Bakı. Samir Əli - Trend:
Azərbaycan Dəmir Yolları QSC sərnişinlərə müraciət edib.
QSC-dən Trend-ə verilən məlumata görə, müraciətdə deyilir ki, Bakı-Sumqayıt avtomobil yolunda təmir işləri ilə əlaqədar yollarda uzun tıxac yarandığından, Bakı-Sumqayıt-Bakı istiqamətində hərəkət edən elektrik qatarlarının xidmətindən istifadə edən sərnişinlərin sayı artıb.
Sərnişin sıxlığının tənzimlənməsi məqsədilə, Bakı-Sumqayıt avtomobil yolunda təmir işləri başa çatana kimi, bu gündən (28 iyundan) etibarən Bakıdan 18.30-da, Sumqayıtdan saat 08.00-da yola düşən Bakı-Sumqayıt-Bakı elektrik qatarlarına əlavə heyət qoşularaq, birləşdirilmiş halda ikiqruplu qatar kimi hərəkət edir.