...

Gürcüstandan qanunsuz yolla gətirilən 125 ədəd mobil telefon aşkarlandı (FOTO)

İqtisadiyyat Materials 6 Dekabr 2018 11:22 (UTC +04:00)
Azərbaycan vətəndaşının idarə etdiyi "Mercedes Benz 250D" markalı avtomobil Gürcüstandan qayıdarkən Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olmuş məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda saxlanılıb.
Gürcüstandan qanunsuz yolla gətirilən 125 ədəd mobil telefon aşkarlandı (FOTO)

Bakı. Trend:

Azərbaycan vətəndaşının idarə etdiyi "Mercedes Benz 250D" markalı avtomobil Gürcüstandan qayıdarkən Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olmuş məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda saxlanılıb.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, şifahi sorğu-sual zamanı vətəndaş nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirsə də, avtomobilin salonunda, sol karnizlərin içərisində, xüsusi düzəldilmiş saxlanc yerlərində 1 ədəd "Samsung", 56 ədəd "X-inova", 28 ədəd "NYHN", 21 ədəd "Kgtel" və 19 ədəd "Odscn" markalı mobil telefonlar aşkarlanıb.

Faktla bağla araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti