Tələbə: UNEC-də ingilis dilində təhsil aldığım üçün Montpellierdə çətinlik çəkmədim (FOTO)

Tələbə: UNEC-də ingilis dilində təhsil aldığım üçün Montpellierdə çətinlik çəkmədim (FOTO)

Bakı. Trend:

“UNEC-dən dünyaya” layihəsi davam edir. Layihənin budəfəki müsahibi UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin (İSE) mühasibat uçotu və audit ixtisası üzrə tələbəsi Məsmə Abbasovadır. M.Abbasova UNEC-in Montpellier universiteti ilə ikili diplom proqramı çərçivəsində təhsilini Fransada davam etdirir.

UNEC NEWS Məsmə Abbasova ilə müsahibəni təqdim edir:

- Məsmə, ikili diplom proqramına qoşulmaq hansı zərurətdən yarandı və sizə hansı üstünlüyü qazandıracaq?

- İkili diplom proqramına qoşulmağımın ən böyük səbəbi məzun olduqda yalnız UNEC-in deyil, həm də Montpellier Universitetinin bakalavr diplomunu əldə edə bilmək şansıdır. 4 il ərzində həm Azərbaycanın, həm də Avropanın nüfuzlu universitetinin diplomunu qazanacağam, bu mənim üçün böyük üstünlükdür. Əminəm ki, gələcəkdə hər iki universitetin qazandırdığı bilik və əldə etdiyim diplomlarla uğurlu karyera qura biləcəyəm.

- İkili diploma qoşulmaq üçün hansı prosedurlardan keçdin, problemin oldumu?

- Xeyr, olmadı. UNEC-in Montpellier universiteti ilə ikili diplom proqramı 3 ildir ki, davam edir, hətta ilk məzunları da oldu. Ona görə də hər kəs kifayət qədər məlumatlı idi. Proqrama qoşulmaq üçün öncə CV və transkriptimi təqdim etdim, daha sonra müsahibə mərhələsinə çağırıldım. Müsahibəni uğurla verdiyim barədə məlumat aldıqdan sonra isə proqramın təşkilatçıları, valideynlər, həmçinin keçən il həmin proqramda iştirak etmiş tələbələrin iştirakı ilə universitetdə görüş keçirildi. Görüşdə bizi narahat edən məqamlara da aydınlıq gətirmək fürsətimiz oldu. Daha sonra isə Fransa səfirliyinə uzunmüddətli tələbə vizası üçün müraciət etdim, səfirlikdə isə artıq UNEC-i və bizi tanıyırdılar, ona görə də geriyə sadəcə lazım olan sənədləri yığmaq qalırdı.

- UNEC-lə Montpellier universiteti arasında hansı oxşarlıq və fərqliliklər var?

- Əvvəla onu deyim ki, Avropa ilə Azərbaycandakı təhsil sistemi tamamilə fərqlidir. Bu fərq yalnız ali təhsildə deyil, orta məktəb səviyyəsində də hiss olunur. Şagirdlərə araşdırma qabiliyyəti, qrupla işləmək vərdişi məktəb illərindən aşılanır, biz isə bu sistemə hələ yeni-yeni keçirik. Həmçinin dərs saatlarının az olması, daha yığcam şəkildə keçirilməsi, imtahanların sayının az olması, tələbənin daha çox araşdırma qabiliyyətinin inkişaf etdirilməsi, qaib sisteminin olmaması fərqli cəhətlər arasındadır. Buna baxmayaraq deməzdim ki, UNEC-dəki təhsil səviyyəsi buradakından geri qalır. Başqa fakültələrdə deyə bilmərəm, amma mənim təhsil aldığım Beynəlxalq İqtisadiyyat Məktəbinin müəllimlərinin böyük əksəriyyəti xaricdə təhsil alıb və dərsləri yüksək səviyyədə tədris edirlər. Bu isə İSE tələbələrinin kifayət qədər savadlı və təcrübəli mütəxəssis kimi yetişmələrinə birbaşa təsir edən amillərdəndir.

- Montpellier universitetində daha çox nə xoşunuza gəlir?

- Auditoriyaların daha müasir olması, müəllimlərin texnologiya cəhətdən daha təcrübəli olmaları, dərslərin qısaldılmış formada keçirilməsi çox xoşuma gəlir. UNEC-də semestr ərzində kecdiyimiz, 2 dəfə kollokvium, sessiya imtahanı verdiyimiz, sərbəst iş və seminarlarına hazırlaşdığımız bir çox fənn var ki, fikrimcə gələcək karyeramızda önəmli rol oynamayacaq və mənə görə zaman itkisidir.

- Montpellier universitetinə getdiyin ilk zamanlarda hansı çətinliklərlə üzləşdin? Mühit, dil fərqi, o cümlədən fərqli mədəniyyət sənə necə təsir etdi?

- Çətinlik universitet və dərs baxımından demək olar ki, olmadı. UNEC-də ingilis dilində təhsil aldığım üçün Montpellier universitetində fənlər mənə dil cəhətdən rahat gəldi, çətinlik çəkmədim. Xarici tələbələr müxtəlif yaş və millətlərdən olduqlarına görə, ilk zamanlar onlarla ünsiyyət qurmaq çətin idi, amma qrup işlərində iştirak etdikcə bu çətinlik tədricən yox oldu. Burda demək olar ki, hər ölkədən tələbə var və hər tələbə öz mədəniyyətini nümayiş etdirir. Bəziləri ilə ünsiyyət qurmaq asandır, bəziləri ilə isə təəssüf ki, yox. Tələbələr bir-biriləri ilə daha çox qrup işlərində ünsiyyətdə olurlar və eyni, ya da yaxın mədəniyyətdən olanlar isə dərsdən sonra da vaxtlarını birlikdə keçirirlər. Fransızların çoxu ingilis dilində danışmağa üstünlük vermədiklərindən, ilk günlərdə bir az çətinlik çəkirdim, çünki şəhəri tam tanımırdım və orada həll etməli olduğum bəzi sənəd işləri var idi. Amma tez bir zamanda artıq yeni mühitə öyrəşdim.

- Montpellierdə əcnəbi və yerli tələbələrə hər hansı güzəştlər varmı?

- Burada tələbələr üçün çox da böyük güzəştlər yoxdur, amma xüsusi bir təşkilat var ki, oraya müraciət etdikdən sonra yataqxana ödənişində endirim olunur, məbləğin bir hissəsi həmin təşkilat tərəfindən yataqxanaya ödənilir.

- Fransada tələbənin bir aylıq yaşam xərcləri nə qədərdir?

- Məncə, bu sual tələbənin büdcəsini necə bölməsindən və nəyə xərcləməsindən asılı olaraq dəyişir. Aylıq xərc vaxt keçdikcə azalmağa başlayır. Ümumilikdə hər ay büdcədən 30-35 avro market alış-verişinə, 10-15 avro nəqliyyata, 162 avro isə yataqxana kirayəsinə ödənilir.

- Asudə vaxtlarınızı necə keçirirsiniz?

- Fürsətdən istifadə edib Montpellier və Avropanın digər şəhərlərini gəzməyə çalışıram və hər şəhərin məni heyran edən cəhətlərini tapıram.

- Bir azərbaycanlı tələbə kimi ölkəmizi xaricdə necə təmsil edirsiniz?

- Qrupda hər ölkədən tələbə olduğuna görə müəllimlər tez-tez həmin ölkənin mədəniyyəti, yaşam tərzi haqqında suallar verirlər. Mən də bacardığım qədər dolğun şəkildə sualları cavablandırmağa və ölkəmi daha yaxşı şəkildə təmsil etməyə çalışıram.

- UNEC-in 10 tələbəsi hazırda Montpellierdə təhsil alır. Əlaqəniz necədi, dərslərdə bir-birinizə dəstək olursunuzmu?

- Biz 5 nəfər qız eyni yataqxanada qalırıq. Bura gələn ilk gündən bir-birimizə həm dərslərdə, həm də dərsdən kənarda kömək edirik. Digər tələbələrlə də dərslərdə bir yerdə oluruq, əlimizdən gəldiyi qədər, xüsusilə də imtahan vaxtı bir-birimizə dəstək olmağa çalışırıq. Keçən il bura gələn azərbaycanlı tələbələrdən də məlumat alırıq, onlar da öz təcrübələrini bizimlə bölüşürlər.

- İmtahanları necə verirsiniz, çətin deyil ki?

- Montpellier universitetində imtahan sistemi tamamilə fərqlidir. İmtahanlarımız oktyabr-noyabr aylarından başlayıb. Burada UNEC-dən fərqli olaraq dərs saatları və keçilən mövzular daha azdır. Hər dərs üçün 15 saat vaxt ayrılır və tez bir zamanda yekunlaşır. İmtahan yazılı olur və tələbələrə suallar əvvəlcədən verilmir. Hər fənn üzrə maksimum 20 bal verilir. Bəzi müəllimlər qiyməti qrup işləri və imtahana əsasən, bəziləri isə yalnız yazılı imtahana əsasən verirlər. Sonuncu imtahanlarımızı da dekabrın ikinci yarısı verdik. Artıq tətil planları qurmağa başlayırıq.

İmtahanlar bitdiyinə görə çox sevinirəm amma, burada keçirəcəyim vaxt azaldığına görə məyus oluram. Mənim üçün Montpellier çox böyük təcrübə oldu. Burada yeni dostlar tanıdım, əsl tələbəlik həyatı yaşadım. Müxtəlif millətlərin nümayəndəsi olan müəllimlərdən dərs almaq və tələbələrlə eyni qrupda oxumaq imkanını əldə etdim. Bu şəraiti yaratdıqlarına görə valideynlərimə və UNEC-ə minnətdaram!

11 yaşlı azərbaycanlı qız Finlandiya çempionu olub (FOTO)
11 yaşlı azərbaycanlı qız Finlandiya çempionu olub (FOTO)
İspaniya La Liqası: "Atletiko" səfərdə heç-heçə edib
İspaniya La Liqası: "Atletiko" səfərdə heç-heçə edib
İngiltərə Premyer Liqası: "Liverpul" "Mançester Yunayted"i darmadağın edib
İngiltərə Premyer Liqası: "Liverpul" "Mançester Yunayted"i darmadağın edib
Loading Bars
Xəbər lenti
Bakıdakı bəzi təhsil müəssisələri regionlara köçürülməlidir - Ekspert
Qubadlı sakini Birinci xanım Mehriban Əliyevaya kəlağayı bağışladı (FOTO/VİDEO)
Azərbaycan FAO ilə tərəfdaşlıq proqramının müddətini uzadır
Nazir Sahil Babayev vahid əlaqələndirmə mərkəzində olub, bir qrup şəhid ailəsi üzvü və qazi ilə görüşüb (FOTO)
Prezident İlham Əliyevin Milli Qəhrəmanın atası ilə səmimi söhbəti: Mən veto qoyacağam ona (FOTO)
Prezident İlham Əliyev: Ölkəmizin yeniləşməsi, xoşagəlməz hallarla mübarizə tam yeni müstəviyə çıxmalıdır
Prezident İlham Əliyev: Mənim üçün ən böyük mükafat keçmiş köçkünlərin gözlərindəki sevincdir, qürurdur
Prezident İlham Əliyev: İkinci Qarabağ müharibəsi bizim gücümüzü göstərdi və milli ruhumuzu göstərdi
Prezident İlham Əliyev: Biz qurucu xalqıq və Qubadlını yenidən quracağıq
Prezident İlham Əliyev: 27 ildən sonra biz işğala son qoyduq, düşməni öz torpağımızdan qovduq
Prezident İlham Əliyev: Zəngilan hava limanı gələn il istifadəyə veriləcək
Prezident İlham Əliyev: Biz Qubadlı rayonunun bütün kəndlərini, o cümlədən Qubadlı şəhərini yenidən quracağıq
Prezident İlham Əliyev: Azad edilmiş bütün şəhər-kəndlərimizdə bərpa işləri başa çatandan sonra şəhidlərimizin adına küçələr qoyulacaq
Azərbaycanda bal istehsalı planı üstələyib
Azərbaycanda benzin istehsalı artıb
Azərbaycanın məhsul ixrac etdiyi əsas ölkələr məlum olub
Qubadlını işğaldan azad etməklə düşmənin belini tamamilə qırdıq - Naqif Həmzəyev
Ölkə üzrə payız ağac əkini davam edir
OPEC neft qiymətlərinin artımı fonunda güclü təzyiq altındadır
AQTİ ilə İtaliya qurumu arasında əməkdaşlıq haqqında sənəd imzalanıb
Qazaxıstan və Türkmənistan sərhədlərin hüquqi rəsmiləşdirilməsini başa çatdırır
ABŞ-dan olan qonaqlar Multikulturalizm Mərkəzinin qonağı olub (FOTO)
Şavkat Mirziyoyev növbəti dəfə Özbəkistan Prezidenti seçilib
Rusiya Dövlət Teatr Sənəti İnstitutu YARAT-da prodüser laboratoriyası açıb (FOTO)
DGK sədri Hüquq-Mühafizə Təlimləri üzrə Avropa İttifaqı Agentliyinin icraçı direktoru ilə görüşüb (FOTO)
Cənubi Qafqaz regionunda düşmənçilik atmosferini aradan qaldırmalıyıq - Nikol Paşinyan
Rasim Quliyevin məhkəməsində sənədlər tədqiq edilib
Unibank 3-cü rübü də mənfəətlə başa vurub
NATO ilə əməkdaşlıq məsələləri müzakirə edilib (FOTO)
Vətən müharibəsi şəhidi baş leytenant Babayev Vüsalın anım mərasimi keçirilib (FOTO)
ABB sahibkarlar üçün təlim keçirdi
DİN avtomobillərin müxtəlif hissələrinə bayraq vurulmasına münasibət bildirib
Oktyabrın 26-na USD/AZN rəsmi məzənnəsi
FHN hava şəraiti ilə əlaqədar xəbərdarlıq edib
Zakir Həsənov Türkiyə Milli Müdafiə Universitetinin rəhbər heyəti ilə görüşüb (FOTO)
“Gənc teatr prodüserləri üçün laboratoriya” fəaliyyətə başladı (FOTO)
Şəhid ailələri və əlilliyi olanlara daha 50 mənzil verildi (FOTO)
Milli Məclisin müzakirə edəcəyi məsələlər məlum oldu
AccessBank-la əmanətini sərbəst idarə et!
Ceyhun Bayramov Əlcəzair səfiri ilə görüşüb (FOTO)
2021-ci ilin Onlayn Qlobal Poster və Rəsm Müsabiqəsi iştirakçıları mükafatlandırılıb (FOTO)
Press Revyu İnformasiya Monitorinq Agentliyi sığorta şirkəti ilə yaranmış problemə aydınlıq gətirdi
Abşeronda 30-a yaxın sürücü və sərnişin barəsində protokol tərtib edilib (FOTO/VİDEO)
Ərdoğanın Azərbaycana səfər proqramı açıqlanıb
Xudatda 22 küçəyə asfalt örtük salınıb, geniş abadlıq işləri aparılır (FOTO)
Ötən həftə işğaldan azad edilmiş ərazilərdə 47 mina aşkarlanıb
Azərbaycan Vatikanda səfirlik açır
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 1 477 nəfər COVID-19-a yoluxub, 21 nəfər ölüb
Bolqarıstan nümayəndə heyəti Ağdama səfər edəcək
Bioloji fəallığa malik qida əlavələri dərman vasitəsi deyil!
ABŞ-dan olan bir qrup dini icma rəhbəri erməni vandalizmi ilə yerində tanış olmaq üçün Qarabağa səfər edəcək (FOTO)
Bakıda qadının küçədə öldürülməsi faktı ilə bağlı istintaq yekunlaşıb
Qubadlı şəhərinin Baş planının hazırlanması üçün vəsait ayrıldı
Azercell-dən yeni Wi-Fi kampaniyası!
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azərbaycan səfiri etimadnaməsini İran Prezidentinə təqdim edib
Prezident İlham Əliyev: Xalqımızın indiki və gələcək nəsilləri şəhidlərimizlə həmişə fəxr edəcək
Prezident İlham Əliyev: Qubadlıdan sonra biz zəfər yürüşümüzü şərəflə davam etdirdik və Şuşada dövlət bayrağımızı ucaltdıq
Zakir Həsənov NATO nümayəndəsi ilə görüşüb (FOTO)
Hava şəraitinin pisləşməsi ilə əlaqədar gəmilərə xəbərdarlıq göndərilib
Prezident İlham Əliyev: Uzun illərdən sonra bu Qələbə sevincini biz hamımız yaşadıq
Prezident İlham Əliyev: Bu gün Qubadlı rayonunun tarixində əlamətdar və tarixi bir gündür
Bərdədə ermənilərin raket atəşi nəticəsində dağıdılmış 215 tikili təmir olunub
"Gilavar" restoranının rəhbərliyi məsuliyyətə cəlb edildi
Azərbaycan “28-ci Dünya Səyahət Mükafatları”nda birinci yer tutub (VİDEO)
Abşeronda müştərilərə qəlyan təklif edən çay evi aşkar edilib (VİDEO)
“Buster” dozanı vurduranların “İmmunitet” sertifikatı müddətsiz olur - Agentlik
Dövlət Neft Fondu AÇG və “Şahdəniz” yataqları üzrə gəlirlərini açıqlayıb
Sudanda fövqəladə vəziyyət elan edilib
İranda daha 140 nəfər koronavirusdan ölüb
Birinci vitse-prezident Mehriban Əliyeva: Allah Azərbaycan hərbçilərini qorusun! (FOTO)
11 yaşlı azərbaycanlı qız Finlandiya çempionu olub (FOTO)
BMT nümayəndəsi Qarabağda minaların yaratdığı təhlükə barədə məlumatlandırılıb
Hamilələrin koronavirusa yoluxma təhlükəsi artır - Həkim
Yasamalda son 10 gündə 15 narkotik alverçisi saxlanılıb (FOTO/VİDEO)
Yaxın vaxtlarda regionlarda da vahid əlaqələndirmə mərkəzləri fəaliyyət göstərəcək - Nazir (FOTO)
Tovuz parkında ziyanvericilər aşkarlanıb (FOTO)
"MilliÖn"dən ödəniş problemi ilə bağlı açıqlama
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüblər (FOTO/VİDEO) (YENİLƏNİB)
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva “Qubadlı” yarımstansiyasının açılışında iştirak ediblər (YENİLƏNİB) (FOTO/VİDEO)
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva DSX-nin yeni hərbi hissə kompleksinin açılışında iştirak ediblər (YENİLƏNİB) (FOTO/VİDEO)
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Xanlıq-Qubadlı yolunun təməlqoyma mərasimində iştirak ediblər (YENİLƏNİB) (FOTO/VİDEO)
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Qubadlı rayonunda səfərdə olublar (FOTO/VİDEO)
5-ci "DokuBaku" Beynəlxalq sənədli film festivalı keçiriləcək
“VTB Bank (Azerbaijan)” 9 ayda aktivlərini 10 faiz, xalis mənfəətini 52 faiz artırıb
“Nizami Gəncəvi ili”nə həsr olunmuş dəyirmi masa keçirilib (FOTO)
Kamal Namazovun döyülərək öldürülməsi yalandır - İdmançının həyat yoldaşı (FOTO)
COVID pasportu olmayanlar rayonlara avtobus biletini necə ala bilərlər?
Ombudsman Bolqarıstandan olan nümayəndə heyətinə Ermənistanın cinayətləri barədə məlumat verib
Millət vəkili Sevil Mikayılova Xaçmazda şəhid ailələri ilə görüşüb (FOTO)
Azərbaycandan Türkiyəyə ixrac olunan qazın həcmi açıqlanıb
Azərbaycan şərabçılıq üzrə beynəlxalq mükafata layiq görülüb
Rusiyada koronavirusa gündəlik yoluxmada ən yüksək göstərici qeydə alınıb
Sabah Bakıda yağış, rayonlarda qar yağacaq
Səhiyyə Nazirliyi hamilə qadınların vaksinasiyası məsələsinə aydınlıq gətirdi
Toydan 3 gün sonra evində ölü tapılan şəxslə bağlı araşdırma aparılır
Türkiyə Zəngilana aqropark üçün avadanlıq göndərir
İşçilərin intizam məsuliyyətinə cəlb olunmasının əsasları (VİDEOÇARX)
Pambıq sexində iş qəzasına səbəb olan direktor və digər şəxslərin məhkəməsi başlayır
Bütün xəbərlər