...

Azərbaycan və Latviya dəmiryolçuları Bakıda görüşdülər (FOTO)

İqtisadiyyat Materials 12 İyun 2018 12:15 (UTC +04:00)
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində “Latviya Dəmir Yolu” SC-nin prezidenti – idarə heyətinin sədri Edvins Berzinşin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Azərbaycan və Latviya dəmiryolçuları Bakıda görüşdülər (FOTO)

Bakı. Trend:

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində “Latviya Dəmir Yolu” SC-nin prezidenti – idarə heyətinin sədri Edvins Berzinşin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

“Azərbaycan Dəmir Yolları” QSC-dən Trend-ə verilən məlumata görə, QSC sədri Cavid Qurbanov çıxış edərək dəmir yolunda həyata keçirilən islahatlar, ölkənin tranzit potensialının artırılmasında mühüm rol oynayan Bakı-Tbilisi-Qars, Şimal-Cənub, Şərq-Qərb, Cənub-Qərb beynəlxalq nəqliyyat dəhlizlərinin icra vəziyyəti, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun fəaliyyətinin daha da gücləndirilməsi və qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verib.

Sonra ikitərəfli qarşılıqlı əməkdaşlıq əlaqələrinin müzakirəsi aparılıb.

“Latviya Dəmir Yolu” SC-nin prezidenti – idarə heyətinin sədri Edvins Berzinş çıxış edərək ikitərəfli əlaqələrin genişləndirilməsində maraqlı olduqlarını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti