Bakı. Trend:
Unibank 2018-ci il ərzində fəaliyyətinə görə mükafatlandırılıb. Azərbaycan Banklar Assosiasiyası tərəfindən təşkil edilən “Bankçılıq Mükafatları 2018” tədbirində Unibank KB “Ən fəal təhsil dəstəkçisi” və “İnnovativ ödəniş həlləri tətbiq edən ABA üzvü” nominasiyaları üzrə qalib seçilib.
Ölkənin ən innovativ bankı olmağı qarşısına məqsəd qoyan Unibank, təkcə bu il ərzində müştərilərinə çoxsaylı innovativ ödəniş həlləri təqdim edib:
- Ölkədaxili bank kartların əlavə edilməsi və əməliyyatların həyata keçirilməsi;
- Nömrə ilə qeydiyyat (bank müştərisi olmayanlar üçün ödənişlərin həyata keçirilməsi imkanı);
- "Zolotaya Korona" vasitəsi ilə vəsaitlərin köçürülməsi;
- Fiziki şəxslər üçün İnternet Bankçılıq (QR kod ilə giriş);
- Korporativ müştərilərə İnternet Bankçılıq vasitəsi ilə onlayn kreditin verilməsi;
- Korporativ Bankçılıq üçün Open API (Mühasibat sistemlərinə birbaşa inteqrasiya).
Bank il ərzində təhsil sahəsində həyata keçiridiyi yeniliklərə görə də fərqlənib. Bu il ADA, Qərb Universiteti və digər ali təhsil müəssisələrində təşkil etdiyi silsilə tədbirlər, karyera həftələri, bankda tələbələr üçün açıq qapı günləri, Unibankın il ərzində təhsillə bağlı keçirdiyi tədbirlərin bir hissəsidir.
Bankda artıq ənənəyə çevrilən 4-cü kurs tələbələri üçün yay məktəbləri, tələbələrin bank təcrübələrinin formalaşmasına, karyera imkanlarının genişlənməsinə şərait yaradır.
Unibank - hər kəsin bankı!