...

Dövlət büdcəsinin tərtibi və icrası qaydalarına dəyişiklik edilib

İqtisadiyyat Materials 24 Dekabr 2018 09:00 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev - Trend:

“Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”na dəyişiklik edilib.

Trend-in məlumatına görə, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara görə, Nazirlər Kabinetinin 2004-cü il 24 may tarixli qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”nın 6.4-cü bəndi (dövlət büdcəsinin icrası prosesində dövlət büdcəsinin gəlirləri və onun kəsirinin maliyyələşdirilməsi üzrə faktiki daxilolmalar cari ilin ilk 6 ayının nəticəsinə görə müəyyən olunmuş göstəricilərdən 30 faiz az olduqda və ilin sonunadək yuxarıda göstərilənləri aradan qaldırılması barədə Nazirlər Kabineti, İqtisadiyyat və Sənaye Nazirliyi və Maliyyə Nazirliyi tərəfindən əsaslandırılmış təklif olmadıqda, Nazirlər Kabineti sentyabrın 15-dən gec olmayaraq dövlət büdcəsinə yenidən baxılaraq, sekvestr tətbiq olunması təklifi ilə Azərbaycan Respublikasının Prezidentinə müraciət edir) ləğv olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti