Bakı. Trend:
Dünyada ən populyar kriptovalyuta olan bitkoin ucuzlaşmaqda davam edir.
Trend-in məlumatına görə, kriptovalyuta 6,2 min dollara həddinədək ucuzlaşıb. Mütəxəssislər bitkoinin ucuzlaşmaqda davam edəcəyini proqnozlaşdırır.
"CoinMarketCap" portalının məlumatına əsasən bitkoinin qiyməti son sutka ərzində 2,02% ucuzlaşaraq 6 237 dollar təşkil edib.
Alternativ kriptovalyutalar müxtəlif istiqamətlərdə dəyişib. Belə ki, "Ethereum" 0,53% və ya 436,37 dollaradək bahalaşıb, "Ripple" 1,76% (0,437 dollara qədər), "Bitcoin Cash" 0,73% (687,94 dollaradək) ucuzlaşıb.
Kriptovalyuta bazarının kapitallaşması hazırda 246,98 milyard dollar təşkil edir və bunun 43 faizi bitkoinin payına düşür.