...

Bitkoinin son qiyməti

İqtisadiyyat Materials 17 Avqust 2018 00:00 (UTC +04:00)
Dünyada ən populyar kriptovalyuta olan bitkoin 6,4 min dollar ətrafında alınıb satılır
Bitkoinin son qiyməti

Trend-i buradan izləyin

Bakı. Trend:

Dünyada ən populyar kriptovalyuta olan bitkoin 6,4 min dollar ətrafında alınıb satılır.

Trend-in məlumatına görə, bitkoin ötən gün gecə saatlarında 6,6 min dollaradək yüksəldikdən sonra bir qədər dəyər itirib.

"CoinMarketCap" portalının məlumatına əsasən, bitkoinin qiyməti son sutka ərzində 0,15% azalaraq 6,408 min dollar təşkil edib.

Alternativ kriptovalyutaların qiyməti bahalaşıb. Belə ki, "Ethereum" 2,09% və ya 291,29 dollaradək, "Ripple" 1,52% (0,2915 dollara qədər), "Bitcoin Cash" isə 1,31% (524,75 dollaradək) bahalaşıb.

Kriptovalyuta bazarının kapitallaşması hazırda 206,75 milyard dollar təşkil edir və bunun 53,4% faizi bitkoinin payına düşür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti