Orxan Məmmədov: Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin hədəfi qurumu sahibkarın dostu kimi önəmli missiyanın daşıyıcısına çevirməkdir (MÜSAHİBƏ)

Orxan Məmmədov: Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin hədəfi qurumu sahibkarın dostu kimi önəmli missiyanın daşıyıcısına çevirməkdir (MÜSAHİBƏ)

Bakı. Trend:

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədovun Trend-ə müsahibəsi:

- Ölkə Prezidentinin son fərmanı kiçik və orta biznesin inkişafı üçün hansı yeniliklər və perspektivlər açıb?

- Məlum olduğu kimi, ötən ilin dekabrında ölkə Prezidentinin müvafiq fərmanı ilə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yaradılıb. İlk növbədə ölkəmizin biznes ictimaiyyətini bu münasibətlə təbrik etmək istərdim. Bunu Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan uğurlu iqtisadi siyasətin tərkib hissəsi olaraq kiçik və orta sahibkarlığın inkişafına göstərilən qayğı və diqqətin göstəricisi kimi qiymətləndiririk.

Bu il iyunun 26-da isə Agentliyin fəaliyyətinin təmin edilməsi haqqında növbəti fərman qəbul edildi.

Bu Fərman Agentliyin fəaliyyətinin hüquqi, iqtisadi və təşkilati əsaslarını formalaşdırmaqla yanaşı, kiçik və orta biznes (KOB) sektorunun inkişafı ilə bağlı köklü dəyişikliklərə səbəb olacaq mühüm tapşırıqları əhatə edir.

Mühüm məsələlərdən biri mərkəzi və yerli icra hakimiyyəti, dövlət adından yaradılan publik hüquqi şəxslərin və səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərdikləri xidmətlərin və verdikləri hüquq müəyyənedici sənədlərin vahid “G2B” (dövlət–biznes) elektron reyestrinin yaradılması ilə bağlı verilən tapşırıqdır. Yaradılacaq reyester bu qurumların göstərdikləri xidmətlərin ümumi sayının və istiqamətlərinin müəyyən edilməsi, xidmətlər haqqında məlumatların vahid mənbədə toplanması və sistemləşdirilməsi, xidmətlərin göstərilməsi üçün istifadə olunan informasiya sistemlərinin inteqrasiyasının təmin edilməsi ilə yanaşı, eyni məzmunlu xidmətlərin aşkar edilməsi və təkrarlılığın aradan qaldırılması ilə bağlı tədbirlərin həyata keçirilməsi, xidmətlər üzrə təhlillərin, proqnozlaşdırmanın və monitorinqlərin aparılması, sahibkarların xidmətlər haqqında ətraflı məlumat əldəetmə imkanlarının və şəffaflığın təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edəcək.

Reyester yaradılanadək fərmanda öz əksini tapmış 35 qurumun 100-dən artıq xidmətinin KOB evləri vasitəsilə göstərilməsi nəzərdə tutulur.

Bununla yanaşı, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestrinin yaradılması nəzərdə tutulub ki, bu da KOB-a dəstək tədbirlərinin ünvanlılığının artırılması, tənzimləmənin səmərəliliyinin yüksəldilməsi baxımından vacib addım olacaq.

Fərman KOB-ların inkişafı üçün bir sıra yeni mexanizmlərin yaradılması istiqamətində vəzifələr müəyyən edir. Bu baxımdan, KOB subyektlərinin dövlət satınalmalarında iştirak payının artırılması və iştirak mexanizminin təkmilləşdirilməsi, KOB-un inkişafı ilə əlaqədar təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi, sahibkarların maraqlarının qorunması, KOB klasterlərinin yaradılması və fəaliyyətinin stimullaşdırılması ilə bağlı fərmanda müəyyən edilmiş konkret tapşırıqların icrası bu sektorun davamlı inkişafına əhəmiyyətli töhvə verəcək.

- Agentliyin əsas missiyası və fəaliyyət istiqamətləri nədən ibarət olacaq?

- Agentliyin fəaliyyəti kiçik və orta sahibkarlığın yaradılması və inkişafının bütün mərhələlərində zəruri dəstək tədbirlərinin təşkilinə yönələcək. Bu tədbirlər, güzəştli maliyyə mənbələrinə çıxışın asanlaşdırılması, qabaqcıl təşkilati modellərin tətbiqi, davamlı təlim sisteminin yaradılması, yeni ideya və innovasiyaların biznesə inteqrasiyası, xarici bazarlara çıxış, sahibkarların maraqlarının müdafiəsi və digər istiqamətləri əhatə edəcək.

Fəaliyyətimizin əsas istiqamətlərindən biri sahibkarlığın inkişafı qarşısındakı maneələrin müəyyənləşdirilməsi və bunların aradan qaldırılmasına yönəldiləcək. Təhlillər göstərir ki, biznesin səmərəli təşkili və davamlı inkişafı bir tərəfdən sahibkarlığa dövlət dəstəyi mexanizmlərinin səmərəliliyi ilə müəyyən edilirsə, digər tərəfdən sahibkarların yaradılmış biznes mühitdə öz fəaliyyətini düzgün təşkili ilə şərtlənir. Bu çərçivədə sahibkarların bilik və bacarıqlarının inkişafına yönəlik bir sıra dəstək xarakterli tədbirlər, o cümlədən, təlim, konsaltinq və s. xidmətlərin təşkili sistemi yaradılacaq.

Fəaliyyətimizin səmərəsi KOB-un inkişafı üzrə daha əlverişli biznes mühitinin formalaşdırılması, KOB-un iqtisadiyyatdakı rolunun artırılması və təbii ki bu öncül məqsədlərə nail olmaq üçün sahibkarların qurumun fəaliyyətindən olan gözləntilərinin doğrultma səviyyəsi ilə müəyyən ediləcək. Qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün işimizi aidiyyəti dövlət qurumları, beynəlxalq təşkilatlar və sahibkarların ictimai birlikləri ilə sıx əməkdaşlıq şəraitində qurmaq niyyətindəyik.

Hədəfimiz qurumu sahibkarın dostu kimi önəmli missiyanın daşıyıcısına çevirməkdir.

- Agentlik ölkədə KOB üzrə dövlət qurumlarının və özəl qurumların xidmətlərini əlaqələndirən səlahiyyətli qurum olaraq müəyyən edilib. Bunu hansı vasitə və mexanizmlərlə reallaşdıracaqsınız?

- Qeyd etmək lazımdır ki, Agentlik sahibkarları dəstəkləyən, onlara bir sıra xidmətlər göstərən, dövlət orqanlarının və təşkilatlarının bu sahədə göstərdikləri xidmətlərin bir məkanda – “Kiçik və Orta Biznes Evləri”ndə təşkilini, əlaqələndirilməsini, qiymətləndirilməsini və tənzimlənməsini səlahiyyətli qurum kimi həyata keçirəcək. KOB evləri vasitəsilə, bir tərəfdən sahibkarların fəaliyyətini tənzimləyən dövlət qurumları ilə sıx əməkdaşlıq əsasında bu prosesin səmərəliliyi təhlil olunacaq, zəruri təkmilləşdirmə işləri aparılacaq, bütün prosedur və hüquq müəyyənedici sənədlərin verilməsinin “bir məkan” prinsipi əsasında təşkili həyata keçiriləcək, digər tərəfdən isə sahibkarlara dəstək tədbirləri (maliyyəyə çıxış, konsaltinq, təlim, hüquqi xidmətlər və s.) spektrinin təqdim edilməsi nəzərdə tutulur.

Bununla yanaşı qeyd etmək lazımdır ki, yeni Fərmanda KOB evlərində sahibkarlıq subyektlərinə xidmət göstərilməsi zamanı dövlət qurumları ilə Agentlik arasında səmərəli əlaqələndirmənin və operativliyin təmin edilməsi məqsədilə Agentlik yanında aidiyyatı dövlət qurumlarının nümayəndələrindən ibarət daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun yaradılması nəzərdə tutulub.

Bu əlaqələndirmə funksiyaları KOB-un inkişafı siyasətinin səmərəliliyinin daha da artırılmasına öz müsbət təsirini göstərəcək.

- KOB evlərinin yaradılması ilə bağlı işlər necə gedir? İlk KOB evinin açılması nə vaxta planlaşdırılır?

- İlk KOB evinin yaradılması ilə bağlı Agentlik tərəfindən təsdiq edilmiş tədbirlər planına uyğun sistemli tədbirlər həyata keçirilməkdədir. İlkin mərhələdə mümkün qısa vaxt ərzində ilk KOB evinin Bakı şəhərində yaradılması planlaşdırılır, növbəti mərhələdə isə fəaliyyət təcrübəsi təhlil olunaraq şəbəkə genişləndiriləcək.

Qeyd etməliyəm ki, sonuncu fərmanla eyni zamanda elektron formada vahid platforma üzərindən xidmətlərin göstərilməsini təmin edəcək “e-KOB evi” portalının yaradılması ilə bağlı işlərə də başlanıb.

- Kiçik və orta sahibkarlıq nümayəndələrinin bu gün qarşılaşdıqları əsas problemlər nələrdir?

- Qeyd etməliyəm ki, ötən illər ərzində Prezident İlham Əliyevin müəyyən etdiyi strateji xəttin ardıcıl reallaşması və sistemli islahatlar nəticəsində sahibkarlığın ölkə iqtisadiyyatında rolu əhəmiyyətli dərəcədə yüksəlib. Təbii ki, bu, biznes mühitin əlverişliliyinin artırılması, sahibkarlığa çoxsaylı dəstək mexanizmlərinin yaradılması ilə mümkün olub. Bununla yanaşı, davamlı inkişaf prioritetləri bu sahəyə yeni tələblər irəli sürüb. Agentliyin fəaliyyəti məhz bu tələblərin həyata keçməsi üçün mövcud mexanizmlərin təkmilləşdirilməsi, yenilərinin yaradılmasını həyata keçirəcək.

Fəaliyyətimizin əsas istiqamətlərindən biri sahibkarlar qarşısındakı süni maneələrin müəyyənləşdirilməsi və bunların aradan qaldırılmasına yönəldiləcək.

Təhlillər göstərir ki, biznesin səmərəli təşkili və davamlı inkişafı bir tərəfdən sahibkarlığa dövlət dəstəyi mexanizmlərinin səmərəliliyi ilə müəyyən edilirsə, digər tərəfdən sahibkarların yaradılmış biznes mühitdə öz fəaliyyətini düzgün təşkili ilə şərtlənir. Bu istiqamət də Agentlik tərəfindən təlim, konsaltinq və digər alətlərlə dəstəklənəcək.

Ümumiyyətlə, Agentlik tərəfindən beynəlxalq təşkilatlarla əməkdaşlıq formatında sahibkarlıq mühitinin diaqnostikası metodologiyasının işlənməsi, mütəmadi olaraq bu metodologiya əsasında mühitin qiymətləndirilməsinə yönəlik sorğuların həyata keçirilməsi nəzərdə tutulur. Bu, bizim üçün fəaliyyətimizin dövlət siyasətinin tələblərinə əsasən qurulması ilə yanaşı, eyni zamanda sahibkar çagırışları əsasında səmərəli təşkili baxımından da önəmlidir.

- Fərmanda mikro, kiçik və orta sahibkarlıq subyektlərinin klasterlərinin yaradılması və inkişafı üçün stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi ilə bağlı müddəalar yer alıb. Bu modelin iqtisadiyyata töhfəsi nədən ibarət olacaq?

- Klasterlər kiçik və orta sahibkarlıq subyektləri arasında həm rəqabət, həm də əməkdaşlığı eyni anda təmin edən bir modeldir. Klaster daxilində bənzər sahədə fəaliyyət göstərən sahibkarlar həm rəqabət edir, həm də eyni klasterdə birlikdə hərəkət edirlər. Belə bir sistem çərçivəsində fəaliyyət göstərmələri kiçik və orta sahibkarlara rəqabət üstünlüyü qazandırır. Nəticə olaraq bu sistemin tətbiqi ilə sahibkarlıq subyektlərinin xərcləri aşağı düşür, marketinq imkanları genişlənir, məhsuldarlıq göstəriciləri yüksəlir, ixracları artır, araşdırma və inkişaf etdirmə qabiliyyətləri güclənir. Bu isə yeni məhsulların bazara çıxarılmasına, yeni şirkətlərin qurulmasına, məşğulluğun yüksəlməsinə, regionların inkişafına və infrastruktur xidmətlərinin təkmilləşməsinə səbəb olur.

Klasterlərin formalaşdırılması ölkədə sənaye sahəsində yeni iş yerlərinin açılması, qeyri-neft sektorunda sənaye istehsalının genişləndirilməsi, sənaye ilə əlaqəli xidmətlərin inkişaf etdirilməsi, sənaye sahəsində fəaliyyət göstərən kiçik və orta sahibkarlıq subyektlərinin fəaliyyətinin dəstəklənməsi, sənayenin infrastruktur təminatının yaxşılaşdırılması və regionların sosial-iqtisadi inkişafı baxımından əhəmiyyətlidir.

Regionların daxili potensialı və təcrübələr də nəzərə alınaraq, hər bir regiona uyğun xüsusi klasterlərin qurulması, yeni məhsul və xidmətlərin daxili və xarici bazarlarda ən yaxşı şəkildə təqdim edilməsi, bununla da qeyri neft sektorunda istehsalın və ixracın artırılması istiqamətində mühüm addımların atılması prioritetlərimiz sırasında olacaq.

- Azərbaycanda KOS-un potensialını necə qiymətləndirirsiniz? Azərbaycan ÜDM-də onun payı nə qədər ola bilər?

- Bu potensial böyük və çoxsahəlidir, onun reallaşdırılması üzrə strateji yanaşma “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”ndə müəyyən edilib. Bu strategiyanın reallaşması konkret hədəf indikatorlarına hesablanıb və KOB sahəsində prioritetlərin həyata keçirilməsi nəticəsində 2020-ci ilədək olan müddətdə kiçik və orta sahibkarlığın ÜDM-də payının 15 faizə çatdırılması, onun məşğulluqda payının 20 faizə qədər artırılması, ölkənin qeyri-neft ixracında isə payının 10 faizə çatdırılması proqnozlaşdırılır.

2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxış isə KOB subyektlərinin rəqabət qabiliyyətinin daha da artırılmasına, gündəlik istehlak malları ilə təminatın əsasən KOB subyektləri vasitəsilə həyata keçirilməsinə, KOB subyektlərinin ÜDM və məşğulluqda payının əhəmiyyətli dərəcədə artırılmasına nail olmaqdır. Azərbaycanda 2025-ci ilədək olan dövr üzrə uzunmüddətli baxışın həyata keçirilməsi nəticəsində KOB-un ÜDM-də və məşğulluqda payının müvafiq olaraq 35 və 40 faizə, ölkənin qeyri-neft ixracında payının isə 25 faizə çatdırılması nəzərdə tutulur.

Qazaxıstanda iki həftəlik karantin rejimi tətbiq olunacaq
Qazaxıstanda iki həftəlik karantin rejimi tətbiq olunacaq
Myanmada torpaq sürüşməsi olub - Onlarla ölən var
Myanmada torpaq sürüşməsi olub - Onlarla ölən var
Dünyada hazırlanmaqda olan koronavirus vaksinlərinin sayı açıqlanıb
Dünyada hazırlanmaqda olan koronavirus vaksinlərinin sayı açıqlanıb
Loading Bars
Xəbər lenti
Qazaxıstanda iki həftəlik karantin rejimi tətbiq olunacaq
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
“Əsrin müharibəsi”ndə Azərbaycanın böyük diplomatik qələbəsi
Yeni magistral yolun Astaradan İran sərhədinədək olan hissəsinin tikintisinə başlanılıb
Azərbaycan mətbuatının inkişafını şərtləndirən əsas amil güclü dövlət qayğısının olmasıdır
“Virtual məktəb”də şagirdlər üçün məktəbdənkənar dərnəklər keçiriləcək
Pandemiya dövründə Bakıda ticarət dövriyyəsinin həcmi açıqlanıb
Myanmada torpaq sürüşməsi olub - Onlarla ölən var
Dünyada hazırlanmaqda olan koronavirus vaksinlərinin sayı açıqlanıb
Bu gün müstəqil Azərbaycanın polis orqanlarının yaradılmasından 102 il ötür (VİDEO)
DİM növbəti ödənişsiz sınaq imtahanı keçirib
2100 tibb işçisi COVİD-19 infeksiyası ilə mübarizə təlimlərinə cəlb olundu (FOTO)
Nazirlik ağac kəsənlərlə bağlı polisə müraciət etdi
Xüsusi karantin rejiminin pozulması halları hələ də qeydə alınır - Nazir
Ermənistan atəşkəsi sutka ərzində 53 dəfə pozdu
İyulun 2-də xarici valyutaların manata qarşı məzənnələri
2003-2017-ci illərdə 21 mindən artıq cinayətkar qrup və dəstə zərərsizləşdirilib
Polşa liman infrastrukturlarının inkişafı təcrübələrini Azərbaycanla bölüşməyə hazırdır
Prezident İlham Əliyevin rəsmi "Facebook" səhifəsində polis günü münasibətilə paylaşım edilib (FOTO)
Bu gün 13 mindən çox şagird buraxılış imtahanı verəcək
Meksikada reabilitasiya mərkəzinə hücum edilib, ölənlər var
Şamaxıda zəlzələ qeydə alınıb
Venesuelada parlament seçkiləri dekabrın 6-da keçiriləcək
Kaliforniyada atışma zamanı dörd nəfər yaralanıb
Dünyada 10,8 milyondan çox insan koronavirusa yoluxub
Moskvada koronavirusdan daha 39 nəfər ölüb
Bakıda mənzildən meyit tapılıb
Ərdoğan və Merkel Liviya və Suriyanı müzakirə ediblər
Şabranda qaz qumbarası aşkar olunub (FOTO)
Türkiyənin türkdilli ölkələrə ixracı artıb
Birinci vitse-prezident Mehriban Əliyeva polis əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib (FOTO)
Efiopiyada toqquşmalarda 80-dən çox insan öldü
Dünyada 10,3 milyondan çox insan koronavirusa yoluxub
Rusiyada ümumxalq səsverməsi başa çatıb
Bakıda COVID-19 daşıyıcısı olan şəxs marketdə saxlanıldı (VİDEO)
Türkiyədə koronavirusdan sağalanların sayı 175 min nəfəri ötüb
Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı
Çində donuzun orqanları meymunlara transplantasiya olunub
AZAL iyulun 4-də İstanbula əlavə xüsusi reys yerinə yetirəcək (VİDEO)
İlon Mask "Tesla"nın idarə heyətindən uzaqlaşdırıla bilər
Operativ Qərargah sərtləşdirilmiş karantin tətbiq edilməyən bölgələrdəki vəziyyəti müzakirə edib (FOTO)
Azərbaycanda Həcc ziyarəti ilə bağlı ödənişlərin bir hissəsi artq qaytarılıb
Turizm böhranı ilə əlaqədar dünya iqtisadiyyatının itkiləri hesablanıb
Həsən Bəy Zərdabi İrsinin Təbliği Təşəbbüs Qrupu “Həsən Bəy Zərdabi Həftəsi”nə start verib (FOTO)
Azərbaycanda daha 588 nəfər koronavirusa yoluxdu, 346 nəfər sağaldı, 7 nəfər öldü
BƏT-in regional tədbirində Azərbaycanda pandemiya dövründə reallaşdırılan sosial dəstək tədbirləri barədə məlumat verilib
Ekspert: Xüsusi proqramlar vasitəsilə xaricdəki qabaqcıl müəllimləri ölkəmizdə tədris prosesinə cəlb etmək olar
Beynəlxalq Muğam Mərkəzindən canlı yayımlar davam edir (FOTO)
Könüllü qəhrəmanların növbəti görüşü baş tutub
Elmar Məmmədyarov: Virusun sürətlə yayılması bütün bəşəriyyət üçün ciddi bir çağırışdır
İcazəsi olmayan nəqliyyat vasitələri videomüşahidə kameraları ilə müəyyən ediləcək
Sabahdan Bakıdakı polis postları ləğv edilir
DİN-in müxtəlif xidmət sahələri üzrə 3 yeni inzibati binasının açılışı olub (FOTO)
Vətəndaş məktubları: Cənab Prezident, xalqımızı düşünərək atdığınız qətiyyətli addımları yüksək qiymətləndiririk
BMT QAK-ın Azərbaycan nümayəndəliyi qaçqın statusunun müəyyənləşdirilməsi prosedurunda dəyişiklik edib
Vüqar Rəhimzadə: COVID-19-a qalib gəlməyin yeganə yolu məsuliyyətli davranmaq, qoruyucu vasitələrdən düzgün istifadə etməkdir
Ərdoğan: Türkiyə Suriyanın ərazi bütövlyünün qorunması üçün əlindən gələni edəcək
Sevil Mikayılova: VI çağırış Milli Məclisin 4 aylıq fəaliyyəti çox fərqli bir şəraitdə həyata keçirildi
Salyanda “Toyota”nı aşıran sürücü hadisə yerində öldü
Səlahət Ağayev maaşının azaldılmasına razı deyil
"Abituriyentlər üçün dərs vaxtı"nın sabahkı cədvəli açıqlanıb
Bakıda evdən qadın meyiti tapılıb
Son 6 ayda 3908 əlilliyi olan şəxs reabilitasiya vasitəsi ilə təmin edilib
İyulun 2-də dolların manata qarşı məzənnəsi
Silahlı Qüvvələrin Yardım Fonduna daxil olan vəsait açıqlandı
İndoneziya mətbuatında “UNESCO-nun irsi-İçərişəhər- Bakının incisi” adlı məqalə yer alıb (FOTO)
“AzerGold” QSC-nin ötən ilin yekunlarına dair maliyyə hesabatları dərc edilib
Yeni ödənişli avtomagistralın 30 km-lik hissəsinin tikintisi sona çatır (FOTO)
Aydın Quliyev: Azərbaycanın radikal müxalifət fəalları və erməni mediasının yanaşmaları arasında sinxron oxşarlıq var
Qasım Nəsirov: Azərbaycan mədəniyyətini, musiqisini, ölkə həqiqətlərini avropalılara tanıtmağa çalışıram (FOTO)
Təhsil Nazirliyi: Əcnəbi tələbələrin qəbulu məsələsində universitetlərə muxtariyyət verilib
Trend BİA Avropada nüfuzlu media resurslarının ilk üçlüyündə yer alıb (FOTO)
Azər Badamov: Turizm pandemiya şəraitində ən çox zərər çəkmiş sahələrdən biridir
Azərbaycan Ombudsmanı Milli İnsan Hüquqları İnstitutlarının Avropa Şəbəkəsinin Baş katibi ilə onlayn görüş keçirib
Yelo Bank şəbəkə avadanlıqlarının alınması üzrə tender keçirir
Azərbaycanda su çatışmazlığı və itkilərin səbəbləri açıqlanıb
Azərbaycan Türkiyədən avtomobil idxalını artırıb
Milli Məclisdə su təchizatı ilə bağlı dinləmələr keçirilib (FOTO)
Nazirlik Şamaxıda koronavirus xəstələrinin tullantılarının kənd ərazisinə atılması iddialarına aydınlıq gətirdi
Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələr verildi
Daxili İşlər Nazirliyinin bir qrup əməkdaşı təltif edildi - SƏRƏNCAM
İraq hökuməti humanitar yardıma görə Azərbaycan tərəfinə minnətdarlıq edib
Xarici ölkələrlə əməkdaşlıq üzrə birgə komissiyaların Azərbaycan tərəfinin fəaliyyəti haqqında Əsasnamə təsdiqləndi
Dövlət Neft Şirkətinin fəaliyyəti üzrə alınması tələb olunmayan lisenziya və icazələrin siyahısı təsdiq edildi
Tural Gəncəliyev: “Dağlıq Qarabağ xalqı” deyə bir anlayış yoxdur, sadəcə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin əhalisi anlayışı var
Azərbaycanla Türkiyə arasında Preferensial Ticarət Sazişi təsdiqləndi
Azərbaycan və Türkiyə arasında hərbi maliyyə əməkdaşlığı haqqında Saziş təsdiqləndi
Vüqar Rəhimzadə: Prezidentin Sərəncamı azad mətbuatın inkişafının prioritetliyini bir daha təsdiqləyir
Xaricdə təhsil alan tələbələrə təqaüdlər bu halda veriləcək
Gənclər və İdman naziri region gəncləri ilə görüşüb (FOTO)
Azərbaycanda tələbələrin köçürülməsi nə vaxt həyata keçiriləcək? - RƏSMİ
Tamam Cəfərova: Heç kimə imkan verilməyəcək ki, milli təhlükəsizliyimizi öz məsuliyyətsizliyi ilə təhdid etsin
Mingəçevir Dövlət Universiteti Elmi Şurasının növbəti iclası keçirilib (FOTO)
Xaricdə doktoranturaya sənəd verən 67 namizədin 45-i müsahibə mərhələsinə buraxılıb
Məhkəmə Abşeronun həbsdə olan baş memarının şikayətini rədd etdi
Elşən Musayev: Vətəndaşları anlamalıdırlar ki, ani bir səhv, yanlışlıq kimlərisə bu həyatdan günahsız yerə apara bilər
Honq Konqda etiraz aksiyası keçirilir - Yüzlərlə saxlanılan var
Respublika fənn olimpiadalarının qalibləri müəyyən olunub
Tural Gəncəliyev: Azərbaycan beynəlxalq səviyyədə terrorizmlə mübarizə sahəsində vacib ölkədir
Qadın fermerlər 118 kiçik müəssisə yaradıb (FOTO)
Bütün xəbərlər