...

Dövlət Gömrük Komitəsinin əməkdaşı "Təşəkkürnamə" ilə təltif edilib

İqtisadiyyat Materials 4 Oktyabr 2018 20:36 (UTC +04:00)
Tacikistanın paytaxtı Düşənbə şəhərində Müstəqil Dövlətlər Birliyi üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının 68-ci iclası keçirilir.
Dövlət Gömrük Komitəsinin əməkdaşı "Təşəkkürnamə" ilə təltif edilib

Bakı. Trend:

Tacikistanın paytaxtı Düşənbə şəhərində Müstəqil Dövlətlər Birliyi üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının 68-ci iclası keçirilir.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, iclas çərçivəsində Komitənin Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi, gömrük xidməti polkovniki Dilavər Fərzəliyev MDB üzv dövlətləri arasında gömrük işi sahəsində əməkdaşlığın inkişafına verdiyi böyük töhfəyə görə və MDB üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının yaradılmasının 25 illiyi münasibətilə Müstəqil Dövlətlər Birliyi İcraiyyə Komitəsinin sədri-icra katibi Sergey Lebedev tərəfindən "Təşəkkürnamə" ilə təltif edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti