...

Sabah Bakının bu hissələrində su olmayacaq

İqtisadiyyat Materials 3 Oktyabr 2018 18:32 (UTC +04:00)
Sabah Bakının bu hissələrində su olmayacaq.
Sabah Bakının bu hissələrində su olmayacaq

Bakı. Trend:

Oktyabrın 4-də Bakının bir sıra ərazilərində içməli su olmayacaq.

“Azərsu” ASC-dən Trend-ə verilən məlumata görə, Bakı şəhəri Babək prospektində su təchizatı infrastrukturunun yenidən qurulması layihəsi çərçivəsində yeni çəkilmiş magistral su xəttinin şəbəkəyə qoşulması ilə əlaqədar sabah gün ərzində Xətai rayonu A.İsmayılov, N.Əliyev və S.Vəzirov küçələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti