...

Azərbaycan Pakistana kredit verməyə hazırdır, məhz bu problemin həlli üçün...

İqtisadiyyat Materials 22 Oktyabr 2018 11:06 (UTC +04:00)
Azərbaycan Pakistanın enerji məsələlərinin həll edilməsi üçün 100 milyon dollar həcmində kredit verməyə hazırdır.
Azərbaycan Pakistana kredit verməyə hazırdır, məhz bu problemin həlli üçün...

Bakı. İlkin Şəfiyev - Trend:

Azərbaycan Pakistanın enerji məsələlərinin həll edilməsi üçün 100 milyon dollar həcmində kredit verməyə hazırdır.

Trend-in məlumatına görə, bu məsələ, eləcə də Azərbaycan nefti və neft məhsullarının bu ölkəyə tədarükü məsələləri Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadənin pakistanlı rəsmi ilə görüşü zamanı müzakirə olunub.

İslamabadda Pakistanın informasiya və teleyayım naziri Favad Hosseynlə görüşdə azərbaycanlı diplomat iki ölkə arasında informasiya və media sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını bildirib.

Pakistanlı rəsmi isə öz növbəsində ölkəsinin Azərbaycanla turizm sahəsində əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti