...

Azərbaycan istehsalı olan spirtli içkilər Varşavada nümayiş olunub

İqtisadiyyat Materials 25 Oktyabr 2018 13:19 (UTC +04:00)
Polşanın paytaxtı Varşavada “Whisky Live Warsaw” Festivalı keçirilib.
Azərbaycan istehsalı olan spirtli içkilər Varşavada nümayiş olunub

Bakı. Trend:

Polşanın paytaxtı Varşavada “Whisky Live Warsaw” Festivalı keçirilib.

İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirliyin və AZPROMO-nun dəstəyi, Azərbaycanın Polşadakı səfirliyində Mərkəzi Avropa ölkələri üzrə ticarət nümayəndəsi Aparatının təşkilatçılığı ilə Azərbaycan istehsalı olan spirtli içkilər “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş etdirilib.

Festival zamanı ən çox ziyarət edilən stendlərdən olan Azərbaycan stendində nümayiş olunan şərablar və müxtəlif növ meyvə araqları, brendilər, viskilər qonaqlar tərəfindən maraqla qarşılanıb.

Sərginin açılışında Azərbaycanın Mərkəzi Avropa ölkələri üzrə ticarət nümayəndəsi Nemət Nağdəliyev çıxış edərək, “Whisky Live Warsaw” Festivalının Azərbaycan məhsullarının tanıdılması, potensial alıcılarla əlaqələrin qurulması baxımından önəmini vurğulayıb.

Qeyd edək ki, 2000-ci ildən müxtəlif ölkələrdə keçirilən “Whisky Live” Festivalında dünyanın müxtəlif ölkələrindən olan spirtli içki istehsalçıları öz məhsullarını nümayiş etdirirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti