...

Puta stansiyasında yeni yoldəyişənlər quraşdırılır (FOTO)

İqtisadiyyat Materials 7 İyun 2018 11:23 (UTC +04:00)
Puta stansiyasında yeni yoldəyişənlər quraşdırılır
Puta stansiyasında yeni yoldəyişənlər quraşdırılır (FOTO)

Bakı. Trend:

dəmir yolunda əsaslı təmir prosesinin növbəti mərhələsi davam edir və Bakı-Böyük Kəsik istiqamətində 600 km yol əsaslı təmir olunur. Hazırda Puta stansiyasında yeni yoldəyişənlər quraşdırılır.

"Azərbaycan Dəmir Yolları" QSC-dən Trend-ə verilən məlumata görə, eyni zamanda 2016-cı ilin sentyabr ayından etibarən 5 və 11 saylı İDYM MMC-lər tərəfindən yeni yoldəyişənlərin quraşdırılması həyata keçirilir.

Xatırladaq ki, ilk belə yoldəyişən 9 sentyabr 2016-cı ildə quraşdırılıb və bu günə kimi 167 yoldəyişən yenisi ilə əvəz olunub.

Hazırda Puta stansiyasında 3 ədəd yoldəyişən qurğunun əsaslı təmiri aparılır. İşlər mərhələli şəkildə davam etdiriləcək. Prosesi 5 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi MMC-nin kollektivi həyata keçirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti