...

Baku Shopping Festival zamanı banklar gücləndirilmiş iş rejimində çalışır

İqtisadiyyat Materials 21 May 2018 13:37 (UTC +04:00)
23 bankın 48-dən çox filial və şöbəsi gücləndirilmiş iş rejimində fəaliyyəti davam etdirir.
Baku Shopping Festival zamanı banklar gücləndirilmiş iş rejimində çalışır

Bakı. Trend:

Üçüncü dəfə keçirilən Bakı Ticarət Festivalı (“Baku Shopping Festival”) zamanı Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) tövsiyəsi ilə 23 bankın 48-dən çox filial və şöbəsi gücləndirilmiş iş rejimində fəaliyyəti davam etdirir.

Palatadan Trend-ə verilən məlumata görə, may ayının 31-dək davam edəcək Festival müddətində vətəndaşların və turistlərin valyuta mübadiləsi xidmətlərindən rahat və fasiləsiz yararlana bilmələri üçün bankların 7 filial və şöbəsi həftənin bütün günləri 24 saat, digər filial və şöbələr isə şənbə və bazar günləri də daxil olmaqla xidmət göstərir.

Eyni zamanda, Festival ilə əlaqədar müəyyən olunmuş 10 müvəkkil bankın (siyahı PDF-də) müvafiq filial və şöbələri vasitəsilə müştərilərə nağd və nağdsız qaydada əlavə dəyər vergisinin geri ödənişi həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti