...

Qaz sayğacları həyətyanı sahələrdən kənara çıxarılır (FOTO)

İqtisadiyyat Materials 6 Fevral 2019 15:11 (UTC +04:00)

Bakı. Trend:

Binəqədi rayonunun təbii qaz təsərrüfatı yenilənir.

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyindən (İB) Trend-ə verilən məlumata görə, birlik tərəfindən qaz kəmərlərinin əsaslı təmiri istiqamətində Bakı şəhəri və şəhərətrafı yaşayış sahələrində də genişmiqyaslı işlər görülməkdədir. Bakının qaz şəbəkəsində aparılan təmir işləri beynəlxalq standartlar səviyyəsində həyata keçirilir. Binəqədi rayonunda da görülən işlər bu qəbildəndir. Rayonda istifadə müddətini başa vurmuş, həyətyanı sahələrdən keçən pərakəndə qaz xətlərinin təmir olunması uğurla davam etdirilir.

Belə ki, rayonun 6-cı mikrorayonun Zeytun bağları ərazisində yerləşən evlərin altından keçən orta təzyiqli qaz kəmərinin kənarlaşdırılması üçün 500 metrədək 315 millimetrlik polietilen qaz xəttinin çəkilişi, Biləcəri qəsəbəsində, Dəmiryolu stansiyasının çeşidləmə məntəqəsində müxtəlif diametrli 1000 metrdən çox qaz kəmərinin əsaslı təmiri və rənglənməsi, Rəsulzadə qəsəbəsinin İ.Hacıyev, A.Nemətulla, Hacıbababəyov və A.Hüseynov küçələrində müxtəlif diametrli 3200 metrə yaxın qaz xətlərinin təmiri, rənglənməsi, mövcud qaz sayğaclarının əvəz olunacaq qaz xətti üzərinə köçürülməsi və şkaf tipli qaz tənzimləyici məntəqələrin quraşdırılması, eyni zamanda, Binəqədi qəsəbəsi 2-ci mədən ərazisində qaz xətlərinin əsaslı təmiri işləri aparılmaqdadır. Artıq Rəsulzadə qəsəbəsindəki işlər başa çatmaq üzrədir, digər işlərin isə qısa zamanda başa çatdırılması üçün intensiv işlər aparılır. Bütün bu işlərlə yanaşı, rayonda 3000 qaz sayğacının həyətyanı sahələrdən kənara çıxarılması uğurla yerinə yetirilir.

Paytaxtın qaz şəbəkəsinin yenidən qurulması, istehlakçıların qaz təchizatının bərpası, həmçinin yeni qaz kəmərlərinin çəkilməsi, təbii qazdan səmərəli istifadə edilməsi “Azəriqaz” İstehsalat Birliyinin başlıca vəzifələrindən biridir və bu istiqamətdə işlərin icrası davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti