...

"Amrahbank" bu yay müştərilərini sevindirəcək

İqtisadiyyat Materials 12 İyun 2018 11:46 (UTC +04:00)

Bakı. Trend:

"Amrahbank" bu yay pul köçürmə xidmətlərindən istifadə edən müştərilərini mükafatlandıraraq, pulsuz ünsiyyət dəqiqələri ilə sevindirəcək.

Bankdan Trend-ə verilən məlumata görə, yay mövsümü ərzində “Amrahbank”ın filiallarından 1000 AZN və daha çox məbləğ ekvivalentində pul köçürən və ya alan hər bir müştəri istədiyi üç mobil operatorun birindən pulsuz danışıq dəqiqələri qazanacaqdır. Pulsuz danışıq dəqiqələri köçürülən və ya alınan məbləğə müvafiq təyin ediləcək. Kampaniya 01.09.2018-ci il tarixinədək davam edəcək.

Amrahbank əhaliyə 200-dək ölkə üzrə pul köçürmə xidmətlərini təklif edir. Bank Western Union, Contact, Zolotaya Korona, Monex sistemləri ilə beynəlxalq və yerli pul köçürmələri həyata keçirir.

Hörmətli müştərilər!

Bu yay “Amrahbank”la başqa bir yay olacaqdır!!!!

Amrahbank: Sizə açıq və aydın bank!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti