...

İlin sonunadək Azərbaycan bir neçə sərgidə ölkə stendi ilə təmsil olunacaq (YENİLƏNİB)

İqtisadiyyat Materials 6 Sentyabr 2018 12:02 (UTC +04:00)
İlin sonunadək Azərbaycan bir neçə sərgidə ölkə stendi ilə təmsil olunacaq
İlin sonunadək Azərbaycan bir neçə sərgidə ölkə stendi ilə təmsil olunacaq (YENİLƏNİB)

Bakı. Ənvər Məmmədov - Trend:

İlin sonunadək Azərbaycan bir neçə sərgidə ölkə stendi ilə təmsil olunacaq.

Trend-in məlumatına görə, bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifələrini icra edən Yusif Abdullayev deyib.

Onun sözlərinə görə, Azərbaycan Rusiya, Fransa və Çində keçiriləcək sərgilərdə iştirak edəcək:

“Bu sərgilərdən birincisi sentyabrın sonunda Moskvada keçiriləcək. 21-25 oktyabr tarixlərində Azərbaycan Parisdə keçiriləcək sərgidə təmsil olunacaq. Noyabr ayında isə Azərbaycan Çin ərazisindəki iki sərgidə iştirak edəcək”.

O həmçinin əlavə edib ki, bu ilin sonunadək xarici ölkələrə bir neçə ixrac missiyası təşkil olunacaq:

“2018-ci ilin sonunadək Monqolustan, Qazaxıstan, Türkiyə, Bolqarıstan, Səudiyyə Ərəbistanı, BƏƏ və Almaniyaya ixrac missiyası göndərməyi planlaşdırırıq. İki missiya Rusiyaya, daha bir missiya Çinə göndəriləcək. Ticarət evlərinə gəldikdə isə ilin sonunadək Aktau və Varşavada bu cür evlərin açılması planlaşdırılır. Bundan başqa, Rusiyada şərab evi və çay evinin açılması nəzərdə tutulur”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti