Nazirlik: Vergi bəyannamələrinə dəyişikliklər bir sıra anlaşılmazlıqların qarşısının alınmasına şərait yaradacaq

Nazirlik: Vergi bəyannamələrinə dəyişikliklər bir sıra anlaşılmazlıqların qarşısının alınmasına şərait yaradacaq

Bakı. Trend:

Vergi sistemində həyata keçirilən islahatların əsas hədəflərindən biri iqtisadi artımı sürətləndirmək üçün orta və uzunmüddətli dövrdə vergitutma sahəsində səmərəliliyin yüksəldilməsi, büdcənin dayanıqlığının təmin edilməsi məqsədilə büdcə gəlirlərinin əldə olunması, sahibkarlığın stimullaşdırılması və investisiyaların təşviqidir. Həmin siyasətə uyğun olaraq, eyni zamanda, «Dövlət rüsumu haqqında» Qanuna olunmuş dəyişikliklərin tələblərindən irəli gələrək, vergi bəyannamələrində və hesabat formalarında dəyişikliklərin edilməsi də zəruri məsələlərdəndir. Bu günlərdə vergilər nazirinin imzaladığı müvafiq əmrə əsasən, bəzi vergi bəyannamələrinə, hesabat və onların əlavələrinin tərtib edilməsi qaydalarına dəyişikliklər edilib. Mövzu ilə bağlı suallarımızı Vergilər Nazirliyinin Vergi risklərinin təhlili və nəzarət departamentinin Bəyannamələr idarəsinin direktoru Vüqar Əliyev cavablandırır.

- Vüqar müəllim, vergi bəyannamələrinə, hesabat formalarına və onların əlavələrinə edilən dəyişikliklər nədən ibarətdir?

- Azərbaycanda aparılan iqtisadi siyasətin mühüm tərkib hissəsi kimi vergi sahəsində davam etdirilən islahatlar inzibatçılığın təkmilləşdirilməsinə, vergi ödəyicilərinə göstərilən xidmətlərin daha da yaxşılaşdırılmasına yönəlməklə yanaşı, ödəyicilərin gəlir və xərclərinin uçotunun düzgün təşkilinə, vergidən yayınma hallarının qarşısının alınmasına və büdcə daxilolmalarının tam həcmdə, vaxtında yığılmasının təmin olunmasına, şəffaflığın artırılmasına xidmət edir. Bu istiqamətdə aparılan kompleks islahatların və yeni iqtisadi münasibətlərin tələblərinə uyğun olaraq, vergi bəyannamələri və onların formaları ilə bağlı bəzi hüquqi tənzimləmə məsələlərinin həll edilməsi zərurəti yaranmışdı.

Qeyd etmək istərdim ki, vergi bəyannamələrinin formalarına dəyişikliklər adətən qanunvericiliyə edilən dəyişikliklər zamanı aparılırdı. Son dövrlər aparılan əhatəli və dərin təhlillərin nəticələri və vergi ödəyicilərindən daxil olan müraciətlər nəzərə alınaraq, bəzi bəyannamə formalarının və onların əlavələrinin dəyişdirilməsinə Vergilər Nazirliyi tərəfindən qərar verildi. Nəticədə dörd vergi bəyannaməsinə və əlavələrinə, eləcə də bir hesabat formasına müvafiq dəyişikliklər edildi. Dəyişikliklər həm bəyannamələrin özünü, həm də onun əlavələrini əhatə edir. «Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi»nə, «Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi»nə, «Əlavə dəyər vergisinin bəyannaməsi»nin 3, 4, 5 nömrəli əlavələrinə, «Əmlak vergisinin bəyannaməsi»nə və onun Əlavəsinə, «Dövlət rüsumu tutulması haqqında hesabat»ın formasına, onun Əlavəsinə və tərtib edilməsi qaydalarına müvafiq dəyişikliklər edilib. Ümumiləşdirdikdə dəyişiklikləri 2 qrupa ayırmaq olar: texniki xarakterli və əsaslı dəyişikliklər.

Ən mühüm və ciddi dəyişikliklərdən biri «Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi»nin yeni formada tərtib edilməsindən ibarətdir. Əvvəlki qaydalara əsasən, müvəqqəti əmək qabiliyyətinin itirilməsinə görə işçiyə ödənilən vəsaitlərin bəyannamələrdə əks etdirilməsində problemlər yaranırdı. Belə ki, dövlət sosial müdafiə orqanları tərəfindən müvəqqəti əmək qabiliyyətinin itirilməsinə görə işçiyə ödənilən vəsaitdən tutulan gəlir vergiləri büdcəyə ödənilir, lakin həmin şəxslər digər vergi ödəyicilərinin işçiləri olduğuna görə hesablamaların şəxsi vərəqələrdə əks olunması məsələlərində çətinlik yaranırdı. Yəni, həmin vəsaitlərin hesabatda hansı qaydada əks etdirilməsi qaranlıq qalırdı. Burada dürüstlük, hesabatlılıq, konkretlilik yox idi. Eyni zamanda, həmin sahədə süni olaraq artıq ödəmələr yaranırdı. Vergilər Nazirliyi sosial müdafiə orqanları tərəfindən daxil olan təklif və müraciətləri nəzərə alaraq, həmin sahə üzrə yaranmış uyğunsuzluqları aradan qaldırmaq üçün muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsinə yeni sətirlərin əlavə edilməsini qərara aldı. Beləliklə, dəyişikliklərdən sonra müvəqqəti əmək qabiliyyətinin itirilməsinə görə işçiyə ödənilən gəlirdən tutulan verginin bəyannamələrdə əks etdirilməsi mümkün olacaq. Eyni zamanda, həmin sahədə vergilərin bəyannamədə əks etdirilməsi ilə bağlı meydana çıxan digər problemlər də aradan qalxacaq. Yeri gəlmişkən, vergi ödəyiciləri və digər şəxslərə məlumat üçün bildirmək istəyirəm ki, qaydalarda göstərildiyi kimi, bəyannaməyə edilmiş həmin sətir bölməsi yalnız dövlət sosial müdafiə orqanları tərəfindən tərtib edilməlidir, digər vergi ödəyicilərinin bəyannamənin həmin hissəsinin doldurulmasına aidiyyəti yoxdur.

Digər bir mühüm dəyişiklik «Əlavə dəyər vergisinin bəyannaməsi» və onun 3,4 və 5 №-li əlavələrinin formalarının tərtibi ilə bağlıdır. 3 №-li Əlavəyə edilmiş dəyişikliklərə əsasən, ƏDV tutulan vergitutma obyektləri, ƏDV tutulan əməliyyat hesab edilməyən dövriyyələrlə bağlı ortaya çıxan uyğunsuzluqlar aradan qaldırılıb. 4 №-li Əlavəyə dəyişikliklə 0 dərəcə ilə vergiyə cəlb edilən əməliyyatlar üzrə konkretlilik təmin olunub. Xüsusi iqtisadi zonalarda aparılan əməliyyatların və Azərbaycanın qoşulduğu bir sıra beynəlxalq müqavilələr üzrə əməliyyatların «0» dərəcə ilə vergiyə cəlb olunması üzrə məsələlər sənədlərdə öz həllini tapıb, həmin istiqamətlər üzrə bəyannamələrin əlavə formalarında müvafiq sətir yaradılıb. 5 №-li Əlavələnin mahiyyəti isə ƏDV-dən azadolmalarla bağlı məsələlərə aydınlığın gətirilməsidir. Həmin əlavələrdə də xüsusi iqtisadi zonalar və beynəlxalq müqavilələr üzrə azadolmalarla bağlı əməliyyatları əks etdirən sətir yaradılıb. Bu, vergi ödəyicilərinin öz əməliyyatlarını detallı və təfərrüatlı şəkildə əks etdirməsinə imkan verəcək. Ümumilikdə, hər 3 əlavə formasına edilmiş dəyişikliklər nəticəsində vergi ödəyiciləri üçün öz əməliyyatlarını dürüst formada əks etdirməyə imkan yaradılacaq. Bu, həm vergi orqanı, həm də ödəyici üçün mühüm əhəmiyyət daşıyır. Əlavə olaraq, vergi orqanlarında həmin əməliyyatların vergitutma baxımından qiymətləndirilməsi üçün informasiya mənbəyi yaranacaq. Vergi orqanı əməliyyatların qiymətləndirilməsi zamanı sahibkarların dövriyyələrinin, əsasən də azadolma və güzəştlərlə bağlı hissəsinin qanunvericiliyə uyğunluğunu və əsaslılığını asanlıqla müəyyən edə biləcək və son nəticədə bəyannamədə əks etdirilmiş dövriyyə ilə bağlı qarşılıqlı yazışmaların azalmasında əhəmiyyətli rol oynayacaqdır.

«Əmlak vergisinin bəyannaməsi»nə və onun əlavə formasına edilmiş dəyişikliklər əsas etibarilə texniki korrektə xarakteri daşısa da, burada da bir sıra yeni məqamlar mövcuddur. Məlum olduğu kimi, 2017-ci ildən sadələşdirilmiş vergi ödəyicilərinin əmlakları da vergiyə cəlb olunur. Məhz bu səbəbdən, sadələşdirilmiş vergi ilə bağlı sözlər bəyannamədən çıxarılıb, əsas dəyişiklik bəyannamənin Əlavəsi ilə bağlı formasına edilib. Burada vergidən azadolmaların daha dəqiq qiymətləndirilməsi ilə bağlı əlavələr olunub.

«Dövlət rüsumu tutulması haqqında hesabat»ın formalarının tərtib edilməsi qaydalarına edilmiş dəyişikliklər isə bir sıra qanunvericilik sənədlərinin tələblərindən yaranıb.

- Bəyannamə formalarına dəyişikliklərin vergi orqanı və vergi ödəyicisi üçün əhəmiyyəti nədən ibarətdir?

- Vergi bəyannamələrinə və onun əlavələrinə edilmiş dəyişikliklər vergi inzibatçılığının daha da təkmilləşdirilməsinə və bəyannamə formalarının sadələşdirilməsinə, ölkə iqtisadiyyatının davamlı inkişaf tempinə uyğun olaraq real vergi potensialının düzgün müəyyənləşdirilməsinə, bəyannamələr vasitəsilə əldə olunan məlumatların dəqiqləşdirilməsi hesabına vergi ödəyicilərində keçirilən nəzarət tədbirlərinin sayının azaldılmasına xidmət edəcək. Ümumilikdə, dəyişikliklər vergi sistemində səmərəliliyin artırılması, əməliyyatların konkretləşdirilməsi və dəqiqləşdirilməsi, güzəşt və azadolmaların daha detallı qiymətləndirilməsi kimi müsbət amillərə xidmət edəcək. Vergi ödəyicisinin gələcəkdə bir sıra anlaşılmazlıqlarla üzləşməsinin qarşısının alınmasına imkan verəcək, eyni zamanda vergi yoxlaması zamanı onun sanksiyalara məruz qalma riskinin qarşısını alacaq.

- Yeni bəyannamə və hesabat formalarının tərtib edilməsi zamanı vergi ödəyiciləri hər hansı çətinliklərlə qarşılaşa bilərmi?

- Hesab edirəm ki, yeni dəyişikliklərlə əlaqədar bəyannamə formalarının tərtibi ödəyicilər üçün çətinlik yaratmayacaq, əksinə, tərtibedilməni sadələşdirəcəkdir. Təbii ki, vergi ödəyiciləri bəyannamələrin daha sadə olmasını istəyir, lakin bir məsələni də nəzərə almaq lazımdır ki, təcrübə göstərir ki, bəyannamədə vergitutma ilə bağlı məlumatlar nə qədər məhduddursa, kameral vergi yoxlamaları zamanı vergi ödəyiciləri ilə bağlı yazışmalar bir o qədər çox olur. Bütün bunlar nəzərə alınaraq çalışılır ki, bəyannamələr asan və informativ, məlumatlarla zəngin olsun və vergi ödəyiciləri ilə lüzumsuz yazışmalar aradan qaldırılsın. Bundan sonra bəyannamələr elə formada tərtib olunacaq ki, vergi ödəyiciləri əməliyyatlarının vergidən azad olunan, güzəşt edilən və digər məsələlərlə bağlı məlumatları, Vergi Məcəlləsi ilə yanaşı, bəyannamə vasitəsilə də ayırd edə biləcək və bu hal gələcəkdə vergi ödəyicisini vergi təqibinə məruz qalmaqdan azad edəcəkdir.

- Yeni bəyannamə forması haqqında vergi ödəyicilərinin maarifləndirilməsi istiqamətində hansı izahedici tədbirlərin görülməsi nəzərdə tutulur?

- Vergilər Nazirliyi bəyannamə formalarına edilmiş dəyişikliklər barədə ödəyiciləri məlumatlandırmaq, izahedici xarakterli informasiya vermək üçün mütəmadi olaraq müvafiq işlər görəcək. Yeni bəyannamə formalarının tətbiqi 2018-ci il yanvarın 1-dən başlayan hesabat dövrlərinə aiddir. Vergi orqanı bir sıra məqamları nəzərə alaraq ödəyicilərə qarşıdakı müddətdə tərtib etdikləri bəyannamələrdəki uyğunsuzluqları aradan qaldırmaq, yenidən tərtib etmək imkanları verib. Hazırda iyun ayıdır və ƏDV ödəyicilərinin əksəriyyəti artıq 2018-ci ilin ötən 5 ayı üzrə bəyannamələri təqdim ediblər. Bu baxımdan, hansısa rəqəmlərdə anlaşılmazlıq, uyğunsuzluq varsa, onların aradan qaldırılmasında, yenidən düzgün tərtib olunmasında vergi orqanları ödəyicilərə istənilən köməyi göstərməyə hazırdır...

Yeni bəyannamə formaları ilə Vergilər Nazirliyinin rəsmi internet səhifəsinin (www.taxes.gov.az) «Bəyannamələr» bölməsində tanış olmaq mümkündür.

Azərbaycanlı futbolçu sənəd probleminə görə Yunanıstan klubuna keçə bilməyib
Azərbaycanlı futbolçu sənəd probleminə görə Yunanıstan klubuna keçə bilməyib
“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir Gəncənin Kəpəz rayonunda keçirilib (FOTO)
“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir Gəncənin Kəpəz rayonunda keçirilib (FOTO)
“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir Ağdaşda keçirilib (FOTO)
“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir Ağdaşda keçirilib (FOTO)
Loading Bars
Xəbər lenti
BNA sərnişindaşıma şirkətlərinə tapşırıq verdi
Azərbaycanda indiyədək COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 2 651 nəfər COVID-19-dan sağalıb, 17 nəfər vəfat edib
Azərbaycanlı futbolçu sənəd probleminə görə Yunanıstan klubuna keçə bilməyib
Məktəblərdə yoluxmaların artmaması üçün ciddi nəzarət olmalıdır – Baş infeksionist
Azərbaycanda pul kütləsi 20 faizdən çox artıb
Reabilitasiya vasitələri ilə təminat sisteminin əhatə dairəsi genişləndirilir
“Mənim atam qəhrəmandır” və "Mənim oğlum qəhrəmandır" layihəsi Şuşada (FOTO)
Təhsil naziri Gəncə Dövlət Universitetinin tələbə yataqxana kompleksinin açılışında iştirak edib (FOTO)
Distant təhsil tələbi ləğv olunub və əyani təhsilə keçid müəyyən edilib - QƏRAR
Cəzaçəkmə müəssisələrinə corabın içində heroin keçirilməsinin qarşısı alınıb (FOTO)
Mətbuatda dərc olunan iradlar əsassızdır - AHİK
Azərbaycan vaksinasiyanın səviyyəsinə görə MDB məkanında liderdir
Avstriyanın Zalsburq şəhərində Azərbaycan Evi açılıb (FOTO)
Azərbaycan erməni əsilli vətəndaşları reinteqrasiya etmək əzmindədir - XİN başçısı
Nyu-Yorkda ATƏT Minsk qrupu həmsədrlərinin görüşü planlaşdırılır
Beynəlxalq ictimaiyyət Ermənistana revanşist yanaşmalardan əl çəkmək üçün təzyiq göstərməlidir - Ceyhun Bayramov
Ermənistan danışıqları əngəlləmək taktikasına əl ataraq irəliləyişin qarşısını almağa cəhd edir - Nazir
Ceyhun Bayramov GUAM Xarici İşlər Nazirləri Şurasının 37-ci iclasında çıxış edib
Bakı əhalisinin rəsmi sayı açıqlanıb
Hindistan baş nazirinin təyyarəsi son üç ildə ilk dəfə Pakistanın hava məkanına buraxılıb
“Sarsılmaz qardaşlıq-2021” təlimində iştirak edəcək türkiyəli hərbçilər Azərbaycana gəlib (FOTO)
Ukraynada müəllim və məmurların məcburi vaksinasiyası təklif olunub
Qərbin anti-Azərbaycan qüvvələri öz çirkin əməllərindən əl çəkmir - TƏHLİL
5 nömrəli TSEK-in rüşvət alan sabiq sədrinə 10 il cəza verildi
Azərbaycan və Belarus hərbi tibb mütəxəssisləri arasında işçi görüşü keçirilib (FOTO)
Ağstafa və Tovuz parklarında ziyanvericilər aşkarlanıb (FOTO)
Kürdəmirdə "patı və heroin alverçisi yaxalandı
Arvadını sosial şəbəkədə başqası ilə danışdığı üçün öldürən şəxsə hökm oxundu
Allahşükür Paşazadə iranlı din xadiminə cavab verdi
Prezident İlham Əliyev BMT Baş Assambleyasının 76-cı sessiyasında videomüraciət formatında çıxış edəcək
XİN-in sabiq idarə müdirinin məhkəməsində şahidlər ifadə verib
Qaxda ictimai nəqliyyatda tibbi maska taxmayanlar cərimələnib (FOTO)
“Nar” Tərtər və Füzuli məktəbinin birincilərini məktəb ləvazimatları ilə təmin edib (FOTO)
Rusiyada Ai-95 markalı benzinin qiyməti rekord həddə bahalaşıb
Azərbaycan Beynəlxalq Bankı İnvestisiya Holdinqinin idarəetməsinə verildi
ÜST Dövlət Gömrük Komitəsinə 300 min tibbi maska təhvil verib (FOTO)
Azərbaycanın regionda lider rolunu qəbul edə bilməyən dairələr ölkəmizdəki milli birlikdən dərin narahatlıq keçirir - Elçin Mirzəbəyli
“Azər-Türk Bank” və Dövlət Sığorta Kommersiya Şirkəti Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verildi
“Təmiz Şəhər” ASC Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib - SƏRƏNCAM
Baş Prokurorluq partiya sədrinə xəbərdarlıq etdi
Parlamentdə işğaldan azad olunmuş ərazilərdə tarixi adların bərpası ilə bağlı təkliflər səsləndirilib
Prokuror Əli Kərimlinin terrorçuluqda təqsirləndirilən mühafizəçisinə 15 il cəza istədi
AccessBank-ın mikro portfeli 67% faiz artıb
PAŞA Bank “Mind Movers” inkişaf platforması çərçivəsində Azərbaycan bazarı üçün unikal olan "Müştəri Meneceri məktəbi" layihəsinə start verib (FOTO)
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik edib
İdarələrarası Mərkəzin “Enerji təminatı məsələləri üzrə” İşçi Qrupunun iclası keçirilib
Türkiyə MMN "Texnofest-2021”də Azərbaycan qırıcılarının uçuş görüntülərini təqdim edib (VİDEO)
Ünvanlı sosial yardımın ödəniləcəyi tarix açıqlanıb
AİB Azərbaycanda inflyasiya ilə bağlı proqnozunu açıqladı
Qars müqaviləsinə həsr olunan poçt markaları dövriyyəyə buraxılıb (FOTO)
Arıların məhsuldarlığını artıracaq qurğunun sınaqları uğurlu olub (FOTO)
İranda koronavirusdan ölənlərin sayı azalıb
Azərbaycanda verilən halal sertifikatı halal standartına uyğundurmu? - AÇIQLAMA
Xırdalanda restoranda yanğın olub
AQTA 50 sahibkarlıq subyektini qida təhlükəsizliyi qeydiyyatına alıb
10-dan çox kafe və restoranda pozuntular aşkarlanıb
Qazax sakininin minaya düşməsi ilə bağlı cinayət işi başlandı
AZAL-ın Pilotların Hazırlığı Mərkəzində yeni müasir uçuş trenajoru quraşdırılıb (FOTO/VİDEO)
Hərbi hissələrə, məktəb və xəstəxanalara oduncaq tədarük edilib
Uşaqlar bizim gələcəyimizdir, bu gün onların ilk dərs günündə Zəfərdən danışılır - Deputat
Saxta COVİD pasportu alanlar məsuliyyətə cəlb edilə bilər - DİN-dən XƏBƏRDARLIQ
Çıraq platformasında hasilat müvəqqəti dayandırılıb
Prezident İlham Əliyevin Qarabağla bağlı müəyyənləşdirdiyi yol xəritəsi uğurla icra edilir - Vüqar Rəhimzadə
“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir Gəncənin Kəpəz rayonunda keçirilib (FOTO)
Rusiyada təyyarə radarlardan itib
Həbsdə koronavirusa yoluxan sabiq icra başçısı ECMO-ya qoşuldu
Azərbaycanda problemli kreditlərin həcmi azalıb
Qazax sakini minaya düşərək həlak olub
Rusiyada koronavirusdan ölənlərin sayı 200 mini ötüb
"Yeni Klinika" Elnur Əşrəfoğlunun son vəziyyətini açıqlayıb
Azərbaycanla Türkiyə arasında hərbi xidmətə çağırış və səfərbərlik sahəsində təcrübə mübadiləsi genişləndirilə bilər (FOTO)
Millət vəkili Naqif Həmzəyev vətəndaş qəbulu keçirib (FOTO)
"Həqiqətin onomastikası" kitabı rus, ingilis və fransız dillərinə tərcümə olunur - Kamal Abdulla (FOTO)
Asiya İnkişaf Bankı Azərbaycanın cari əməliyyatlar hesabı ilə bağlı proqnozunu yüksəldib
Bakıda 20 gündür itkin düşən uşaq tapılıb (FOTO)
Şəhid ailələri və qazilərlə bağlı “Məşğulluq marafonu”na qoşulan işəgötürənlərin sayı 512-yə çatıb
Abşeron dairəvi dəmir yolu xətti ilə bu ay nə qədər sərnişin daşınıb?
Sumqayıtdan Bakıya yeni yol çəkilə bilər (ÖZƏL)
Sabah yağış yağacaq, külək əsəcək
Ukrayna prezidentinin müşavirinə sui-qəsd olub
Azad olunan torpaqlarda əhalinin məskunlaşması əmlak bazarına necə təsir edəcək? - AÇIQLAMA
Ombudsman Aparatı yeni dərs ili ilə bağlı müraciət yayıb
Müəllimlər üçün növbəti vakansiya seçimi başlayır
Yol polisi valideynlərə və şagirdlərə xəbərdarlıq etdi (FOTO)
“Həftə” bazarında qanunsuz ət satışı dayandırılıb
Bakıda daha bir yeni yerüstü piyada keçidi inşa edilib (FOTO)
Ticarət mərkəzləri və keçidlərdə maskadan istifadəyə nəzarət gücləndirilib (FOTO/VİDEO)
Ət kəsimi məntəqələri hansı tələblərə cavab verməlidir? - AÇIQLAMA
Azərbaycan nefti bir dollar ucuzlaşıb
Azərbaycanda geoloq alim vəfat edib
Yol polisi təhsil müəssisələrinin yerləşdiyi əraziləri nəzarətə götürdü
Azərbaycan Təhsil Şəbəkəsinə sürətli fiber-optik bağlantıya keçid edən müəssisələrin sayı artırılır
Azad olunmuş ərazilərin qazlaşdırılması konsepsiyaya uyğun olaraq aparılacaq - "Azəriqaz"
Bu küçədə hərəkət məhdudlaşdırılacaq
Elnur Əşrəfoğlunun son vəziyyəti açıqlandı
Asiya İnkişaf Bankı Azərbaycan iqtisadiyyatının artım proqnozunu yüksəldib
Birimiz hamımız üçün peyvənd olunaq (VİDEO)
Bu kartın sahibləri 8 ayda 3 milyon manatdan çox keşbek qazanıb!
Qanunsuz yolla əldə edilmiş meşə materialı aşkar olunub
Bütün xəbərlər