkəsində, poçt rabitəsi milli operatorunun 1400-dən çox istənilən ödəniş məntəqəsindən, HÖP-ə qoşulmuş ödəniş təşkilatlarının 1000-dən artıq ödəniş terminalları şəbəkəsindən nağd və ya nağdsız qaydada ödəniş kartları və bank hesabları vasitəsilə kredit borclarının ödənilməsi həyata keçirə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti